Məhkəmə qərarları › İş №2(074)-1150/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1150/2024

04.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1150/2024 04.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs DƏDKR publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (maraqlı şəxs DƏDKR publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi) ərizə ilə məhkəməyə müraciət edərək, torpaq üzərində mülkiyyət hüququna dair kodlu Dövlət Aktının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1999-cu il tarixli 01 saylı qərarına əsasən ona “Şamaxı” sovxozunun ərazisindən 1,13 ha torpaq sahəsi verilmişdir. Torpaq üzərində mülkiyyət hüququna dair JN-168 saylı 41001004 kodlu Dövlət Aktına əsasən həmin torpaq sahəsi adına dövlət qeydiyyatına alınmışdır. Hazırda həmin torpaq sahəsini yenidən qeydiyyata aldırmaq istəyir. Bunun üçün DƏDKR publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edib. Ona bildirilmişdir ki, Dövlət Aktında onun adı səhv yazılıb, ata adı isə tamamilə qeyd olunmayıb. Bu səbəbdən həmin torpaq sahəsini onun adına dövlət qeydiyyatına almaq mümkün deyil, məhkəməyə müraciət olunmalıdır. Daha sonra Ərizəçi nümayəndəsi X5 iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, torpaq üzərində mülkiyyət hüququna dair JN-168 saylı 41001004 kodlu Dövlət Aktının Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X5 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, indiyədək həmin torpaq sahəsi ilə əlaqədar subsidiya almışlar, lakin hazırda bunun üçün torpağa çıxarış lazım olduğundan məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş maraqlı şəxs DƏDKR publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-168 saylı 41001004 kodlu Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X3 Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 01 saylı qərarı ilə 1,13 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 22 may 2024-cü il **********5 saylı məktubundan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş JN-168 saylı 41001004 kodlu dövlət aktında Ərizəçi adı düzgün göstərilməmişdir. Sənədi verən orqan-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adda olan səhvin düzəldilməsi qeyrimümkündür. İş materiallarında olan evlənmək haqqında şəhadətnmənin surətindən görünür ki, X4 ilə X1 nikahı xx.xx.1960-cı il tarixdə Şamaxı rayon VVAQ bürosunda bağlanmışdır. Nikah bağlandıqdan sonra kişiyə “Dövlətov”, arvada “Dövlətova” soyadı verilmişdir. İş materillarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1940-cı ildə Şamaxı rayon, Quşçu kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi adı ona məxsus bütün sənədlərdə “Qələm” kimi göstərilsə də, Torpağın mülkiyyətə verilməsinə dair JN-168 saylı 41001004 kodlu Dövlət aktında Ərizəçinaz kimi yazılmış, ata adı göstərilməmişdir. Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən “Ərizəçinaz” ilə digər sənədlərdə göstərilən Ərizəçi eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı ərizəçi tərəfindən, ona aid olan sənəd kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Sənədi verən orqan-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvin düzəldilməsi qeyri-mümkün olmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə əsaslı olduğundan təmin edilməli, Torpağa mülkiyyət hüququna dair JN-168 saylı 41001004 kodlu dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305- 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-168 saylı 41001004 kodlu dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar