Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1186/2021 16.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf DSMFnin 11 saylı Şamaxı regional İdarəsinə qarşı sənədin ona məxsus olması faktının müəyyən olunmasına dair” mülki işə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf DSMF-nin 11 saylı Şamaxı regional idarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 10 yanvar 1977-ci ildə doldurulmuş pozuntu ilə X6 yazılmış Əmək kitabçasının həqiqətə də ona 18 avqust 1958-ci il tarxdə Ağsu rayonu Bico kəndində anadan olmuş X3 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahat verib göstərdi ki, yaşa görə pensiya almaq üçün sənədlərini DSMF-nin 11 saylı Şamaxı Regional idarəsinə təqdim etmişdir. Ona bildirmişdir ki, əmək kitabçasında adında pozuntu var. Bu səbəbdən həmin sənədlə ona pensiya hesablanması mümkün deyil, əmək kitabçasının ona məxsus olmasını təsdiq edən məhkəmə qərarı tələb olunur. O, 1958-ci ildə Ağsu rayonu Bico kəndində anadan olmuşdur.Əsil adı Ufılədir.Doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsindədə adı Ufılədir. Atasının iş yeri Şamaxıda olduğundan 1966-cı ildə onlar Şamaxı şəhərinə köçmüşlər. Orta məktəbi qurtarıb 1976-cı ildə Sabir adına sovxozda əmək fəaliyyətinə başlamışdır. Əmək kitabçası da ona həmin sovxozda işləyərkən açılmışdır. O zaman kadrlar şöbəsində işləyən rus qadın olduğundan adını səhv yazmışdı. Sonradan əmək kitabçasının ikinci bölməsi də doldurulan zaman da bu səhv eynilə yazılmış, lakin pasportunu görəndən sonra pozub səhvi düzəltmişlər, adını düzgün olaraq Ufılə kimi yazmışlar. Ərizəyə əlavə etdiyi diplomun surətindən və əmək kitabçasında qeyd olunan diplomun nömrəsi bir daha təsdiq edir ki, bu əmək kitabçasında pozuntu olmasına baxmayaraq həmin sənəd ona məxsusdur. Belə ki, AT-000302 nömrəli diplomun ona məxsus olmasının sübuta ehtiyacı yoxdur. Eyni zamanda Əmək kitabçasında da diplomumun nömrəsi AT-000302 nömrəsinin qeyd olunması təsdiq edir ki, bu əmək kitabçası mənə məxsusdur. Məhkəmədən 10 yanvar 1977-ci ildə doldurulmuş pozuntu ilə X6 yazılmış Əmək kitabçasının həqiqətən də ona 18 avqust 1958-ci il tarxdə Ağsu rayonu Bico kəndində anadan olmuş X3 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə maraqlı tərəf DSMF-nin 11 saylı Şamaxı regional idarəsinin nümayəndəsi məhkəməyə gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Maraqlı tərəf Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının məhkəməyə etiraz göndərərək 2(074)-1186/2021 nömrəli is üzra ərizəsinin əsassız olduğunu və təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7, X1 və X8 ifadə verib bildirdilər ki, ərizəçini tanıyırlar. Onun adı Ufilədir, onunla bir təşkilatda işləmişlər, mübahisələndirilən əmək kitabçasının Ərizəçi məxsus olmasını təsdiq etdilər. Məhkəmə proses iştirakçılarını, şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 16 avqust 1958-ci ildə doğulmuşdur. İş materiallarında olan 10 yanvar 1977-ci il tarixli əmək kitabçasının azərbaycan böməsindəki giriş səhifəsinə vizual baxış zamanı müəyyən olunur ki, əvvəlcə yazılmış ad və təvəllüdün üzərində “Ufilə” və “1958” sözləri yazılaraq düzəliş edilmişdir. İş materiallarında olan X9 filialının 21 may 2021-ci il tarixli 221 saylı arayışından görünür ki, Ərizəçi 1980-1988-ci illərdə 21 nömrəli Mexanikləşdirilmiş dəstədə işləmişdir. İş materiallarında olan AT № 00302 saylı diplomun surətindən görünür ki, Ərizəçi 1977-ci ildə Şamaxı kənd təsərrüfatı texnikumuna daxil olmuş və 1980-cı ildə həmin texnikumu meyvə-tərəvəzçilik ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan şahid X5 məxsus İT-1 № ******* və İT-1 № ******* saylı əmək kitabçalarının surətindən görünür ki, həqiqətən o ərizəçi ilə Azərtikinti İstehsalat birliyində işləmişlər. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, ərizəçi yaşa görə pensiya almaq üçün sənədlərini DSMF-nin 11 saylı Şamaxı Regional idarəsinə təqdim etmişdir. Ona bildirilmişdir ki, əmək kitabçasında adında pozuntu var. Bu səbəbdən həmin sənədlə ona pensiya hesablanması mümkün deyil, əmək kitabçasının ona məxsus olmasını təsdiq edən məhkəmə qərarı tələb olunur. Həqiqətən 10 yanvar 1977-ci il tarixli əmək kitabçasının azərbaycan böməsindəki giriş səhifəsinə vizual baxış zamanı əvvəlcə yazılmış ad və təvəllüdün üzərində “Ufilə” və “1958” sözlərinə düzəliş edilməsi açıq aşkar görünsə də, məhkəmə baxışı zamanı təhqiq olunan ərizəçiyə və şahidlərə məxsus sənədlərlə və şahid ifadələri ilə müəyyən olundu ki, 10 yanvar 1977-ci il tarixdə doldurulmuş əmək kitabçası həqiqətən ərizəçi 16 avqust 1958-ci il təvəllüdlü X2 məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutları Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində nəzərdə tutulmuş qaydada qiymətləndirərək hesab edir ki, 10 yanvar 1977-ci il tarixdə doldurulmuş əmək kitabçasının ərizəçi 16 avqust 1958-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən olunmaldıır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10 yanvar 1977-ci il tarixdə doldurulmuş, əmək kitabçasının ərizəçi 16 avqust 1958ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(074)-1186/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1186/2021
16.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver