Məhkəmə qərarları › İş №2(074)-1139/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1139/2023

20.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1139/2023 20.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, Ərizəçilər Ərizəçi1 Məhəmmədhəsən qızı, Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 Məhəmmədhəsən qızı, Ərizəçi2 və Ərizəçi3 (maraqlı şəxs DƏDRX-nin 14 saylı Ərazi İdarəsi) “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1 Məhəmmədhəsən qızı, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, onlara məxsus Torpağın mülkiyyətə verilməsinə X24 (JN-0022, kod ********) yazılmış X3 və X7 ad və soyadlarında səhvliyin olması faktlarının və həmin Dövlət Aktında yazılmış “X3” ilə “Ərizəçi1 Məhəmmədhəsən qızı”nın həmçinin “X12” ilə “X13”nun eyni şəxs olmalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şamaxı rayon ərazisində ailələrinə məxsus 2,18 hektar torpaq sahəsinə çıxarış almaq istəyirlər. Torpağa hüququ olan ailə üzvlərinin hamısı buna razıdırlar. Bu məqsədlə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edib. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsindən onlara verilmiş **********94 saylı, 05 sentyabr 2023-cü il tarixli imtina aktından görünür ki, onlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin tələblərinı uyğun qaydada məhkəməyə müraciət etməkləri tövsiyyə edilmişdir. İmtina aktında yazılmışdır ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş JN-0022, kod 41006018 nömrəli Torpağın Mülkiyyət Hüququna X24 ailə üzvlərinin adları düzgün göstərilmişdir. Sənədi verən orqan - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə adlarda olan səhvlərin düzəldilməsinin qeyri-mümkünlüyü bildirilmişdir. Bu məsələnin həll olunması üçün Şamaxı regional “ASAN xidmət” mərkəzinə göndəriliblər. Lakin oradan da onlara şifahi qaydada bildirdilər ki, sözügedən yalnışlığın və ya texniki səhvlərin düzəldilməsi üçün yalnız Şamaxı rayon Məhkəməsinə ərizə ilə müraciət etməlidirlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsindən onlara verilmiş **********94 saylı 05 sentyabr 2023-cü il tarixli imtina aktında ailə üzvlərindən ikisinin adında səhvliklərin olması ilə bağlı yazılanlar doğru olsa da – onlara məxsus JN-0022, kod 41006018 nömrəli Torpağın Mülkiyyət Hüququna X24 ailə üzvlərinin adlarında yalnışlığın düzəldilməsinə dair Şamaxı rayon Göylər kənd İcra Nümayəndəsinin imzası və möhürü ilə təsdiq olunmuş qeyd yazılmışdır. Bu əsas verir ki, sözügedən texniki səhvlər və yalnışlıq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi, 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən nəzərə alınmalıydı. Notarial təsdiqli V-ЖГ № 421102 saylı, 15 mart 1978-ci il tarixdə verilmiş doğum haqda şəhadətnamədən görünür ki, JN-0022 saylı kod 41006018 nömrəli Torpağın Mülkiyyət Hüququna X24 “Fəsurə” kimi səhv yazılmış şəxs X2r. Notarial təsdiqli İ-ЖГ № 275586 saylı, 16 oktyabr 1974-cü il tarixli nikah şəhadətnaməsindən görünür ki, X1 Abusəddin Qulu oğlu ilə rəsmi nikaha daxil olduqdan sonra onun soyadı “Həsənova” dəyişdirilərək “Nuriyeva” olmuşdur. Notarial təsdiqli İV-ЖГ № 499782 saylı, 10 iyun 1977-ci il tarixdə verilmiş doğum haqda şəhadətnamədən görünür ki, JN-0022 saylı, kod 41006018 nömrəli Torpağın Mülkiyyət Hüququna X24 adı “Ağasəf” kimi, soyadı isə “Nuriyev” səhv yazılmış şəxs Ərizəçi3dur. Ərizəçi3 atası X15, anası isə Ərizəçi1 Məhəmmədhəsən qızıdır. Surətləri iddia ərizəsinə daxil edilən şəxsiyyət vəsiqələrində yazılanlardan görünür ki, adları düzgün variantda Ərizəçi1 Məhəmmədhəsən qızı və Ərizəçi3 kimi yazılmışdır. Beləliklə, yeganə səhvlik JN-0022, kod 41006018 nömrəli Torpağın Mülkiyyət Hüququna X24 yazılanlardır ki, bu sənədin üzərində səhvliklərin hər ikisi Şamaxı rayon Göylər kənd İcra nümayəndəsi tərəfindən rəsmi qaydada düzəldilmişdir. Digər tərəfdən onlara məxsus JN-0022, kod 41006018 nömrəli Torpağın Mülkiyyət Hüququna X24 bu səhvliyi törətmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən qeyd olunmuş səhvlərin düzəldilməsini öhdəlik kimi həmin orqanın üzərinə qoyub İnzibati Məhkəməyə müraciət etmək mümkün deyildir. Odur ki, onlara məxsus JN-0022, kod 41006018 nömrəli Torpağın Mülkiyyət X6rda iki nəfərin – Vəsurənin adının “Fəsurə” kimi, Asəfin adının “Ağasəf” soyadının isə “Nuriyev” kimi səhv yazılmasının düzəldilməsi üçün məhkəmə qətnaməsinə ehtiyacları vardır. Qeyd olunan faktın müəyyən olunmasına dair sadalanmış sənədlərdən başqa, əlavə heç bir sənəd əldə edilməyib. Ərizəçilər daha sonra iddia ərizəsinə dəqiqləşmə verərək, Torpağa mülkiyyət hüququna dair JN-0022 saylı, kod 41006018 nömrəli Dövlət akının Ərizəçi2, X9 ilə yanaşı Ərizəçi1 və Ərizəçi3 məxsus olmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 Məhəmmədhəsən qızı ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş maraqlı şəxs DƏDRX-nin 14 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-0022 saylı, kod 41006018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Ərizəçi1 Məhəmmədhəsən qızı, Ərizəçi3, X9, Ərizəçi2 Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 2,18 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 05 sentyabr 2023-cü il **********94 saylı məktubundan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş JN-0022, kod 41006018 nömrəli dövlət aktında onların və ailə üzvlərinin adları düzgün göstərilməmişdir. Sənədi verən orqan - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvlərin düzəldilməsi qeyri-mümkündür. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X4 xx xxxx 1948-ci ildə və Ərizəçi3 xx xxxxx 1977-ci ildə Şamaxı rayonu, Göylər kəndində doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi3 ad və soyadları onlara məxsus bütün sənədlərdə Ərizəçi1 və Ərizəçi3 kimi göstərilsə də, Torpağın mülkiyyətə verilməsinə dair JN-0022 saylı 41006018 kodlu Dövlət aktında səhvlər vardır. Torpağa mülkiyyət hüququna X24 göstərilən “X8” ilə digər sənədlərdə göstərilən “Ərizəçi1” və “X12” ilə digər sənədlərdə göstərilən “Ərizəçi3”nun eyni şəxslər olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı ərizəçi tərəfindən, onlara aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Sənədi verən orqan-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvin düzəldilməsi qeyri-mümkün olmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə əsaslı olduğundan təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair, JN-0020 saylı 41006018 kodlu dövlət aktının Ərizəçi2 və X9 ilə birlikdə Ərizəçi1 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. JN-0022 saylı 41006018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi2 və X9 ilə birlikdə Ərizəçi1 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar