Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-105/2023 23.01.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 (maraqlı şəxs DƏDRX-nin 14 saylı Ərazi İdarəsi) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-0526 saylı 41006018 kodlu Dövlət Aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, onların Şamaxı rayon, Göylər kəndində torpaq sahələri var. Həmin torpaq sahəsinə Çıxarış almaq istəyirlər. Sənədlərini notariusa təqdim edəndə bildirdilər ki, təqdim etdiyi Torpağın mülkiyyətə verilməsinə dair JN-0526 saylı 41006018 kodlu Dövlət aktında adlarında və soyadlarında müəyyən səhvlər var, bu səbəbdən də əməliyyat aparılması mümkün deyildir. X16 bu səhvi düzəltmək üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət ediblər. Oradan isə bildirilib ki, hazırda bu mümkün deyil məhkəməyə müraciət olunmalıdır. Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli 03 saylı qərarına və Torpağın mülkiyyətə verilməsinə dair JN-0526 saylı 41006018 kodlu Dövlət Aktına əsasən onlara Şamaxı rayon Göylər kəndi ərazisində 1.62 ha torpaq sahəsi verilmişdir. Verilən vaxtdan indiyə kimi də həmin sahədən o və ailə üzvləri birlikdə istifadə edirlər. Hal-hazırda torpaq sahəsini yenidən dövlət qeydiyyatına aldırmaq istəyirkən notariusda öyrənmişlər ki, Dövlət aktında bəzi səhvlər var. Belə ki, Dövlət aktı verilərkən onların hamısının soyadı Rəhimova olmuşdur. Lakin dövlət aktında soyadları Məmmədova kimi yazılmışdır. Məmmədova onların ana soyadlarıdır. Yəni Atalasın soyadı Məmmədova olmuş, 1992-ci ildə nikaha girəndən sonra ərinin soyadını, Rəhimova soyadını götürmüşdür. Dövlət Aktı tərtib olunarkən soyadları səhvən Məmmədova kimi yazılmışdır. Bundan sonra Röyanın adı da Dövlət aktında səhvən Raya kimi qeyd olunmuşdur. Onların kəndində ümumiyyətlə bu adda şəxslər yoxdur. Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 adlı şəxslər var. Adlarının, soyadlarının səhv yazılmasına baxmayaraq bütün kənd şahidlik edə bilər ki, həmin Dövlət aktı ona məxsusdur, həmin torpaq da onların istifadəsindədir. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş digər ərizəçi və maraqlı şəxs DƏDRX-nin 14 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən digər ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-0526 KOD 41006018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X2, X5, X7 Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 1,62 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDRX-nin 14 saylı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********69 saylı məktubdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş JN-0526, kod 41006018 nömrəli dövlət aktında ailə üzvlərinin adları düzgün göstərilməmişdir. Sənədi verən orqan-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvlərin düzəldilməsi qeyrimümkündür. İş materiallarında olan XVİİ-ЖГ № 339164 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1993-cü il tarixdə Şamaxı rayonu, Göylər kəndində doğulmuşdur. X4, anası Ərizəçi1dır. İş materiallarında olan AЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1965-ci il tarixdə Şamaxı rayonu, Göylər kəndində doğulmuşdur. İş materiallarında olan XVİİ-ЖГ № 465914 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1994-cü il tarixdə Şamaxı rayonu, Göylər kəndində doğulmuşdur. X4, anası Ərizəçi1dır. İş materiallarında olan V- ЖГ № 425376 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X2 arasındakı nikah 11 yanvar 1992-ci il tarixində bağlanmış, bu barədə 02 saylı akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Rəhimov”, arvada “Rəhimova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ № 824662 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X13 13 iyul 2013-cü il tarixdə Şamaxı rayon Göylər kənd İƏD üzrə nümayəndəliyində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında həmin tarixdə 15 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Abdulcəlilov”, arvada “Abdulcəlilova” soyadı verilmişdir. İş materiallarında olan Göylər kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 369 saylı arayışından görünür ki, Şamaxı rayonun Göylər kəndində yaşayan Ərizəçi1 Şahsəddın qızı həqiqətən Torpaq islahatı zamanı onun özünün və ailə üzvüləri Ərizəçi2, X8 adları Şamaxı rayonun Göylər kəndi ərazisində torpaq sahəsi almaq hüquqi olan subyektlərin siyahısında texniki səhv olaraq düzgün qeyd olunmamışdır. X3, X5 və X11 adında şəxslər heç vaxt Şamaxı Rayonun Göylər kəndi ərazisində yaşamamışlar. İş materiallarında olan Göylər kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Şamaxı rayonu, Göylər kənd sakini Ərizəçi1 Ərizəçi2 və Ərizəçi3 ibarət ailə üzvləri vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin adı, onlara məxsus bütün sənədlərdə Ərizəçi1, Ərizəçi2 və Abdulcəlilova (Rəhimova) Röya Əfqan qızı kimi göstərilsə də, Torpağın mülkiyyətə verilməsinə dair JN-0526 saylı 41006018 kodlu Dövlət aktında adlarında və soyadlarında səhvlər vardır. Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən “X2, X5 və X11” ilə digər sənədlərdə göstərilən “Ərizəçi1, Ərizəçi2 və Abdulcəlilova (Rəhimova) Röya Əfqan qızı”nın eyni şəxslər olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı ərizəçilər tərəfindən, onlara aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər. Sənədi verən orqan-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvin düzəldilməsi qeyrimümkün olmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə əsaslı olduğundan təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair JN-0526 41006018 nömrəli dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2, Abdulcəlilova (Rəhimova) Röya Əfqan qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305- 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-0526 41006018 nömrəli dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2, Abdulcəlilova (Rəhimova) Röya Əfqan qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-105/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-105/2023
23.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver