Məhkəmə qərarları › İş №2(074)-1138/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1138/2024

30.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1138/2024 30.09.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İlkin iddia üzrə İddiaçı iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh İB-nə qarşı “akt əsasında yazılmış cərimənin silinməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İsthsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 3110.40 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayır. Abonent kodu **********00072-dir. Bu evdə az hallarda olur. Sayğacı smart kart olub, pul vurandan sonra yandırır. Kənar xəttin çəkilməyindən xəbəri olmayıb. Qaz İdarəsinin işçiləri xətti tapıblar. Cərimə yazılmağı barədə heç nə deməyiblər. O, oğlundan soruşub və oğlu deyib ki, Novruz bayramı vaxtı sayğac işləməyib və qeyri-iş günü olduğu üçün idarədən sayğacı düzəltməyə gəlməyiblər. 1 aydır bu xətti qoşub. Amma, Cavabdeh İB-nin təbii X4nın pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı aktında sayğacdan kənar qeyriqanuni xətt ilə qazdan istifadə halına görə qanunsuz olaraq şəxsi hesabına 3110 manat məbləğində cərimə yazıblar. Əgər, kimsə qazdan levi işlətsə belə 1 aya 3110 manat qaz istifadə edə bilməzdi. "xxxx" MMC-nin işçiləri xəttlərdə sızmanı və ya qeyri-qanuni qoşulmaları yoxlayarkən heç vaxt onların xəttinə levi xətt qoşulmayıb. O, il ərzində 1700- 2300 m³ qaz işlədir. Onun 10 ildə işlətdiyi qaz Cavabdeh İB-nin yazdığı cərimədən azdır. Cərimədə 1 ay üçün yazılmalıdır. Ona görə də qanunsuz olaraq ona yazılmış cərimənin silinməsinə köməklik göstərilməlidir. Mövcud qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə görə həmin sayğacda olan hər hansı qüsura görə o, abonəçi olaraq məsuliyyət daşımır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şamaxı rayonu, Həmyəli kəndində yaşayan İddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3110,40 manat məbləğində dəymiş ziyanın 51,11 manat dövlət rüsumunun, ümumilikdə isə 3161,51 manat pulun Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu, Həmyəli kəndində yaşayan İddiaçı Cavabdehnə qarşı Şamaxı Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2024-cü il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanaraq abonent koduna vurulmuş 3110 manat borc məbləğinin silinməsini xahiş etmişdir. Şamaxı rayonu, Həmyəli kəndində yaşayan İddiaçı iddia ərizəsi rədd edilməli və Cavabdeh qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. Belə ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 25-5609444/2023 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında İddiaçı məxsus Şamaxı rayonu, Həmyəli kəndində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana Cavabdeh Ağsu ragional Qaz İstismarı İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən **********00072 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində ZENNER G-4 SMART markalı. **********243 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin, cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin və “X4”nın 6.5-ci bəndinin tələblərini pozaraq istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Cavabdeh Ağsu ragional Qaz İstismarı İdarəsinin Şamaxı Xidmət Sahəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə öz başına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X4nın pozulması haqqında” aktlar tərtib edilmişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 3110,40 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin işçiləri tərəfindən 3110,40 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin ondan tələb ediləcəyi izah edilmişdir. Bundan əlavə İddiaçı inzibati məsuliyyət məsələsinə baxılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı Enerji Məsələlərini X1 filialına müraciət olunmuş və Enerji Məsələlərini X1 filialı tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* saylı İnzibati Xəta haqqında qərarına əsasən İddiaçı Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbin uyğun izahat verərək lkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, oğlunun kənar xətt qoşmasından xəbəri olmayıb. Lakin kənar xətdən 1 aya yaxın novruz bayramı ərəfəsində istifadə edilmişdir. İlkin iddia üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli 25-5609444/23 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”-nin surətindən görünür ki, Cavabdeh İB-yi İddiaçı məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, **********243 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan təbii X4nın pozulması haqqında xx.xx.2024-cü il tarixli № ******* saylı aktın surətindən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı qaz sayğacına baxış keçirilərkən abonentin sayğacdan kənar xətt ilə təbii qazdan qeyri-qanuni istifadə halı aşkarlanmışdır. Dəymiş ziyanın hesablanması və qeyr-qanuni qaz xəttinin ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamadən görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən maksimal saatlıq qaz sərfi 6 m³/saat orta günlük iş rejimi 12 saat və hesabat müddət 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 25920 m³ məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X1 filialının MN № ******* saylı xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə” haqqında qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə tətbiq edilmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4»nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «X4»nın 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 3.1.11-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Qeyd olunan Qaydaların tələblərindən görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməli, həmçinin istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının məhz 360 gün sayğacdan kənar təbii qazdan istifadə etməsi hallarına dair hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin qarşılıqlı iddia ərizəsinə iddiaçının evində olan qaz sayğacına «X4»na müvafiq olaraq (yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə) baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməli olduğu halda bunları etməsinə dair heç bir sübut əlavə etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya hesablanmış cərimə məbləği 1 (bir) ay müddətinə hesablanmalıdır. Bu isə (6x12x30=2160 m3 x0,12=259.20 manat) 259.20 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli iddiaçının abunə hesabından 2851.20 manat silinməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli 259.20 manat pul İddiaçı tutularaq Cavabdeh İB-yə öədnilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə xərclərinin ödənilməsi məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 51,11 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdehnə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh Ağsu X5 İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş təbii X4nın pozulması haqqında 29 aprel 2024-cü il tarixli, ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 2851,20 manat İddiaçı abunə hesabından silinsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı Cavabdeh Ağsu X5 İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş təbii X4nın pozulması haqqında 29 aprel 2024-cü il tarixli, ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 259,20 manat pul və dövlət rüsumu kimi ödənilmiş 51,11 manat pul tutularaq Cavabdeh hesabına ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar