Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1182/2021 02.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı, X1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azəriqaz İB-yə və Şamaxı qaz istismar sahəsinə qarşı Azəriqaz İstehsalat birliyninin 31 avqust 2020-ci il tarixli ******* saylı aktın etibarsız hesab olunması və qanunsuz hesablanmış borc məbləğinin silinməsinə dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdeh Azəriqaz İB-yə və Şamaxı qaz istismar sahəsinə qarşı Azəriqaz İstehsalat birliyninin 31 avqust 2020-ci il tarixli ******* saylı aktın etibarsız hesab olunması və qanunsuz hesablanmış borc məbləğinin silinməsinə dair iddia qaldıraraq, X1 31 avqust 2020-ci il tarixli ******* saylı aktın etibarsız hesab olunması və qanunsuz hesablanmış 216 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahat verib göstərdi ki, Şamaxı rayonu Məlikçobanlı kəndində yaşayır. 02.07.2020-ci il tarixdə qaz idarəsinin işçiləri gəlib bildirdilər ki,qaz sayğacı çoxdan qoyulub istismar müddəti keçib, onu dəyişmək istəyirlər. Etiraz etməmi.dir, sayğacı dəyişib yenisini qoymuşlr. Çıxarılan sayğacı nəzərdən keçirdilər. Hər hansı bir qüsuru olsaydı elə oradaca ona deyərdilər. Bundan təxminən 3 aya yaxın bir müddət keçəndən sonra kəndə qaz nəzarətçisi işləyən Qüdrət Alıyev dedi ki, ona 216 manat cərimə yazılıb. Səbəbini soruşanda cavab verdi ki, çıxarılan sayğacda müdaxilə var. Qaz idarəsinə gedib öyrənib ki ,guya sayğacın harasındasa deşik var imiş. Bu inandırıcı deyil. Əgər bu deşik çöldən olsaydı nəzarətçilər ayda iki dəfə yoxlayırlar onda aşkar oluna bilərdi, çıxaranda görünərdi və ona da göstərərdilər. Yox hardasa sayğacı içərisinə olmuşsa bunda onun nə günahı yoxdur. Ziyan məbləği də ən çoxu 15 gün üçün hesablana bilərdi. Hətta olmuş olsa belə buna görə o, cavab verməməlidir. Çünki sayğac küçədədir. Gəlib gedənlər, uşaqlar və ya maşınların hərəkəti zamanı altından daş və ya hansısa əşya çıxıb dəyə bilərdi. ”Azəriqaz” İstehsalat birliyinin yazdığı ziyan aktını əsassız hesab edir. Bu ziyanla bağlı tərtib olunmuş aktın etibarsız hesab olunmasını və əsassız hesablanmış 216 manat məbləğində borcun silinməsini istəyir. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 nümayəndəsi X5 məhkəməyə iddia tələbinə dair etiraz təqdim edərək göstərdi ki, iddiaçı Şamaxı rayonu Məlikçobanlı kəndində qeydiyyatda olan yaşayan İddiaçı Cavabdeh1İstehsalat Birliyinə qarşı 31,08.2020-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi akt əsasında hesablanmış 216 manat məbləğin silinməsi tələbi iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, 02.07.2020-ci il tarixində ’’Azəriqaz” X3 RQİİ-nin Şamaxı XS-nin əməkdaşları Şamaxı rayonu Məlikçobanlı kəndində qeydiyyatda olan yaşayan İddiaçı Şirməmməd oğlunun, yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı 02.07.2020-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G4 markalı ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 29/1710- 02753-1 saylı 28.08.2020-ci il tarixli akta əsasən sayğacın üzərində zavod seriya nömrəsi yazılmış löhvə yararsız vəziyyətdədir, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilməsi aşkar olunmuş və sayğac yarasız hesab edilmişdir. Həmin akta əsasən İddiaçı yaşadığı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 31.08.2020-ci il tarixli, ******* nömrəli “Təbii X4nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh1 İB-nin Ağsu RQİl-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 31 avqust 2020-ci il tarixdə itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı adına olan Şamaxı XS-nin abonent bazasındakı **********0061 nömrəli abonent koduna 2160 m3- 216(iki yüz on altı) manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Ona görə də iddia tələbinin əsassız olduğunu göstərib iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan təbii X4nın pozulması haqqında ******* saylı 21 avqust 2020ci il tarixli akdan görünür ki, Şamaxı rayonu Məlikçobanlı kəndində İddiaçı yaşadığı mənzildə Azəriqaz İB Metrologiya Departamenti və Qaz sayclarına nəzarət komissiyasının 29/1710-1 saylı rəyinə əsasən sayğaca hesablama mexanizminin plastmas qapağının alt hissə deşici alətlə deşildiyi göstərilib və dəymiş ziyanın hesablanması, hesablanan məbləğin abonenti tərəfindən öddənilməsi tələb olunur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilir ki, qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 4x6x90=2160 m3 qaz itkisi üçün məbləğin ödənilməsinin təmin edilməsi göstərilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Şamaxı Rayonu Məlikçobanlı kəndində İddiaçı Ahməmməd oğlunun fərdi yaşayış evində quraşdırılmış sayğaca Cavabdeh1 İB-nin işçiləri tərəfindən baxış keçirlmiş, G-4 markalı ******* zavod nömrəsi olan qaz sayğacı açılaraq dövlət yoxlamasına göndərilmiş, sayğaca hesablma mexanizminin plastmas qapağının alt hissə deşici alətlə deşildiyi göstərilərək, nöqsanlar olduğundan 31 avqust 20210-ci il tarixli ******* saylı akt tərtib edilmiş və iddiaçıya 216,0 manat borc hesablanmışdır. İddiaçı cavabdeh tərəfindən tərtib edilmiş aktın ləğv olunmasını və hesablanmış ziyan məbləğinin silinməsini tələb etmiş, iddiasını onun və ailə üzvləri tərəfindən həmin sayğaca müdaxilə edilməməsi ilə əsaslandırmışdır. Cavabdeh tərəfindən, sayğacda aşkar olunmuş nöqsanların iddiaçının təqsiri üzündən baş verməsi barədə hər hansı sübutu məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, cavabdehin sayğacda aşkar olunmuş nöqsanların iddiaçının təqsiri üzündən baş verməsi barədə sübutu təqdim edə bilməməsini, eləcə də sayğac çıxarılarkən cavabdehin özünün işçiləri tərəfindən tərtib olunmuş aktda müvafiq qeydin olmamasını nəzərə alaraq, onun və ailə üzvləri tərəfindən həmin sayğaca müdaxilə edilməməsinə dair iddiaçının dəlillərini işin hallarına uyğun sayır. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdeh qaz sayğacının təbii X4nın pozulması haqqında ******* saylı aktın etibarsız hesab edilməsini tələb etməkdə haqlı deyildir, çünki, akt müəyyən edilmiş fakt və hadisələri təsdiq edən sənəd olmaqla vurulmuş ziyanın hesablanması üçün tərtib edilməlidir. Həmin aktla sayğaca ziyan dəyməklə, 2160m3 – 216,0 manat məbləğində itirilmiş qazın dəyəri müəyyən edilmişdir. Beləliklə, iş üzrə olan sübutlarla abonent olan iddiaçının sayğaca müdaxilə etməsi halı təsdiq edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. “X4”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Beləliliklə də məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh dəymiş zərərin ödənilməsini qazpaylayıcı şəbəkəyə müdaxilə (indiki halda sayğaca) etmiş şəxsdən tələb etməli olduğundan, iddiaçının isə sayğaca müdaxilə etməsi halı təsdiq edilmədiyindən, cavabdeh tərəfindən iddiaçıya bu əsasla borc hesablaması qanunsuz olmuşdur. Odur ki, hesablanmış 216,0 manat borc iddiaçının abunə hesabından silinməli, iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. 31 avqust 2020-ci il tarixli tarixli ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi 216,0 manat məbləğində hesablanmış ziyan məbləği Şamaxı raonu Məlikçobanlı kəndində İddiaçı fərdi yaşayış evinə verilən qaz xətti üzrə **********00261 saylı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-1182/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1182/2021
02.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver