Məhkəmə qərarları › İş №2(074)-1084/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1084/2025

20.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1084/2025 20.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1987-ci il təvəllüdlü oğlu X1 və 11 oktyabr 1990-cı il təvəllüdlü oğlu Novruzov Ülvi Vidadi oğlunun sağlamlıq vəziyyətlərinə görə hərəkətlərinin mənalarını anlaya bilmədiklərindən və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadıqlarından onların fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ümumi xəstəliklər səbəbindən əlillikləri müəyyən olunmuş övladları 19 yanvar 1987-ci il təvəllüdlü X4 və 11 oktyabr 1990-cı il təvəllüdlü Novruzov X6 şəhəri, M.Əfəndiyev küçəsi, 18 saylı ünvanda qeydiyyatda olmaqla hazırda onun himayəsində yaşayırlar. 19 yanvar 1987-ci ildə doğulmuş oğlu Ədalət Novruzov ümumi xəstəliklər səbəbindən qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, yüngül dərəcəli əqli gerilik (İQ-52) pozuntuları diaqnozu ilə dispanser qeydiyyatındadır. Müddətsiz üçüncü dərəcəli əlildir. Tibbi-sosial ekspert komissiyasının sonuncu müayinəyə dair məlumatında (forma 88) kənar şəxsin nəzarəti altında xüsusi məsuliyyət tələbi olmayan peşələr üzrə işləyə bilər olaraq qeyd olunsada hazırda otuz səkkiz yaşındadır və heç bir yerdə işləmir. Sağlamlığında problemləri olduğu üçün daima kənar şəxsin qulluq və nəzarətinə ehtiyacı olur. 11 oktyabr 1990-cı il doğulmuş oğlu Ülvi Novruzov ümumi xəstəliklər səbəbindən Şizofreniya-paranoid forma, epizodik gediş artan defsit (çatmamazlığı) ilə dispanser qeydiyyatındadır. Müddətsiz ikinci dərəcəli əlildir. Əmək qabiliyyətsizdir, hal-hazırda otuz beş yaşındadır. Sağlamlığında problemləri olduğu üçün daima kənar şəxsin qulluq və nəzarətinə ehtiyacı olur. Onların sərbəst olaraq öz hüquqlarını həyata keçirə bilmədikləri üçün başqa şəxslərin köməyinə ehtiyacları olduğundan bütün fiziki işlərində o və ailə üzvləri köməklik göstərir. Buna görə də onlar məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və bundan sonra da onlara qəyyum təyin olunmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Şamaxı rayon İHB-nin Qəyyumluq və Himayəçilik üzrə komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” barədə çıxarışın surətindən görünür ki, 19 yanvar 1987-ci il təvəllüdlü X3 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu və yüngül dərəcəli əqli gerilik (İQ 52) davranış pozuntusu diaqnozu qoyulmuşdur. İİİ dərəcə əlildir. İş materiallarında olan “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” barədə çıxarışın surətindən görünür ki, 11 oktyabr 1990-cı il Novruzov Ülvi Vidadi oğluna şizofreniya, paranoid forma, epizodik gediş artan defsit diaqnozu qoyulmuşdur. İİ dərəcə əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 hüquqi şəxsin 22 iyul 2025-ci il tarixli, 2383 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs X2 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. Yoxlanılan şəxs X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Ə.V.Novruzovu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 hüquqi şəxsin 22 iyul 2025-ci il tarixli, 2384 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Novruzov Ülvi Vidadi oğlunda şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəliyi aşkar olunur. Yoxlanılan şəxs Novruzov Ülvi Vidadi oğlu psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Ü.V. Novruzovu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Beləliklə, ünvan 2 ünvanında yaşayan 19 yanvar 1987-ci il təvəllüdlü X4 və 11 oktyabr 1990-cı il təvəllüdlü Novruzov Ülvi Vidadi oğlunun əqli və psixi cəhətdən xəstə olmaları nəticəsində öz hərəkətlərinin mənasını başa düşməmələri və öz hərəkətlərinə rəhbərlik edə bilməmələri ərizəçinin izahatı ilə, tibbi sənədlərlə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, 19 yanvar 1987-ci il təvəllüdlü X4 və 11 oktyabr 1990-cı il təvəllüdlü Novruzov Ülvi Vidadi oğlu əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiklərindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiklərindən, onların fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin Respublikasının MPM-nin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, onun oğulları ünvan 2 ünvanında yaşayan 19 yanvar 1987-ci il təvəllüdlü X4 və 11 oktyabr 1990-cı il təvəllüdlü Novruzov Ülvi Vidadi oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadıqlarından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. ünvan 2 ünvanında yaşayan 19 yanvar 1987-ci il təvəllüdlü X4 və 11 oktyabr 1990-cı il təvəllüdlü Novruzov Ülvi Vidadi oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsinlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar