Məhkəmə qərarları › İş №2(074)-1161/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1161/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1161/2021 03.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, iddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********02110 X4 7 markalı telefon üçün 208 manat ödənilməmiş borc, 20 manat cərimə, 26.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********49403 X4 8 markalı telefon, X5 Redmi Note 8 Black markalı aksesuar üçün 405.4 manat ödənilməmiş borc, 40.6 manat cərimə cəmi 674 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş olunur. İddia ərizəsi onunl əsaslandırılmışdır ki, cavabdeh, ABC Telecom MMC ilə 02.09.2019-cu il və 26.12.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********02110 X4 7 markalı telefon və İMEİ kodu **********49403 X4 8 markalı telefon, X5 Redmi Note 8 Black markalı aksesuar almış və nəticədə 674 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 624 manat manat (12 ay x 52 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********02110 X4 7 markalı telefon üçün ümumilikdə, 228 manat olmaqla ondan, 208 manat ödənilməmiş borc, müştəriyə güzəşt olunaraq 20 manat cərimə; 26.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 608,4 manat (12 ay x 50.7 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********49403 X4 8 markalı telefon, X5 Redmi Note 8 Black markalı aksesuar üçün ümumilikdə, 446 manat olmaqla ondan, 405,4 manat ödənilməmiş borc, müştəriyə güzəşt olunaraq 40,6 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 619 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 23 sentyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 24 sentyabr 2021-ci il tarixdə məhkəmə cavabdeh X1 prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildirişlər göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan poçt izlənməsi sənədindən görünür ki, Cavabdeh 29 sentyabr 2021-ci il tarixində məhkəmə bildirişini qəbul etmişdir. Cavabdeh həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaçının iddia tələbinə etirazının olmamasını, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan 02.09.2019-cu il tarixli 00885132 saylı müqavilədən görünür ki, Cavabdeh ABC Telecom MMC ilə müqavilə bağlayaraq İMEİ kodu **********02110 X4 7 markalı telefon almışdır. İş materiallarında olan 26 dekabr 2019-ci il tarixli 01160867 saylı müqavilədən görünür ki, Cavabdeh İMEİ kodu **********49403 X4 8 markalı telefon, X5 Redmi Note 8 Black markalı aksesuar almışdır. İş materiallarında olan 09 sentyabr 2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh İMEİ kodu **********02110 X4 7 markalı telefon üçün əsas borc 208 manat, cərimə 20 manat olmaqla 228 manat borcu və 26 dekabr 2019-ci il tarixli 01160867 saylı müqaviləyə əsasən aldığı İMEİ kodu **********49403 X4 8 markalı telefon, X5 Redmi Note 8 Black markalı aksesuar üçün 405,4 manat əsas borc, 40,6 manat cərimə olmaqla cəmi 446 manat , ümumilikdə 674 manat borcu yaranmışdır. İş materiallarında olan 10 sentyabr 2021-ci il qəbzdən görünür ki, ABC Telecom MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 24 fevral 2021-ci il tarixli xəbərdarlıq məkrubundan görünür ki, Cavabdeh borcunu ödəməsi barədə xəbərdarlqı edilmiş, əks halda aidiyyəti üzrə dövlət qrumuna müraciət olunacağı bildirilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, cavabdeh, ABC Telecom MMC ilə 02.09.2019-cu il və 26.12.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********02110 X4 7 markalı telefon və İMEİ kodu **********49403 X4 8 markalı telefon, X5 Redmi Note 8 Black markalı aksesuar almış və nəticədə 674 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 624 manat İMEİ kodu **********02110 X4 7 markalı telefon üçün ümumilikdə, 228 manat olmaqla ondan, 208 manat ödənilməmiş borc, müştəriyə güzəşt olunaraq 20 manat cərimə, 26.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 608,4 manat İMEİ kodu **********49403 X4 8 markalı telefon, X5 Redmi Note 8 Black markalı aksesuar üçün ümumilikdə, 446 manat olmaqla ondan, 405,4 manat ödənilməmiş borc, müştəriyə güzəşt olunaraq 40,6 manat cərimə miqdarında borc yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 619 manat təşkil edir. ABC Telecom MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 02.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********02110 X4 7 markalı telefon üçün 208 manat ödənilməmiş borc, 20 manat cərimə, 26.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********49403 X4 8 markalı telefon, X5 Redmi Note 8 Black markalı aksesuar üçün 405.4 manat ödənilməmiş borc, 40,6 manat cərimə cəmi 674 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq ABC X2 Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 02.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********02110 X4 7 markalı telefon üçün 208 manat ödənilməmiş borc, 20 manat cərimə, 26.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********49403 X4 8 markalı telefon, X5 Redmi Note 8 Black markalı aksesuar üçün 405.4 manat ödənilməmiş borc, 40.6 manat cərimə cəmi 674 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq ABC X2 Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar