Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1158/2023 21.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X14 Murtuza oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair” xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, JN-0144 saylı 41016018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının, aktda adı qeyd olunan X2 və Nümayəndə ilə birlikdə, ona da məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onlara Şamaxı rayonu Göylər kəndi ərazisindən 1.63 ha torpaq payı verilmiş, həmin torpaq sahəsi JN-0144 saylı JN- 41006018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən, dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq payı verilən zaman o, Azərbaycan vətəndaşı olmuş, hazırda Rusiya vətəndaşıdır. Torpaq sahəsinə çıxarış alaraq, özgəninkiləşdirmək istəyir. Lakin, həmin Dövlət Aktında adı Artyom əvəzinə, səhvən Xəyyam kimi yazılmışdır. Səhvin düzəldilməsi üşün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinə müraciət etmişdir. Lakin, düzəliş etməkdən imtina etmişlər və bildirmişlər ki, həmin sənədin ona məxsus olmasını təsdiq edən məhkəmə qərarı tələb olunur. Onun sənəd üzrə adı Artyomdur. O, xx.xx.1985-ci il tarixdə Rusiyada anadan olmuşdur. 1988-ci ildə valideynləri ayrılmışdır. O, anası ilə birlikdə Şamaxı rayonu Göylər kəndinə gəlmişdir. Həddi buluğa çatandan sonra, yenidən Rusiyaya getmişdir. 2005-ci ildən Rusiya vətəndaşıdır. Hazırda ilin müəyyən vaxtlarını Rusiyada, müəyyən vaxtlarını isə Azərbaycanda - Şamaxı rayonu Göylər kəndində olur. Torpaq islahatından sonra, Dövlət Aktı yazılarkən, aktda adı Artyom əvəzinə, səhvən Xəyyam kimi yazılmışdır. Lakin, bu bir texniki səhvdir. Onların ailəsində Xəyyam adında şəxs olmayıb, indi də, yaşamır. Torpaq islahatı keçirilən zaman, onların ailəsi, o, bacısı Sevinc və anası Xalidədən ibarət olmuşdur. Həmin torpaq sahəsindən faktiki olaraq onlar istifadə edirlər. Həmin sənəd, yəni 0144 saylı 41006018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı digər ailə üzvləri ilə birlikdə, eyni zamanda ona, yəni Ərizəçi məxsusdur. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbardar edilmiş maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və X7 ərizəçi ilə həmkəndli olduqlarını, onun ailəsində və ümumiyyətlə yaşadıqları kənddə X9 adında şəxsin olmadığını və torpaq islahatı zamanı, həmin ailəyə verilən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi adı səhvən X4 göstərilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-0144 kod 41006018 nömrəli Dövlət aktından görünür ki, X2 və onun ailə üzvlərinə Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 1,63 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********06 saylı ərizəçi X1 adına ünlanlanmış məktubunda göstərilir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş JN-0144 kod 41016018 nömrəli Dövlət aktında adlar düzgün göstərilməmişdir. Sənədi verən orqan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adda olan səhvin düzəldilməsi qeyri-mümkündür. İş materiallarında olan Şamaxı rayonu Göylər Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 38 saylı arayışından görünür ki, JN-0144 kod 41006018 kodlu Dövlət aktında göstərilən torpaq sahəsi faktiki olaraq Ərizəçi, X2 və Nümayəndədır. İş materiallarında olan Şamaxı Regional ASAN Xidmət mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarilxi arayışından görünür ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1962-ci il təvəllüdlü X3 məxsus xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: Nümayəndə xx.xx.1983-cü il, Ərizəçi xx.xx.1985-ci ildə doğulmuşdur. Şamaxı RİHB-nın Göylər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, həqiqətən torpaq islahatı zamanı Şamaxı rayonunun Göylər kənd ərazisindən torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısında ailə üzvlərindən olan Ərizəçi adı düzgün qeyd olunmamışdır. X9 adında şəxs Şamaxı rayonunun Göylər kəndi ərazisində heç vaxt yaşamamışdır. Şamaxı RİHB-nın Göylər kənd inzibati ərazi idarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi qeydiyyatda Rusiya Federasiyasında olsa da, ilin müəyyən vaxtlarında faktiki olaraq Şamaxı rayonu Göylər kəndində yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi adı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhvən Xəyyam kimi qeyd olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Sənədi verən orqan - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adda olan səhvin düzəldilməsi qeyri-mümkün olmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə əsaslı olduğundan təmin edilməli, JN-0144 saylı 41006018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının, aktda adları qeyd olunan X2 və Nümayəndə ilə birlikdə, Ərizəçi da məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. JN-0144 saylı 41006018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının, aktda adları qeyd olunan X2 və Nümayəndə ilə birlikdə, Ərizəçi da, məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1158/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1158/2023
21.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver