Məhkəmə qərarları › İş №2(074)-118/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-118/2024

22.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-118/2024 22.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh1 ASC-nin 2 nömrəli Regional Sukanal İdarəsinin X4 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 ASC-nin 2 nömrəli Regional Sukanal İdarəsinin X3rşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh1 ASC-nin 2 nömrəli Regional Sukanal İdarəsinin X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASCnin 2 nömrəli Regional Sukanal İdarəsinin X4 25 aprel 2023-cü il tarixli, 087540 saylı aktına əsasən qanunsuz hesablanmış, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən fərdi yaşayış evinə verilən suya görə 216 manat cərimə borcunun silinməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci il tarixdə məhəllə sakinlərinin şəxsi vəsaiti və Cavabdeh1 ASC-nin razılığı ilə məhəllələrinə su və kanalizasiya xətti çəkilmişdir. Onun evinə şəxsi hesablarına su xətti çəkildiyindən Cavabdeh1 ASC-nin razılığı ilə çəkilən xəttə qoşulmağına ehtiyac olmamışdır. Lakin 2023-cü ilin yaz aylarında suların azalması səbəbindən çəkilən su xəttinə qoşulmağına zərurət yarandığından Cavabdeh1 ASC-nin X7 müraciət edib. Onlarda ona “ASAN xidmət” mərkəzinə müraciət etməyi tövsiyə ediblər. Bir neçə gün sonra idarənin əməkdaşı Laçın Zahidov adlı şəxs oğluna bildirmişdir ki, evlərin sənədləri yoxdur. Suya qoşulmaq mümkün olmayacaq. Qonşular vaxtında qoşulub. Sənədləri verin bu işi əl altından regional Sukanal İdarəsi ilə düzüb qoşacaq. Lakin o, həmin şəxsin maddi maraqlarına əhəmiyyət vermədən 2023-cü ilin may ayında “ASAN xidmət” mərkəzinə müraciət edib, müəyyən icazə sənədlərini əldə etdikdən sonra Şamaxı Sukanal İdarəsinə müraciət edərək sudan istifadə etməyi üçün həmin ayda da qeydiyyata alınıb. Qeydiyyata düşdükdən sonra Laçın adlı şəxs mütəmadi olaraq oğlu Yafəsi görərkən sizə demişdim sənədləri mənə verin, amma siz idarəyə rəsmi müraciət etmisiz, siz görərsiniz, sizi cərmələyəcəm. Oğlu ona müraciətlərinin qanuni olduğunu, onun hansı qanuni əsaslarla cərimə yazacağını soruşarkən “gedin siz məni yaxşı tanımırsız, elə sizin arxayın olduğunuz qanunlardı hər şeyi korlayan” demişdir. Sonradan Laçın adlı şəxs haqqında şifahi sorğu aparanda bu kimdir dövlət idarəsində işləyə-işləyə belə danışır. Tanıyan şəxslər iddiaçıya onun dədə-babadan müxalif olduğunu, hakimiyyətə qarşı əks fikirlər səsləndirdiyini, su abonentlərini qanunsuz cərimələr yazaraq incitdiyini, dövlətdən narazı salaraq müəyyən istiqamətlərə yönəltməyə çalışdığını, özünün müəyyən etdiyi məqsədlərinə çatandan sonra isə cərimələri ləğv etdiyini öyrənib. Əlavə olaraq qeyd edir ki, o, may ayında qeydiyyata düşərək sudan istifadə edib və ona hər ay sərfiyyatına uyğun olaraq borc yazılıb. Lakin sentyabr ayında bildirişlə tanış olarkən heç bir əsas olmadan 248.40 manat əlavə borc yazıldığını görüb həmin məbləğin Laçın tərəfindən yazılan cərimə olduğunu müəyyən edib. O, da qanunamüvafiq qaydada X7 müraciət edərək qanunsuz cərimənin ləğv olunmasını tələb edib. Bu barədə ərizəni alandan sonra Laçından aktın səhv yazılması barədə xidməti akt tələb olunaraq cərimənin ləğv olunacağını ona bildiriblər. Cərimə yazılması üçün nə ona məlumat verilib, nə də iştirakı ilə tərtib olunub. Heç həmin şəxs araşdırmayıb ki, həyətində əlavə su xətti var ya yox. Həmin şəxs nə onun fərdi xəttinə baxıb nə də məhləyə gəlib. O, aktın tərtib olunmasında iştirak etməyib. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş videoda kənar xətt qoşulması deyilən həyət onlara məxsus evin həyəti deyil. O, öz evlərinin həyətinin görüntüsünü məhkəməyə təqdim edib. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin 2 nömrəli Regional Sukanal İdarəsinin X4 nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, vətəndaş İddiaçı ünvanına xx.xx.2023-cü il tarixdə Sukanal Sahəsinin əməkdaşları il birlikdə baxış keçirilən zaman ünvanda sudan və kanalizasiya xidmətindən abonent qeydiyyatına alınmadan, sayğacsız, qanunsuz istifadə faktı aşkar olunmuşdur. Buna görədə suyun verilişi dayandırılmaqla 087540 saylı dəymiş ziyan aktı tərtib olunaraq, su təsərrüfatına dəymiş ziyan hesablanmış və tərtib olunmuş aktın bir surəti vətəndaşa təqdim olunmuş, video çəkiliş aparılmaqla qanunamüvafiq surətdə sənədləşdirilmişdir. Tərtib edilmiş dəymiş ziyanın məbləği olaraq 216 manat pul məbləğində hesablama aparılmış və həmin məbləğin ödənilməsi vətəndaşdan tələb edilsə də, vətəndaş müxtəlif bəhanələr gətirməklə dəmiş ziyanın ödənilməsini bu günədək təmin etməmişdir. Buna görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan X4 xx.xx.2023-cü il tarixli 087540 saylı aktının surətindən görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan İddiaçı məxsus mənzildə sudan və kanalizasiya xidmətindən abonent qeydiyyata alınmadan, sayğacsız istifadə faktı aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı müraciətinə cavab olaraq Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evinin yerləşdiyi ərazi inkişaf zonası olduğu üçün texniki şərtin verilməsi məqsədə uyğun deyil. Gələcəkdə həmin ərazidə su şəbəkəsi inşa olunduqdan sonra məsələyə yenidən baxılacaqdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı müraciətinə cavab olaraq Şamaxı şəhərində “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” həyata keçirilmişdir. Şamaxı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Cavabdeh1 ASC-nin sifarişi ilə Podratçı təşkilat tərəfindən ərizədə qeyd edilən ünvanda d32 mm-lik boru ilə su xətti və d150 mm-lik kanalizasiya xətti inşa edilmişdir. Vətəndaşdan xahiş edilir ki, tələb olunan sənədlərlə (fərdi yaşayış evinin və ya torpağın çıxarışı, yaşayış yerindən ailə tərkibi haqqında arayış, şəxsiyyət vəsiqəsinin surəti) X4 abonentlərlə iş qrupuna yaxınlaşsın. Odur ki, Texniki şərtin verilməsi məqsədə uyğun deyil. İş materiallarında olan Cavabdeh1 ASC-nin 2 nömrəli Regional Sukanal İdarəsi Şamaxı Xidmət Sahəsinin arayışından görünür ki, vətəndaş İddiaçı Cavabdeh1 ASC-yə su və kanalizasiya xidmətinə görə xx.xx.2023-cü il tarixdə 254,40 manat məbləğində borcu vardır. Həmin borcdan 216 manat pul məbləği vətəndaşın ünvanında sudan və kanalizasiya xidmətindən qanunsuz istifadə faktı ilə əlaqədar olaraq tərtib edilmiş dəymiş ziyan aktı əsasında hesablanmış, qalan 38,40 manat pul məbləği vətəndaşın su və kanalizasiya xidmətindən aylıq istifadəsi əsasında hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 47193071 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin 2 nömrəli Regional Sukanal İdarəsinin X8 ilə İddiaçı arasında “Su təchizatı və tullantı axıdılması xidmətlərinə dair” müqavilə bağlanmışdır. İddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş disklərə baxış keçirilimiş və baxış zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş videoda sudan və kanalizasiya xidmətindən abonent qeydiyyatına alınmadan, sayğacsız, qanunsuz istifadə etdiyi deyilən fərdi yaşayış evinin həyəti ilə iddiaçının nümayənəsinin təqdim etdiyi yaşadıqları evin həyətlərinin fərqli həyətlər olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2014-cü il tarixli 262 saylı qərarının 1.4-cü bəndinə əsasən bu Qaydalara uyğun olaraq, hər bir istehlakçının su təchizatı və tullantı sularının axıdılması sistemlərindən (bundan sonra – STTSAS) istifadə etmək hüququ vardır. Həmin Qaydaların 2.1.5-ci bəndində əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək su təchizatı və kanalizasiya müəssisəsinin (STKM) vəzifəsidir. Həmin Qaydaların 7.2-ci bəndində əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Göründüyü İddiaçı yaşadığı Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən fərdi yaşayış evində sudan və kanalizasiya xidmətindən abonent qeydiyyatına alınmadan, sayğacsız, qanunsuz istifadə etdiyinə görə dəymiş ziyan aktı tərtib edilmişdir. Lakin məhkəmə iclasında iddiaçının nümayənədəsinin və cavabdehin nümayəndəsinin təqdim etdikləri disklərə baxış keçirilimiş və baxış zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş videoda kənar xətt qoşulması deyilən fərdi yaşayış evinin iddiaçının yaşadığı fərdi yaşayış evi olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının yaşadığı fərdi yaşayış evində sudan və kanalizasiya xidmətindən abonent qeydiyyatına alınmadan, sayğacsız, qanunsuz istifadə etdiyi cavabdeh tərəfindən sübut olunmadan onun barəsində dəymiş ziyan aktı tərtib edilmişdir. Lakin hazırda iddiaçı 216 manat məbləğin silinməsini tələb edir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçıya hesablanmış 216 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 ASC-nin 2 nömrəli Regional Sukanal İdarəsinin X4 25 aprel 2023-cü il tarixli, 087540 saylı aktına əsasən qanunsuz hesablanmış 216 manat pul İddiaçı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar