Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1117/2024 05.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (Maraqlı şəxs) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından ərizə baxılmamış saxlanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanıldığından ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu da ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanıldığından Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş (qəbz nömrəsi 17214, əməliyyat İD 514896253, GPP qəbz nömrəsi ********** olan) 100 manat rüsum Ərizəçi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi (Maraqlı şəxs) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş (qəbz nömrəsi 17214, əməliyyat İD 514896253, GPP qəbz nömrəsi ********** olan) 100 manat rüsum Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1117/2024
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1117/2024
05.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver