Məhkəmə qərarları › İş №2(074)-1079/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1079/2021

12.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1079/2021 12.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə, iddiaçı X1 cavabdeh Azəriqaz İB-yə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsinə dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh X2rşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsinə dair iddia qaldıraraq, Azəriqaz İB-nin 16 iyul 2021-ci il tarxli ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akta görə hesablanmış 216 manat məbləğinin mənim abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 izahat verib göstərdi ki, X6 ilə olan müqavilə əsasında onun abonent olduğu Şamaxı şəhəri 28 may küçəsi 12 saylı ev təbii qazla təchiz edilmişdir. Qeyd olunan ünvana Cavabdeh İB-nın Departamenti tərəfindən abonent kodu verilmişdir. Yaşadığı ünvanda ev təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilmişdir. Ona bildirmişlər ki, sayğac köhnədir və yoxlama məqsədi ilə qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilməlidir. O, da heç bir etiraz etməmişdir. Ona məlumat veridlər ki, Dövlət yoxlamasının rəyinə əsasən sayğaca müdaxilə edildiyi müəyyən edilmişdir. Ona sayğacın dəyərinin ödənilməsi barədə tələbnamə verilmiş və bildirilmişdir ki, sayğac yarasız vəziyyətdədir, dəyişdirilməsi mütləqdir və onun tərəfindən pul ödənilməklə sayğac dəyişdirilməlidir. Evə gələn təbii qazın kəsilməməsi səbəbi ilə o, yeni sayğacın pulunu 68 manat ödəmişdir. Evinə yeni sayğac quraşdırmış, bundan sonra Birliyin əməkdaşları tərəfindən Təbii X8nın pozulması haqqında” müvafiq akt tərtib edilərək ona göndərilmişdir. Onun abonent hesbıına 216 manat ödəniş yazıblar. Şəxsi evində qazdan istifadə edir və vaxtlı vaxtında istidadəyə görə yaranan borcu ödəyir. Dediyi kimi qaz sayğacı küçədə yerləşdirilib, onun tərəfindən hər hansı müdaxilə olunmayıb. Küçədə quraşdırılmış sayğaca o, cavabdehlik daşıya bilməz. Ona bildiriblər ki, syğac istismar müddətini bitirib, ona görə də dəyişdirilməlidir. Bundan sonra müdaxilə söhbəti ortaya çıxıb. Onun tərəfidən heç bir pozuntu olmayıb. Ona görə də artıq hesablanmış məbləğ silinməlidir. Hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. İddia tələbinin təmin eidlməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh X3 nümayəndəsi məhkəməyə gəlməmiş, X9 məhkəməyə iddia tələbinə dair etiraz göndərərək, Şamaxı şəhəri 28 may küçəsi ev 12 saylı mənzildə yaşayan X1 X2rşı 16 iyul 2021-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi akt əsasında hesablanmış 216 manat məbləğin silinməsi tələbinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə dair etiraz onunla əsaslandırımışdır ki, iddiaçı Şamaxı şəhəri 28 May küçəsi ev 12 saylı mənzildə qeydiyyatda olan X1 “Azəriqaz’İstehsalat Birliyinə qarşı 16.07.2021-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi akt əsasında hesablanmış 216 manat məbləğin silinməsi tələbi iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, 31.05.2021-ci il tarixində ’Azəriqaz” X7 RQİİ-nin ünvan 2 ünvanda qeydiyyatda olan X1 yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı 31.05.2020-ci il tarixdə 627036 saylı akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G-4 markalı ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 29/1710-02887-1 saylı 16.07.2021-ci il tarixli akta əsasən sayğacın çıxış yivli birləşməsi deformasiyayaya uğrayıb nəticədə çıxış plastmas boru oturacaqdan aralanıb və təbii qaz itkisi yaranmışdır. Həmin akta əsasən X1 yaşadığı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 16.07.2021-ci il tarixli, ******* nömrəli “Təbii X8nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ- nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 23 iyul 2021-ci il tarixdə İtirilmiş qazın bərpası üzrə akt tərtib edilərək iddiaçı X1 adına olan Şamaxı XS-nin abonent bazasındakı **********00010 nömrəli abonent koduna 2160 m3 - 216 (iki yüz on altı) manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçı X1 abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan təbii X8nın pozulması haqqında ******* saylı aktdan görünür ki, Şamaxı şəhəri 38 may küçəsi 12 saylı evə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə Azəriqaz İB-nin qaz sayğaclarının nəzarət komissiyasının rəyinə əsasən sayğacın giriş yolunun birləşmədən aralanması, çıxış plasmat borunun oturacaqdan aralanması kimi nöqsanlar göstərilməkə, dəymiş ziyan hesablanması və hesablanan məbləğin abonent tərəfindən ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilir ki, qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və Şamaxı şəhəri 28 may küçəsi 12 saylı hesablanmış 4x6x90=2160 m3 qaz itkisi üçün məbləğin ödənilməsinin təmin edilməsi göstərilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, ünvan 3 fərdi yaşayış evində quraşdırılmış sayğaca Cavabdeh İB-nin işçiləri tərəfindən baxış keçirlmiş, G-4 markalı 461470 zavod nömrəsi olan qaz sayğacı açılaraq dövlət yoxlamasına göndərilmiş, sayğacın giriş yolunun birləşmədən aralanması, çıxış plasmat borunun oturacaqdan aralanması kimi nöqsanlar olduğundan 16 iyul 2021-ci il tarixli ******* saylı akt tərtib edilmiş və iddiaçıya 216,0 manat borc hesablanmışdır. İddiaçı cavabdeh tərəfindən tərtib edilmiş aktın ləğv olunmasını və hesablanmış ziyan məbləğinin silinməsini tələb etmiş, iddiasını onun və ailə üzvləri tərəfindən həmin sayğaca müdaxilə edilməməsi ilə əsaslandırmışdır. Cavabdeh tərəfindən, sayğacda aşkar olunmuş nöqsanların iddiaçının təqsiri üzündən baş verməsi barədə hər hansı sübutu məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, cavabdehin sayğacda aşkar olunmuş nöqsanların iddiaçının təqsiri üzündən baş verməsi barədə sübutu təqdim edə bilməməsini, eləcə də sayğac çıxarılarkən cavabdehin özünün işçiləri tərəfindən tərtib olunmuş aktda müvafiq qeydin olmamasını nəzərə alaraq, onun və ailə üzvləri tərəfindən həmin sayğaca müdaxilə edilməməsinə dair iddiaçının dəlillərini işin hallarına uyğun sayır. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdeh qaz sayğacının təbii X8nın pozulması haqqında ******* saylı aktın etibarsız hesab edilməsini tələb etməkdə haqlı deyildir, çünki, akt müəyyən edilmiş fakt və hadisələri təsdiq edən sənəd olmaqla vurulmuş ziyanın hesablanması üçün tərtib edilməlidir. Həmin aktla sayğaca ziyan dəyməklə, 2160m3 – 216,0 manat məbləğində itirilmiş qazın dəyəri müəyyən edilmişdir. Beləliklə, iş üzrə olan sübutlarla abonent olan iddiaçının sayğaca müdaxilə etməsi halı təsdiq edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. “X8”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Beləliliklə də məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh dəymiş zərərin ödənilməsini qazpaylayıcı şəbəkəyə müdaxilə (indiki halda sayğaca) etmiş şəxsdən tələb etməli olduğundan, iddiaçının isə sayğaca müdaxilə etməsi halı təsdiq edilmədiyindən, cavabdeh tərəfindən iddiaçıya bu əsasla borc hesablaması qanunsuz olmuşdur. Odur ki, hesablanmış 216,0 manat borc iddiaçının abunə hesabından silinməli, iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin olunsun. 16 iyul 2021-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi 216,0 manat məbləğində hesablanmış ziyan məbləği ünvan 3 ünvana verilən qaz xətti üzrə **********00010 saylı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar