Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1221/2021 15.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, iddiaçı Azərmaş MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərmaş MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərmaş MMC ilə bağlanmış 19 fevral 2020-ci il tarixli MAS-2163 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** cövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220305 ban nömrəli, boz rəngli avtomobil mülkiyyətçi Azərmaş MMC-yə geri qaytarılması, Cavabdeh 19 fevral 2020-ci il tarixli 7AS-2163 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 sentyabr 2021-ci il tarixə 1689.36 manat gecikdirilmiş əsas, 995.78 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 472.92 manat dəbbə pulu, ümumilikdə 3158.06 manat gecikdirilmiş borc və ödənilmiş 30.40 manat cövlət rüsumunun Azərmaş MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onun əsaslandırılmıdır ki, Azərmaş MMC ilə X5 arasında bağlanmış 19 fevral 2020-ci il tarixli MAS-2163 saylı "xxxx"nə əsasən X1 ilə 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220305 ban nömrəli, boz rəng avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "xxxx"nin ayılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X5 illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğində olmaql 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. 26 avqust 2020-ci il tarixdə X5, X9 və Azərmaş” MMC arasında MAS-2163 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsibağlanmış və 19 fevral 2020-ci il tarixli MAS-2163 saylı “Daxili lizinq” müqaviləsi üzrə X9 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 27 avqust 2020-ci il tarixdə X9, Cavabdeh və Azərmaş MMC arasında MAS-2163 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 19 fevral 2020-ci il tarixli MAS-2163 saylı “Daxili lizinq” müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 09 mart 2021-ci il tarixdə 1221 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 19 fevral 2020-ci il tarixli MAS-2163 saylı “Daxili lizinq’ müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 sentyabr 2021-ci il tarixə 1689.36 manat gecikdirilmiş əsas, 995,78 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 472.92 manat dəbbə pulu, ümumilikdə 3158,06 manat gecikdirilmiş borcu yaranmışdır. Məhkəmədən Azərmaş MMC ilə bağlanmış 19 fevral 2020-ci il tarixli MAS-2163 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** cövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220305 ban nömrəli, boz rəngli avtomobil mülkiyyətçi Azərmaş MMC-yə geri qaytarılması, Cavabdeh 19 fevral 2020-ci il tarixli 7AS-2163 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 sentyabr 2021-ci il tarixə 1689.36 manat gecikdirilmiş əsas, 995.78 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 472.92 manat cəbbə pulu, ümumilikdə 3158.06 manat gecikdirilmiş borc və ödənilmiş 30.40 manat cövlət rüsumunun Azərmaş MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi R.İsmayılov məhkəməyə ərizə göndərərək işə baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasn işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan 19 fevral 2020-ci il tarixli MAS-2163 saylı "xxxx"ndən görünür ki, Azərmaş MMC ilə X5 arasında bağlanmış X1 ilə 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220305 ban nömrəli, boz rəng avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "xxxx"nin ayılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X5 illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğində olmaql 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, 26 avqust 2020-ci il tarixdə X5, X9 və Azərmaş MMC arasında MAS-2163 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 19 fevral 2020-ci il tarixli MAS-2163 saylı “Daxili lizinq” müqaviləsi üzrə X9 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarından görünür ki, 27 avqust 2020-ci il tarixdə X9, Cavabdeh və Azərmaş MMC arasında MAS-2163 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 19 fevral 2020-ci il tarixli MAS-2163 saylı “Daxili lizinq” müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür . İş materiallarında olan 27 vqust 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh, X7 istifadəsində olan və Azərmaş MMC-nin mülkiyyətində olan KHZAR SD markalı 99PX541 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil alması barədə akt tərib etmişlər. İş mateirllarında olan 23 sentyabr 2021-ci il tarixli qəbzdən görünür ki, Azərmaş MMC tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, X2 Azərmaş MMC-yə olan borcunu qaytarması barədə xəbərdarlıq edilmiş, əks halda borcun ödətdirilməsi üçün məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. İş materiallarında olan 27 oktyabr 2021-ci il tarixli 2251 saylı arayışdan görünür ki, Cavabdeh 24 sentyabr 2021-ci il tarixə 1689.36 manat gecikdirilmiş əsas, 995.78 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 472.92 manat cəbbə pulu, ümumilikdə 3158.06 manat gecikdirilmiş borcu vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olundu ki, Azərmaş MMC ilə X5 arasında bağlanmış 19 fevral 2020-ci il tarixli MAS-2163 saylı "xxxx"nə əsasən X1 ilə 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220305 ban nömrəli, boz rəng avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "xxxx"nin ayılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X5 illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğində olmaql 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu Azərmaş MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. 26 avqust 2020-ci il tarixdə X5, X9 ,Azərmaş MMC arasında MAS-2163 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 19 fevral 2020-ci il tarixli MAS-2163 saylı “Daxili lizinq” müqaviləsi üzrə X9 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 27 avqust 2020-ci il tarixdə X9, Cavabdeh və Azərmaş MMC arasında MAS-2163 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 19 fevral 2020-ci il tarixli MAS-2163 saylı “Daxili lizinq” müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 09 mart 2021-ci il tarixdə 1221 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 19 fevral 2020-ci il tarixli MAS-2163 saylı “Daxili lizinq’ müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 sentyabr 2021-ci il tarixə 1689.36 manat gecikdirilmiş əsas, 995,78 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 472.92 manat dəbbə pulu, ümumilikdə 3158,06 manat gecikdirilmiş borcu yaranmışdır. Azərmaş MMC tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq verənin, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə (748-1.12.3); lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə (748-1.12.4) pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə iddianın 472,92 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliklərinə görə tənasübsüz surətdə yüksək dəbbə pulludur və cavabdehlərdən 472,92 manat cərimə pulu deyil, 10 manat məbləğində cərimə pulu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklər, məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlə Azərmaş MMC ilə bağlanmış 19 fevral 2020-ci il tarixli MAS- 2163 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməli, Lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220305 ban nömrəli, boz rəngli avtomobil mülkiyyətçi Azərmaş MMC-yə geri qaytarılmalı, Cavabdeh 19 fevral 2020-ci il tarixli 7AS-2163 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 sentyabr 2021-ci il tarixə 1689.36 manat gecikdirilmiş əsas, 995.78 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 10,0 manat dəbbə pulu, ümumilikdə 2695,14 manat gecikdirilmiş borc və ödənilmiş 30.40 manat dövlət rüsumu Azərmaş MMC-nin xeyrinə tutulmalı, iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Allahverdiyev İlqar Ağəli oğlu ilə Azərmaş MMC ilə bağlanmış 19 fevral 2020-ci il tarixli MAS-2163 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilsin. Lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220305 ban nömrəli, boz rəngli avtomobil mülkiyyətçi Azərmaş MMC-yə geri qaytarılsın. Cavabdeh 19 fevral 2020-ci il tarixli 7AS-2163 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 sentyabr 2021-ci il tarixə 1689.36 manat gecikdirilmiş əsas, 995.78 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 10,0 manat dəbbə pulu, ümumilikdə 2695,14 manat gecikdirilmiş borc və ödənilmiş 30.40 manat dövlət rüsumu Azərmaş MMC-nin xeyrinə tutulsun. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(074)-1221/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1221/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver