Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1226/2023 11.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs DƏDKRX-nin 14 saylı Ərazi İdarəsi) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, torpaq üzərində mülkiyyət hüququna dair JN-150 saylı 41013028 kodlu Dövlət Aktının, akta adları göstərilən X2, X10 və X4 ilə birlikdə həm də Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Aqrar İslahat komissiyasının 15 dekabr 1997-ci il tarixli, 32 saylı qərarı ilə ona və ailə üzvlərinə 1,17 hektar torpaq sahəsi verilmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququna dair JN-150 saylı 41013028 kodlu Dövlət Aktına əsasən Muğanlı kəndi ərazisində olan 1,17 hektar torpaq sahəsi onların ailəsinin mülkiyyətinə verilmişdir. Hazırda həmin torpağa çıxarış almaq istəyirlər. Dövlət aktını Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə təqdim edərkən məlum olub ki, orada onların adları, soyadları və ata adlarında uyğunsuzluq var. Belə ki, Ərizəçi1 əvəzinə Ərizəçi1 Kamal oğlu, Ərizəçi2 əvəzinə isə X5 yazılmışdır. DƏDRX-nin 14 saylı ərazi idarəsindən səhvin düzəldilməsini xahiş ediblər. Lakin DƏDRX-nin 14 saylı ərazi idarəsi bu səhvi düzəltməkdən imtina edir. Bildirirlər ki, məhkəməyə müraciət olunmalıdır. Onların adları sənəd üzrə Ərizəçi1 və Ərizəçi2dur. Muğanlı kəndində doğulublar və hazırda da həmin kəndə yaşayırlar. Torpaq islatahı keçirilən zaman adları və soyadları səhv yazılmışdır. Onların ailəsində ümumiyyətlə kəndlərində Ərizəçi1 Kamal oğlu və X6 adlı şəxslər olmamışdır. Hazırda da yaşamırlar. Bu şəxslər elə onların özüdür. Torpaq üzərində mülkiyyət hüququna dair JN-150 saylı 41013028 kodlu Dövlət aktı da, aktda adları göstərilən digər şəxslərlə birlikdə həm də onlara, Ərizəçi1 və Ərizəçi2 məxsusdur. Torpaq üzərində mülkiyyət hüququna dair JN-15 saylı 41013028 kodlu dövlət aktında göstərilən torpaq sahəsi də faktiki olaraq verildiyi gündən onların istifadəsindədir. Bunu təsdiq edəcək kifayət qədər sənədləri və şahidləri var. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş maraqlı şəxs DƏDKRX-nin 14 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-150 KOD 41013028 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Ərizəçi1 Kamal oğlu, X2, X10, X6 və X3 Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 32 saylı qərarı ilə 1,17 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 30 avqust 2023-cü il **********09 saylı məktubundan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş JN-150, kod 41013028 nömrəli dövlət aktında onların və ailə üzvlərinin adları düzgün göstərilməmişdir. Sənədi verən orqan-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvlərin düzəldilməsi qeyri-mümkündür. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi2 xx.xx.1991-ci il tarixdə və Ərizəçi1 isə xx.xx.1964-cü il tarixdə Şamaxı rayonu, Muğanlı kəndində doğulmuşdur. İş materiallarında olan 06 sentyabr 2023-cü il tarixli, 5-75-44/2-167/2023 nömrəli arayışdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Muradov X7 rayonu, Muğanlı kəndində qeydiyyatdadır, onun X2, X10, Ərizəçi2 və X1 ibarət ailə tərkibi vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilər Ərizəçi1 ata adı və Ərizəçi2 adı, soyadı və cinsi ona məxsus bütün sənədlərdə Ərizəçi1 və Ərizəçi2 kimi göstərilsə də, Torpağın mülkiyyətə verilməsinə dair JN-150 saylı 41013028 kodlu Dövlət aktında Ərizəçi1 ata adında və Ərizəçi2 isə adı, soyadı və cinsində səhvlər vardır. Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən “Ərizəçi1 Kamal oğlu” ilə digər sənədlərdə göstərilən Ərizəçi1 və “X6” ilə digər sənədlərdə göstərilən Ərizəçi2 eyni şəxslər olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı ərizəçilər tərəfindən, onlara aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Sənədi verən orqan-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvin düzəldilməsi qeyri-mümkün olmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə əsaslı olduğundan təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair, JN-150 41013028 kodlu dövlət aktının X2, X10 və X4 ilə birlikdə Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305- 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-150 kod 41013028 dövlət aktının X2, X10 və X4 ilə birlikdə Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1226/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1226/2023
11.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver