Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-107/2024 24.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Daha sonra Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 2(074)-107/2024 saylı mülki iş üzrə ərizənin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. Məhkəmə iddiaçı tərəfindən verilən ərizəni nəzərdən keçirərək hesab edir ki, verilmiş ərizə təmin olunmalı, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması” barədə ərizəsinə dair mülki iş üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, ərizəsi geri qaytarıldığından ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən xx.xx.2023-ci il tarixdə ödənilmiş (qəbz nömrəsi 26387, əməliyyat İD 2********) olan 100 manat rüsum Ərizəçi qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi (maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2023-ci il tarixdə ödənilmiş (qəbz nömrəsi 26387, əməliyyat İD 2********) olan 100 manat rüsum Ərizəçi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-107/2024
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-107/2024
24.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver