Məhkəmə qərarları › İş №2(074)-1054/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1054/2023

16.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1054/2023 16.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X26 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair” xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, torpaq üzərində mülkiyyət hüququna dair JN- 108 saylı 41006038 kodlu Dövlət Aktının aktda adları olan X8, X5, X9 və X10 ilə birlikdə, eyni zamanda ona da məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Şamaxı rayon Aqrar islahat komissiyasının xx.xx.1998-ci il 16 saylı qərarı ilə ona və ailə üzvlərinə 0,74 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq üzərində mülkiyyət hüququna dair JN-108 saylı 41006038 kodlu Dövlət Aktına əsasən Dağ Bağırlı kəndi ərazisində olan 0,74 ha torpaq sahəsi onların ailəsinin mülkiyyətinə verilmişdir. Hazırda həmin torpağa Çıxarış almaq istəyir. Dövlət Aktını Daşınmaz əmlakın Dövlət reyestri xidmətinə təqdim edərkən, məlum oldu ki, orada onun adı düzgün yazılmamışdır. Belə ki, Ərizəçi əvəzinə X1 yazılmışdır. DƏDRX-nin 14 saylı ərazi idarəsindən səhvin düzəldilməsini xahiş etmişdir. Lakin, DƏDRX-nin 14 saylı ərazi idarəsi bu səhvi düzəltməkdən imtina etmişdir ki, məhkəməyə müraciət olunmalıdır. Onun adı Ərizəçidur. xx.xx.1988-ci il tarixdə Dağ Bağırlı kəndində anadan olmuş, Şamaxı rayonunda torpaq islahatı zamanı valideynləri və qardaşları ilə birlikdə, ona da torpaq payı verilmişdir. Onların ailəsində Dağ Bağırlı kəndində X2 adlı şəxs olmayıb və hazırda da yaşamır. Qeydiyyat şöbəsinin verdiyi arayışdan və eyni zamanda, ərizəyə əlavə etdiyi Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən də görünür ki, bu Dövlət aktında ailə üzvü kimi onun adı olmalıdır. Yasəmən adı səhvən yazılıbdır. Torpaq üzərində mülkiyyət hüququna dair JN-108 saylı 41006038 kodlu Dövlət Aktında göstərilən torpaq sahəsi də, faktiki olaraq verildiyi gündən onun və ailəsinin istifadəsindədir. Bunu təsdiq edəcək kifayət qədər sənədləri və şahidləri var. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbardar edilmiş maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 və X3 ifadələrində bildirmişlər ki, onlar ərizəçi ilə uzun illərdir ki, qonşuluqda yaşayırlar. Ərizəçinin ailəsində X2 adlı ailə üzvü olmamışdır. Bildiklərinə görə, Aqrar İslahat Komissiyası tərəfindən həmin ailəyə verilmiş pay torpağı sənədində Rzanın adı Yasəmən kimi yazılmaqla, ailə üzvlərinin adlarında səhvə yol verilmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Dağ Bağırlı kənd ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 75-22120160/2023 saylı arayışından görünür ki, Ərizəçi Şamaxı rayonu Dağ Bağırlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixdə X6 ünvanladığı məktubunda göstərilir ki, JN-109, kod 41006038 nömrəli Dövlət aktında ailə üzvlərinin adları düzgün göstərilməmişdir. Sənədlərdə uyğunsuzluq olduğu üçün, ərizənin icrasından imtina olmuşdur. Bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportindakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün, məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Şamaxı rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 05/091S/141059-23 saylı arayışından görünür ki, xx.xx.2023-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: X8 xx.xx.1956-ci il, X11 xx.xx.1956-cı il, X9 xx.xx.1981-ci il, X12 xx.xx.1963-cü il, Ərizəçi xx.xx.1988-ci il, X10 xx.xx.1991-ci il, X13 xx.xx.1996-cı ildə doğulmuşdur. İş materiallarında olan Dağ Bağırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-75-22xx-xx/2023 saylı arayışından görünür ki, Dağ Bağırlı kəndi ərazisindən torpaq islahatı zamanı torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısında adı göstərilən X2 texniki olaraq səhv yazılmışdır. Bu Ərizəçidur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci ildə doğulmuş, atası X8, anası X4r. İş materiallarında olan Şamaxı RİHB-nın Dağ Bağırlı inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-75-22xx-xx/2023 saylı arayışından görünür ki, Şamaxı rayonu Dağ Bağırlı kəndində yaşayan Ərizəçi həqiqətən torpaq islahatı zamanı, Şamaxı rayonunun Dağ Bağırlı kəndi ərazisindən torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısında onun adı texniki səhv olaraq X2 qeyd olunmuşdur. X2 adında şəxs Şamaxı rayonunun Dağ Bağırlı kəndi ərazisində heç vaxt yaşamamışdır. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN 108, kod 41006038 Dövlət Aktından görünür ki, X8 və onun ailə üzvlərinə Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 1998ci il 11 oktyabr tarixli, 16 nömrəli qərarı ilə 0,74 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi adı digər ailə üzvləri ilə bərabər, ona da, məxsus torpaq sahəsinin planı və ölçüsü sənədində səhvən Yasəmən kimi qeyd olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Sənədi verən orqan - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvin düzəldilməsi qeyri-mümkün olmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə əsaslı olduğundan təmin edilməli, Torpaq üzərində mülkiyyət hüququna dair JN-107 saylı 41006038 kodlu Dövlət Aktının aktda adları olan X8, X7, X9 və X10 ilə birlikdə, eyni zamanda Ərizəçi da məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Torpaq üzərində mülkiyyət hüququna dair JN-107 saylı 41006038 kodlu Dövlət Aktının aktda adları olan X8, X7, X9 və X10 ilə birlikdə, eyni zamanda Ərizəçi da məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar