Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1043/2021 28.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın və onun nəticələrinin əsassız hesab edilməsi, cərimənin silinməsi və ödənilmiş sayğac dəyərinin qaytarılması” tələbinə dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 əməkdaşlarının yazdığı ******* nömrəli, 31.03.2020-ci il tarixli aktın əsassız hesab edilməsi 216 manat cərimənin silinməsi və ödənilmiş 133,03 manat sayğac dəyərinin qaytarılması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Evin qaz abunə kodu onun adınadır. 22.02.2021-ci il tarixdə Qaz İdarəsinin əməkdaşları onun evinə gələrək qaz sayğacını dəyişmək istədiklərini bildirmiş və qaz sayğacını dəyişdirmişlər. Sonradan ona məlum olmuşdur ki, 216 manat məbləğində cərimə yazılmışdır. O, bununla razılaşmayıb, Şamaxı Qaz İdarəsinə getmişdir. Orada ona məlum olmuşdur ki, Qaz İdarəsinin işçiləri onun iştirakını təmin etmədən qaz sayğacına labaratoriyada baxış keçirmişlər. Guya o, qaz sayğacına müdaxilə etmişdir. Halbuki belə bir hal baş verməmişdir. Onlar ******* nömrəli 30.03.2021-ci il tarixli akt yazmış, məhz həmin akta əsasən 216 manat cəriməni onun hesabına vurmuşlar. Halbuki 30.03.2021-ci il tarixdə onun ünvanına heç bir qaz işçisi gəlməmişdir. Sayğac açılanda heç bir müdaxiləsi olmamışdır. Qaz sayğacının heç bir qoruyucu qutusu yoxdur, sayğac küçədə vətəndaşların gedib gəldiyi yerdədir. Həmçinin qaz sayğacı hal şahidlərinin iştirakı ilə yox ancaq cavabdeh təşkilatın nümayəndələrinin iştirakı ilə çıxarılmışdır. Çox get-gəldən sonra ona məlum olmuşdur ki, yazılan aktla onun hesabına 216 manat cərimə yazılmışdır. Akt tamamilə qanunsuzdur. Aktda guya o, imzadan imtina etmişdir, halbuki, onun evinə 30.03.2021-ci il tarixdə Qaz İdarəsinin əməkdaşlarından heç kim gəlməmişdir. Cavabdeh orqan ilə aralarında hər hansı bir razılıq olmadığı üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh nümayəndəsi məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddiaçı Şamaxı şəhəri, M.P.Vaqif küçəsi ev 9 saylı ünvanda qeydiyyatda olan X3 Cavabdehnə qarşı 31.03.2021-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi akt əsasında hesablanmış 216 manat məbləğin silinməsi tələbi iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, 22.02.2021-ci il tarixində Cavabdeh Ağsu RQİİ-nin ünvan 2 ünvanda qeydiyyatda olan X3, yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı 22.02.2021-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G4 markalı ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 29/1710- 01253-1 saylı 18.03.2021-ci il tarixli akta əsasən sayğacın çıxış plastmas borusu deşilib, təbii qaz itkisi yaranmış və sayğac yarasız hesab edilmişdir. Həmin akta əsasən X3 yaşadığı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 30.03.2021-ci il tarixli, ******* nömrəli “Təbii X6nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 31 mart 2021-ci il tarixdə itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək iddiaçı X3 adına olan Şamaxı XS-nin abonent bazasındakı **********00010 nömrəli abonent koduna 2160 m3-216 (iki yüz on altı ) manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçı X3 abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Odur ki, ünvan 3 ünvanda qeydiyyatda olan X3 Cavabdehnə qarşı 31.03.2021-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi akt əsasında hesablanmış 216 manat məbləğin silinməsi və 133.03 manat sayğac dəyərinin qaytarılması tələbinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə məhkəmə qətnaməsi qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, sayğacı dəyişərkən onda hər hansı qüsurun olması onlara bildirilməyib. Sayğac dəyişilən zaman orada olub və hər şey öz qaydasında olmuşdur. Həmçinin sayğacın dəyişdirilməsi ilə bağlı onların müraciəti olmamışdır. Sayğac dəyişdikdən sonra onlara cərimə yazılıb. Sayğaç küçədə yerləşir. Odur ki, iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında № ******* saylı aktın surətindən görünür ki, İddiaçı evində olan “Elster” tipli, G-6 markalı, ******* nömrəli qaz sayğacı yenisi ilə əvəz edilmiş, mənzildən açılmış sayğac dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan Cavabdeh 18.03.2021-ci il tarixli № MSK-29/1710-01253-1 saylı qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, “Elster” tipli, G-6 markalı ******* nömrəli qaz sayğacının yoxlanılması zamanı sayğacın çıxış plastmas borusu deşilmiş və təbii qaz itkisinin yarandığı müəyyən olunmuşdur. İş materiallarında olan təbii X6nın pozulması haqqında 30.03.2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh 29/1710-01253-1 saylı aktına əsasən aşkarlanmış qüsur zamanı dəymiş ziyanın hesablanması qərara alınmışdır. Bu zaman həmin mənzildə qaz piltəsi EQ-4, rediator peçi və tutumlu su qızdırıcısı aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarında olan 31.03.2021-ci il tarixli Ağsu X7 İdarəsinin qərarından görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən maksimal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddət 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 2160 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 30.03.2021-ci il tarixli № ******* saylı akt göstərilmişdir. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankının mədaxil qəbzindən görünür ki, İddiaçı sayğacın yenilənməsi üçün 133.03 manat pul ödəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X6”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “X6”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2 və 6.1.7-ci yarımbənləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İş üzrə iddiaçının yaşadığı evin qaz ilə təchizatın hesablaşmasını təmin edən sayğacın evdən kənarda quraşdırılması cavabdeh təşkilat tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Belə ki, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İB iddiaçının ünvanında quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliliklə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına hər hansı müdaxilə olunması halı təsdiq edilmədiyindən, eləcə də 30.03.2021-ci il tarixli № ******* saylı akt X6nın tələblərinin kobud surətdə pozulması ilə tərtib edildiyindən, akt etibarsız sayılmalı, sərfiyyat üzrə hesablanmış 216 manat borc iddiaçının abunə hesabından silinməli və qaz sayğacının dəyişdirilməsi üçün İddiaçı ödədiyi 133.03 manat pul iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh Ağsu X7 İdarəsinin tərtib etdiyi təbii X6nın pozulması haqqında 30.03.2021-ci il tarixli № ******* saylı akt və həmin akt əsasında verilmiş 30.03.2021-ci il tarixli borcun hesablanması barədə qərar etibarsız hesab olunsun, 30.03.2021-ci il tarixli № ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 216 manat məbləğində hesablanmış məbləğ İddiaçı abunə hesabından silinsin və qaz sayğacının dəyişdirilməsi üçün İddiaçı ödədiyi 133.03 manat pul Cavabdehndən tutularaq İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1043/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1043/2021
28.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver