Məhkəmə qərarları › İş №2(074)-1065/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1065/2024

15.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1065/2024 15.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun ləğv edilməsi” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşlarının yazdığı 12960 kub metr qaz sərfiyyatı üçün olan 1558.20 manat əsassız borcun ləğv edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10 may 2023-cii il tarixli, ******* saylı təsdiq edilmiş aktda yazılanlardan görünür ki, istifadəsində olan G-4 markalı, **********9 nömrəli sayğacda (abonent kodu: **********00006) problem yaranmasına dair ona 12960 kub metr qaz itkisinin cəriməsi yazılmışdır. Bu əsasda ona 1558,20 cərimə yazılmışdır. 10 may 2023cü il tarixli X5 Dair Tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, cavabdeh X2 tərəfindən onun istifadəsində olan G-4 markalı, **********9 nömrəli sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi qərara alınmışdır. Dəymiş ziyan isə belə əlaqələndirilmişdir ki, onun istifadəsində olan sözügedən sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb və bu səbəbdən təbii qaz itkisi yarandığı bildirilmişdir. Cavabdeh X2 tərəfindən verilmiş digər aktın təsdiq edilmiş surətində də yuxarıda qeyd olunanlar yazılmışdır. Cavabdeh X2 tərəfindən ona verilmiş “Abonentin Saldosu”nun təsdiq olunmuş nüsxəsində yazılanlardan görünür ki, 2022-2023-cii illərdə ona məxsus sayğacda qaz sərfıyyatının bütün qeydləri elektron qaydada aparılmış və İddiaçı tərəfindən müvafiq ödənişlər edilmişdir. Beləliklə, “Abonentin Saldosu'ndan aşkar görünür ki, cavabdeh X2 tərəfindən X5 Dair Tələbnamədə yazılanlar yalandır. Çünki, tələbnamədə qərara alınmışdır ki, onun istifadəsi üçün yeni qaz sayğacı quraşdırılsın və əvvəlki sayğac isə istismar müddəti bitmiş sayğac kimi sökülüb aparılsın. Sənədlərdə aşkar surətdə qeyd olunmuşdur ki, əvvəlki sayğacın istismar müddətinin başa çatması və düzgün işləməyərək istifadəyə yararsız olması səbəbindən sökülüb aparılsın. Deməli bu zaman abonentin günahı yoxdur. Əgər sayğac düzgün işləmirsə, bu zaman günahkar istehlakçı (abonent) deyildir. Odur ki 10 may 2023-cü il tarixli, ******* saylı təsdiq edilmiş aktda və eyni tarixli X5 dair tələbnamədə onun borcunun olmasına dair yazılanlar şər-böhtandır. Bir qayda olaraq istismar müddəti bitmiş və bəzən də səhv işləyən köhnə sayğacı yenisi ilə əvəz edərkən X1 əməkdaşları tərəfindən abonentlərə əsassız borclar hesablanır ki, bu da qanunsuz əməllərdir. İddiaçı məhkəməyə bildirir ki, istifadəsində olan sözügedən G-4 markalı, **********9 nömrəli qaz sayğacında hansısa naməlum çatışmazlıqların olması onun təqsirli hərəkəti anlamına gəlmir. Məhkəməyə onu da bildirir ki, son vaxtlar Şamaxı rayonunda X1 əməkdaşları tərəfindən qaz istifadəçilərinə qarşı belə xoşagəlməz əməllər baş alıb gedir. Abonentlərə əsassız cərimələr yazılması və artıq pullar ödətdirilməsi cəhdləri göz qabağındadır və bu kimi çoxsaylı qanunsuz əməllər kimlərsə tərəfindən qəsdən törədilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 10 may 2023-cü il tarixli X5 dair tələbnamədən görünür ki, qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat hesabat aparılması və hesablanmış 12960 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi xx.xx.2023-cü il tarixli, ******* saylı akt göstərilmişdir. İş materiallarında olan təbii X4nın pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, Cavabdeh 14-2-2/3-5-4808/Q001 saylı, xx.xx.2023-cü il tarixli aktına əsasən aşkarlanmış qüsur zamanı dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarında olan İddiaçı adına olan abonent saldosundan (abonent kodu **********00006) görünür ki, İddiaçı hesabına ümumilikdə 1555.20 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X4nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən qaz sayğaclarının üzərində xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “X4”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2 və 6.1.7-ci yarımbənləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 1555.20 manat məbləğində borc hesablamışdır. Lakin hazırda iddiaçı 1558.20 manat məbləğin silinməsini tələb edir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya qazdan istifadəyə görə hesablanmış 1555.20 manat məbləğində borc cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 35,55 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 195-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Ağsu X6 İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş təbii X4nın pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 1555.20 manat İddiaçı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 35.55 (otuz beş manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar