Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-123/2024 25.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi - fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız olaraq onun abonent saldosuna hesablanmış 1464,56 manat borcun silinməsi və artıq ödədiyi 519,94 manat vəsaitin cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən fərdi yaşayış evinə hər həftənin sonları istirahət məqsədi üçün gəlir. Cavabdeh İB-nin Şamaxı Xidmət Sahəsi ilə bağlanmış müqavilə əsasında, həmin fərdi yaşayış evi təbii qazla təmin olunur. Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən fərdi yaşayış evinə verilən qaz xəttinin üzərində Elster G4 ******* saylı qaz sayğacı qoşulmuş və **********00381 saylı abonent kodu verilmişdir. Onun heç vaxt qaz borcu olmayıb, qaz borcunu vaxtlı-vaxtında ödəmişdir. 2022-ci ilin oktyabr ayında Cavabdeh İB-nin X8 İstismarı İdarəsinin Şamaxı Xidmət Sahəsinin əməkdaşları ona bildirmişdirlər ki, evində qaz sayğacı 554,56 manat borc hesablamışdır. Beləliklə, ümumilikdə 2022-ci ilin oktyabr ayından 2023-cü ilin fevral ayı daxil olmaqla, ona 1464,56 manat borc hesablanmışdır. Cavabdeh əməkdaşları borc ödənilməyəcəyi təqdirdə, qaz xəttini kəsəcəklərini bildirmiş, o da, qaz xətti kəsilməsin deyə, 2023-cü ilin yanvar ayında 200 manat, fevral ayında 119,44 manat, mart ayında 200 manat olmaqla, ümumilkdə 519,94 manat ödəniş etmişdir. Ona bildirilmişdir ki, onun qaz sayğacında qüsur mövcuddur. Bu səbəbdən, mart ayında qaz sayğacı çıxarılaraq, dövlət yoxlamasına göndərilmişdir. Bundan sonra, ona heç bir məlumat verilməmiş və dəfələrlə ondan əsassız hesablanmış borc məbləğinin ödənilməsi tələb edilmişdir. Ona müayinə aktı təqdim edilməyərək bildirilmişdir ki, sayğacın yivi xarab olduğundan, sürətli fırlanırmış. Bununla da, sayğacın yararsız olması aşkar olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəməyə gəlməmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi qismində X4 iddia tələbinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı Rzayev X1 X8 İstismarı İdarəsinin Şamaxı Xidmət Sahəsinin abonentidir. İddiaçı **********00381 nömrəli hesabla qeydiyyata alınmışdır. İddiaçı təbii qazdan istifadə ilə bağlı yaranmış borcunu tam şəkildə ödəməməsinin nəticəsində, xx.xx.2023-cü il tarixə 1038.50 manat debitor borcu yaranmışdır. Belə ki, İddiaçı yaşayış evinə 2011-ci ilin dekabr ayında Cavabdeh Ağsu RQİİ-nin Şamaxı Xidmət Sahəsinin əməkdaşları tərəfindən ünvanına qaz sayğacı quraşdırılmış və həmin mənzil mütəmadi olaraq təbii qazla təmin olunmuşdur. Bələ ki, abonent saldosunda 2011-ci ilin oktyabr ayından 2023-cü ilin noyabr ayının sonuna qədər qaz sayğacının göstəricisi götürülmüş, abonent təbii qazdan istifadə etmiş, lakin dəyərini ödəməmiş və həmin borc abonent saldosunda öz əksini tapmışdır. Abonent İddiaçı iddia ərizəsində qeyd etdiyi 1464,56 manat məbləği, istifadə edilmiş təbbi qazın dəyəridir. İddiaçı istifadəsində olan qaz sayğacına görə, ona heç bir cərimə və ya itirilmiş qazın dəyəri hesablanmamışdır. İddiaçı abonent koduna 2011-ci ilin dekabr ayından 2013cü ilin oktyabr ayının sonuna kimi hesablanaraq, vurulmuş 1038.50 manat məbləğ onun ünvanında istifadə edilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı Şamaxı rayonu, Nağaraxana kəndindəki evində quraşdırılmış G-4 markalı, Elster tipli, ******* nömrəli sayğac növbəti dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. İş materiallarında olan Cavabdeh Qaz sayğacının yoxlanılması barədə MSK-14-2-2/3-5- 2456-1 nömrəli aktda qeyd olunur ki, ******* nömrəli sayğaca ümumi baxış keçirilmiş, xətalar təyin edilə bilmədi, sayğacın yivli birləşmələrinin deformasiyasını aradan qaldırmaq mümkün deyil, sayğac kipliyə yararsızdır, kamera ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi, sayğac istismara yararsızdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2022-ci ilin oktyabr ayınadək abonent İddiaçı qaz sərfiyyatı olmadığı halda, 2022-ci ilin oktyabr, noyabr və dekabr aylarında qaz sərfiyyatına görə, 1241,96 manat borcu yaranmışdır. İş materiallarından görünür ki, abonent İddiaçı Şamaxı rayonu, Nağaraxana kəndindəki ünvanında xx.xx.2022-ci il tarixdə Zenner G4T tipli, **********6 nömrəli yeni sayğac quraşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Göründüyü kimi, fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Məhkəmə qeyd edir ki, qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Həmçinin, iddiaçı ərizəsində Cavabdeh tərəfindən əsassız olaraq onun abonent saldosuna hesablanmış 1464,56 manat borcun silinməsi və artıq ödədiyi 519,94 manat vəsaitin cavabdehdən alınaraq, ona verilməsini tələb etsə də, həmin hallar məhkəmə iclasında öz təsdiqini tapmamış və bununla bağlı iddiaçı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, qaz sayğacına müdaxilə olunmasında iddiaçının təqsiri sübuta yetirilmədiyindən, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 1241,96 manat borc məbləği İddiaçı abunə hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da, cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatdan yuxarı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 32,42 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 1241,96 (bir min iki yüz qırx bir manat doxsan altı qəpik) manat borc məbləği İddiaçı abunə hesabından silinsin. Cavabdehndən 32,42 (otuz iki manat qırx iki qəpik) manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-123/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-123/2024
25.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver