Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1077/2023 06.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X26 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Nağıyeva (Cəbrayılova) Ramilə Hacgülü qızının “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair” xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Nağıyeva (Cəbrayılova) Ramilə Hacgülü qızı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, JN-0202 saylı 41012018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının, aktda adı qeyd olunan X14, X9 və X10 ilə birlikdə, X5 və X3 da məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı rayon Aqrar islahat komissiyasının qərarı ilə onlara Şamaxı rayonu Quşçu kəndi ərazisindən torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi JN-0202 saylı 41012018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən, dövlət reyestrində qeydiyyata alınmışdır. Hər il onlar həmin torpaq sahəsini əkirlər. Lakin, bu il onlardan torpaq sahəsinə dair çıxarış almaları tələb olunmuşdur. Belə ki, çıxarışsız torpağa görə ssuda verilməyəcəkdir. O, Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKR Publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsinə müraciət etmişdir. Orada bildirilmişdir ki, dövlət aktındakı adlarla müraciət edən şəxslərin bəzilərinin adlarında uyğunsuzluq var. Belə ki, JN-0202 saylı 41012018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında mərhum atası X1 adı “Hacgülü” kimi, onun adı isə Ramilə əvəzinə “Rəna” kimi yazılmışdır. Bu səhvlərin düzəldilməsi üçün onlara məhkəməyə müraciət etmək tövsiyyə olundu. Onların adlarında belə texniki səhvlərin olmasına baxmayaraq, həmin dövlət aktında adları göstərilən X14, X9 və X10 ilə birlikdə, həm də onlara, yəni X5 və X3 məxsusdur. Məhkəmə iclasında ərizəçi Nağıyeva (Cəbrayılova) Ramilə Hacgülü qızı ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbardar edilmiş maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Telpəri Bədəlova və Gülpəri Bədəlova ifadələrində bildirdilər ki, onlar ərizəçi Nağıyeva (Cəbrayılova) Ramilə Hacgülü qızı və ailə üzvlərinin yaşadığı Quşçu kəndində qonşu olmuşlar. Ramilənin valideynləri Hacıgül və Dursun, Sevda və Rizvan isə bacı-qardaşlarıdır. Lakin, həmin ailədə “Rəna” adında övlad olmamışdır. Ailə başçısı Hacıgül Cəbrayılov vəfat etmişdir. Bildiklərinə görə, Aqrar İslahat Komissiyası tərəfindən həmin ailəyə verilmiş pay torpağı sənədində səhvən Ramilənin adı “Rəna”, atasının adı isə Hacıgül əvəzinə “Hacgülü” kimi göstərilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-0202 kod 41012018 nömrəli Dövlət Aktından görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarilxi 06 saylı qərarı ilə X6 və onun ailə üzvlərinə 1,26 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Şamaxı rayonu Quşçu kəndində torpaq islahatı aparılan zaman, mərhum X1 adı Şamaxı rayon Quşçu kənd ərazisində torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısında texniki səhv olaraq düzgün qeyd olunmamışdır. X6 adında olan şəxs Şamaxı rayonunun Quşçu kəndi ərazisində heç vaxt yaşamayıbdır. İş materiallarında olan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Şamaxı rayonu Quşçu kəndində torpaq islahatı aparılan zaman, qeydiyyatda olan Nağıyeva (Cəbrayılova) Ramilə Hacgülü qızının adı Şamaxı rayon Quşçu kənd ərazisində torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısında texniki səhv olaraq düzgün qeyd olunmamışdır. X15 adında olan şəxs Şamaxı rayonunun Quşçu kəndi ərazisində heç vaxt yaşamayıbdır. İş materiallarında olan Şamaxı rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: xx.xx.1935-ci il təvəllüdlü X6, xx.xx.1957-ci il təvəllüdlü X4, xx.xx.1962-ci il təvəllüdlü X2, xx.xx.1969-cu il təvəllüdlü X11, xx.xx.1974-cü il təvəllüdlü X12, xx.xx.1976cı il təvəllüdlü X9, xx.xx.1978-ci il təvəllüdlü X10, xx.xx.1981-ci il təvəllüdlü X7. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin Ərizəçi ünlanlanmış xx.xx.2023-cü il tarixli məktubunda göstərilir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş JN-0202 kod 41012018 nömrəli dövlət aktında adlar düzgün göstərilməmişdir. Sənədi verən orqan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adda olan səhvin düzəldilməsi qeyri-mümkündür. Hüquq müəyyənedici sənədlərin həmin şəxslərə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2001-ci ildə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.1981-ci ildə doğulmuş, atası X6, anası X8r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçi Nağıyeva (Cəbrayılova) Ramilə Hacgülü qızı və onun mərhum atası X1 adları dövlət aktında səhvən “X15” və “X6” kimi qeyd olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Sənədi verən orqan - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvin düzəldilməsi qeyri-mümkün olmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə əsaslı olduğundan təmin edilməli, JN-0202 saylı 41012018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının, aktda adı qeyd olunan X14, X9 və X10 ilə birlikdə, X5 və X3 da məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305- 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. JN-0202 saylı 41012018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının, aktda adı qeyd olunan X14, X9 və X10 ilə birlikdə, X5 və X3 da məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1077/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1077/2023
06.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver