Məhkəmə qərarları › İş №2(074)-1165/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1165/2021

02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1165/2021 02.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən olunmasına dair” mülki işə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi ilə məhkəməyə maraqlı tərəf DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən olunmasına dair” ərizə ilə müraciət edərək, JN-128 kod 41000028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının anası X7 ilə yanaşı ona Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahat verib göstərdi ki, Şamaxı rayon Aqrar islahat komissiyasının 18 dekabr 1998-ci il tarixli 18 saylı qərarı ilə X8, X4 1,95 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin verilməsinə dair JN-128 kod 41000028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında onun adı Ərizəçi olduğu halda həmin sənəddə adı X8 yazılmışdır. Həmin sənədin düzəldilməsi ilə bağlı DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə müraciət etsə də, ona sənədi verən orqan Dövlət Torpaq və Xəritəçəkmə komitəsi ləğv olunduğundan adlarda olan səhvin düzəldilməsinin qeyri mümkün olduğu bildirilmişdir. Onun həqiqətən ad və soyadını şəxsiyyət vəsiqəsində müəyyən etmək olar ki, həqiqətən Ərizəçidur. Ümumiyyətlə, Şamaxı rayonu Kərkənc kəndində X8 adlı səxs yaşamır. Bu həmin vaxt sənədi qeydə alan şəxsin diqqətsizliyi və səriştəsizliyidir. Məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş maraqlı tərəf DƏDRX-nin 14 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmənin iclasında şahid qisimdə dindirilmiş X13 və X5 ifadə verib bildirdi ki, ərizəçini tanıyırlar, onunla həmkəndlidirlər. Onun Kərkənc kəndində torpaq sahəsi var, həmin torpaq sahəsi Ərizəçidur, həmin kənddə X6 adlı şəxs tanımırlar. Məhkəmə proses iştirakçısını, şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan JN 128 kod 41000028 saylı Dövlət Aktının surətindən görünür ki, X9 və X4 Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 18 dekabr tarixli 18 saylı qərarı ilə 1,95 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmiş, bu barədə Dövlət aktı qeydiyyat kitabında 22 dekabr 1999-cu ildə 6960 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1955-ci ildə Gürcüstan Respublikası Dmanisi rayonunda anadan olmuş, Şamaxı rayonu Kərkənc kəndində yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Kərkənc inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 sentyabr 2021-ci il tarixli 103 saylı arayışından görünür ki, Şamaxı rayonu Kərkənc kəndində qeydiyyatda olan Ərizəçi adı torpaq islahatı zamanı X3 yazılmaqla Şamaxı rayonunun Kərkənc kəndi ərazisindən torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısında (torpağa mülkiyyət hüququna dair Dövlət aktı JN-128 kod ********) texniki səhv olaraq düzgün göstərilməmişdir. X9 adında şəxs Şamaxı rayonu Kərkənc kəndi ərzisində heç vaxt yaşamamışdır. İş materiallarında olan DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin 15 sentyabr 2021-ci il tarixli **********37 saylı, Ərizəçi ünavnlanmış məktubundan görünür ki, ləğv edilmiş DÖvlət Torpaq və Xəritəçəmə Komitəsi tərəfindən tərtib olunmuş JN-128, kod 41000028 nömrəli dövlət aktında adınız düzgün göstərilməmişdir. Sənədləri verən orqan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvlərin düzəldilməsi qeyri-mümkündür. Bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunur. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, Şamaxı rayon Aqrar islahat komissiyasının 18 dekabr 1998-ci il tarixli 18 saylı qərarı ilə X8, X4 1,95 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin verilməsinə dair JN-128 kod 41000028 saylı torpağa mülkiyyət hülququna dair dövlət aktında onun adı Ərizəçi olduğu halda həmin sənəddə adı X8 yazılmışdır. Həmin sənədin düzəldilməsi ilə bağlı DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə müraciət edilsədə sənədi verən orqan Dövlət Torpaq və Xəritəçəkmə komitəsi ləğv olunduğundan adlarda olan səhvin düzəldilməsinin qeyri mümkün olduğu bildirilmişdir. JN- 128 kod 41000028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X1 ilə Ərizəçi məxsus olması faktı işdə olan sənədlərlə və şahid ifadələri ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutları Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində nəzərdə tutulmuş qaydada qiymətləndirərək hesab edir ki, Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Şamaxı rayon Şöbəsi tərəfindən hazırlanmış JN-128 kod 41000028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X2 ilə yanaşı Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-128 kod 41000028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X1 ilə yanaşı Ərizəçi məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar