Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-115/2025 10.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 841,12 manat borc məbləğinin onun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Kəlbəcər rayonundan məcburi köçkün olaraq, ailəsi ilə birlikdə Şamaxı rayonu, Çuxuryurd kəndində məskunlaşmışdır. Yaşadığı ünvanın abonent kodu **********01090. Yaşadığı ünvanda 2011-cu ildən təbii qazdan istifadə olunur. Dövlətin verdiyi imtiyazlardan yararlanaraq, istilik kimi təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın dəyəri vaxtlı-vaxtında Azərbaycan Respublikasi Qaçqınların və X1 üzrə Dövlət Komitəsİ tərəfindən ödənilirdir. xx.xx.2016-cı ildə köhnə ******* nömrəli sayğacı açıb, yenisi ilə əvəz edərək, 1602AZ**********08 nömrəli smart sayğac quraşdırılmışdır. Həmin vaxta qədər, heç vaxt onlara nə borc haqqında, nə də aylıq sərfiyyat haqqında bildiriş təqdim olunmamışdır. Smart sayğac quraşdırılan zaman, yüklədiyi pul qədər kub sayğacın balansında görünürdü. Lakin, bir ildən sonra - 2017-ci ilin oktyabr ayında yüklədiyi puldan borca çıxılmışdır. Həmin gün qaz idarəsinə məsələni aydınlaşdırmaq üçün getmiş və ona bildirilmişdir ki, 841.12 manat debitor borcu var. Həmin vaxtdan hal-hazıra kimi, smart karta yüklədiyi puldan debitor borca çıxılır. O, heç vaxt sayğacdan kənar təbii qazdan işlətməmiş, əlavə xətti olmamışdır. Məcburi köçkün ailəsi olaraq, dövlətin verdiyi pulla ailəsini dolandırmışdır. Hesablanmış 841.12 manat borcu əsassız hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişdir. Eyni zamanda, cavabdeh iddia tələbinə etiraz ərizəsini göndərək göstərmişdir ki, Cavabdeh Ağsu X5 İdarəsinin Şamaxı XS-də abonent kimi qeydiyyatda olan İddiaçı ünvanına 2010-cu ilin oktyabr ayında sayğac quraşdırılmış, abonentin qaçqın statusu olduğundan, abonentə 2016-cı il tarixə kimi qaçqın limiti ayrılmışdır. Lakin, cavabdeh 2010-cu ildən 2016-cı ilin oktyabr ayına kimi dövlət tərəfindən nəzərdə tutulmuş limitdən artıq təbii qaz istifadə etmişdir. Belə ki, İddiaçı 2011-ci il üçün 88.50 manat, 2012-ci ili üçün 126 manat, 2013-cü il üçün 126 manat, 2014cü il üçün 99 manat, 2015-ci il üçün 126 manat və 2016-cı il üçün 147 manat ayrılmışdır. Lakin, abonent İddiaçı ayrılmış limitdən artıq istifadə edərək, 2016-cı ilin dekabr ayına kimi 841.12 manat manat borcu yaranmış və yaranmış borc abonent bazasında öz əksini tapır. Ağsu RQİİ-nin Şamaxı XS tərəfindən cavabdehə hər ay təbii qazdan istifadə ilə bağlı borcunun olması ilə bağlı bildiriş təqdim edilmişdir. Cavabdehə sayğac quraşdırıldığı tarixdən etibarən istifadə etdiyi təbii qaza görə, bir dəfə olsun belə könüllü ödəniş aparmamışdır. İddiaçı ünvanına 2017-cı iin mart ayında SMART-kart tipli qaz sayğacı quraşdırılmışdır. 2017-cı il tarixdən hazırki vaxta kimi abonent tərəfindən hər dəfə kartla ödəniş edildiyi zaman, həmin məbləğin 20% -i həcmində ümumilkdə 714.30 manat tutularaq, abonent bazasında olan borcdan silinmiş, hal-hazırda 126.82 manat borcu qalmışdır. Cavabdeh 2017-ci il tarixdən aparmış olduğu ödənişlərdən tutulmaların aparılmasından məlumatlı olmuş və borcun həmin formada tutulmasına razı olmuşdur. Eyni zamanda, İddiaçı ilə Cavabdeh İB arasında qazdan istifadə ilə bağlı 2023-cü ildə müvafiq qaydada müqavilə bağlanmışdır. Odur ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yaşayan İddiaçı hesablanmış 841.12 manat borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsini əsassız hesab edərək, iddianın təmin edilməməsi barədə məhkəmə qətnaməsi çıxarılması xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Qurbanov X3 rayonundan məcburi köçkündür. İş materiallarında olan abonentin saldosundan görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yaşayan İddiaçı abunə koduna 2016-cı ilin oktyabr ayında 841,12 manat borc hesablanmışdır. İş materiallarından görünür ki, İddiaçı ünvanında xx.xx.2016-cı il tarixdə Smart-kart tipli qaz sayğacı quraşdırılmışdır. İş materiallarından görünür ki, X4 Qaz İstismar İdarəsi ilə İstehlakçı İddiaçı arasında (abonent kodu **********01090) xx.xx.2023-cü il tarixdə Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Qurbanov X3 rayonundan məcburi köçkün kimi, Şamaxı rayonu Çuxuryurd kəndində məskunlaşmış və istehlakçı kimi, yaşadığı ünvanda yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə etmişdir. Abonent saldosuna əsasən, ondan tələb edilən 841,12 mant borc məbləği 2011ci ildən 2016-cı ilin oktyabr ayına qədər hesablanmışdır. Lakin, iddiaçının yaşadığı ünvanda Smart-kart tipli sayğac quraşdırılan tarixə, yəni 2016-ci ilin oktyabr ayına kimi, təbii qazdan istifadə ilə bağlı hesabat aparılmamış və ona həmin vaxta qədər istifadə etdiyi qaz sərfiyyatına görə bildiriş təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə, qaz paylayıcısı istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda, qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi, qanunvericilikdə istehlakçıya verilmiş qazın dəyərinin qaz sayğacının göstəricilərinə əsasən, qaz paylayıcısı tərəfindən hər ay üzrə hesablanması, növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim edilməsi, qazın sayğacla müəyyənləşdirilən hesabının istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam ödənilməsi və müvafiq hesabın istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam ödənilmədiyi halda, qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildirişin göndərilməsi nəzərdə tutulmuşdur. Lakin, qanunla nəzərdə tutulmuş qeyd olunan tələblərin yerinə yetirilməsi iş materialları ilə müəyyən olunmur və bununla bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək, qeyd olunan qanunvericilik normalarını əsas tutaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 841,12 manat məbləğində borc İddiaçı abonent kodundan silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da, cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 841,12 manat məbləğində borc İddiaçı abonent kodundan (**********01090) silinsin. Cavabdehndən 30 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-115/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-115/2025
10.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver