Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1159/2021 03.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, iddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 15.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Xiaomi Redmi markalı qulaqlıq üçün 15,2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 manat cərimə, 02.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********76278 olan Samsung Galaxy A40 markalı telefon üçün 459,5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45 manat cərimə; ümumilikdə 521,7 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ABC X1 Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarasınız. İddia ərizəsi onunl əsaslandırılmışdır ki, Cavabdeh Raci oğlu ABC Telecom MMC ilə 15.12.2019 və 02.11.2019-cu il tarixli müqavilələrinə əsasən, Xiaomi Redmi markalı qulaqlıq və İMEİ Kodu **********76278 olan Samsung Galaxy A40 markalı telefon almış və nəticədə 521.7 (beş yüz iyirmi bir manat, yetmiş qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 73 (yetmiş üç) manat (9 ay x 8 manat +1 manat ilkin ödəniş) Xiaomi Redmi markalı qulaqlıq üçün ümumilikdə 17.2 (on yeddi manat, iyirmi qəpik) manat olmaqla ondan 15.2 (on beş manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 (iki) manat cərimə; 02.11.2019-cıı il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 724 (yeddi yüz iyirmi dörd) manat (9 ay x 40.3 manat + 4 manat ilkin ödəniş) İMEİ Kodu **********76278 olan Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə 504.5 (beş yüz dörd manat, əlli qəpik) manat olmaqla ondan 459.5 (dörd yüz əlli doqquz manat, əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45 (qırx beş) manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 322.3 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Məhkəmədən 15.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Xiaomi Redmi markalı qulaqlıq üçün 15,2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 manat cərimə, 02.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********76278 olan Samsung Galaxy A40 markalı telefon üçün 459,5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45 manat cərimə; ümumilikdə 521,7 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ABC X1 Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 23 sentyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 24 sentyabr 2021-ci il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildirişlər göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan poçt izlənməsi sənədindən görünür ki, cavabdeh Cavabdeh 30 sentyabr 2021-ci il tarixində məhkəmə bildirişini qəbul etmişdir. Cavabdeh həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaçının iddia tələbinə etirazının olmamasını, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan 02 noyabr 2019-cu il tarilxi müqavilədən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən İMEİ kodu **********01627 Samsung galaxy A10 markalı telefon almışdır. İş materiallaərnda olan15 deakbr 2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh Xiaomi Redmi markalı qulaqlıq almışdır. İş materiallarında olan 09 sentyabr 2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh Xiaomi Redmi markalı qulaqlıq üçün 57,8 manat əsas borc, 2 manat cərimə borcu, İMEİ Kodu **********76278 olan Samsung Galaxy A40 markalı telefon üçün 459,5 manat əsas, 45 manat cərimə borcu olmaqla 504,5 manat cəmi 521,7 manat borcu yaranmışdır. İş materiallarında olan 10 sentyabr 2021-ci il qəbzdən görünür ki, ABC Telecom MMC tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh ABC Telecom MMC ilə bağladığı 15.12.2019 və 02.11.2019-cu il tarixli müqavilələrə əsasən, Xiaomi Redmi markalı qulaqlıq və İMEİ Kodu **********76278 olan Samsung Galaxy A40 markalı telefon almış və nəticədə 521.7 (beş yüz iyirmi bir manat, yetmiş qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 73 (yetmiş üç) manat (9 ay x 8 manat +1 manat ilkin ödəniş) Xiaomi Redmi markalı qulaqlıq üçün ümumilikdə 17.2 (on yeddi manat, iyirmi qəpik) manat olmaqla ondan 15.2 (on beş manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 (iki) manat cərimə; 02.11.2019-cıı il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 724 (yeddi yüz iyirmi dörd) manat (9 ay x 40.3 manat + 4 manat ilkin ödəniş) İMEİ Kodu **********76278 olan Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə 504.5 (beş yüz dörd manat, əlli qəpik) manat olmaqla ondan 459.5 (dörd yüz əlli doqquz manat, əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45 (qırx beş) manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 322.3 manat təşkil edir. ABC Telecom MMC tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 15.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Xiaomi Redmi markalı qulaqlıq üçün 15,2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 manat cərimə, 02.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********76278 olan Samsung Galaxy A40 markalı telefon üçün 459,5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45 manat cərimə cəmi ümumilikdə 521,7 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq ABC X1 Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 15.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Xiaomi Redmi markalı qulaqlıq üçün 15,2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 manat cərimə, 02.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********76278 olan Samsung Galaxy A40 markalı telefon üçün 459,5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45 manat cərimə cəmi ümumilikdə 521,7 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq ABC X1 Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(074)-1159/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1159/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver