Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1237/2023 14.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X21 Murtuza oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçi1 və Ərizəçi2 “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair” xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi1 və Ərizəçi2 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN-816 saylı 41006018 kodlu dövlət aktının, həmin aktda adları qeyd olunan X5, X6 və X7 ilə birlikdə, həm də onlara, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Ərizəçilər ərizəni onunla əsaslandırmışdırlar ki, onların Şamaxı rayonu Göylər kəndində 2,69 ha həyətyanı torpaq sahələri vardır. Həmin torpaq sahəsinə dair JN-816 saylı 41006018 kodlu dövlət aktı verilmişdir. Hazırda həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyirlər. Lakin, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsindən onlara bildirilmişdir ki, dövlət aktında Ərizəçi2 əvəzinə Ərizəçi2 İbrahim qızı, X4 əvəzinə X8 qeyd olunmuşdur. İbrəhim adının İbrahim kimi göstərilməsi bir texniki səhvdir. X8 adında şəxs isə ümumiyyətlə onların yaşadığı kənddə olmayıb, hazırda da yoxdur. Şamaxı rayon Aqrar İslahat komissiyasının xx.xx.2001-ci il tarixli, 03 saylı qərarına əsasən, 2,69 ha torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Həmin vaxtdan da, bu torpaq sahəsindən istifadə edirlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbardar edilmiş maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 və X18 ifadələrində bildirdilər ki, onlar ərizəçilərlə həmkənlidirlər. Aqrar islahat zamanı, həmkəndliləri X5 və ailə üzvlərinə Göylər kəndi ərazisindən torpaq sahəsi ayrılmışdır. Lakin, həmin torpaq sahəsinə dair dövlət aktında səhvən Ərizəçi2 əvəzinə Ərizəçi2 İbrahim qızı və X4 əvəzinə X8 qeyd olunmuşdur. İman Rüstəmov adında həmin ailədə şəxs olmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-816 saylı, 41006018 kodlu dövlət aktından görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə Şamaxı rayonu, Göylər kənd sakini X5 və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2,69 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin X3 ünlanlanmış xx.xx.2023-cü il tarixli məktubunda göstərilir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş JN-0816 kod 41006018 nömrəli dövlət aktında ailə üzvlərinin adları düzgün göstərilməmişdir. Sənədi verən orqan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvin düzəldilməsi qeyri-mümkündür. Hüquq müəyyənedici sənədlərin həmin şəxslərə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 ilə X4 arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra, ərə “Bəkirov”, arvada “Bəkirova” soyadı verilmişdir. İş materiallarında olan Şamaxı RİHB-nın Göylər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, torpaq islahatı zamanı Şamaxı rayonunun Göylər kəndi ərazisindən torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısında X2 ailə üzvləri Ərizəçi2 və X1 adı düzgün qeyd olunmamışdır. Ərizəçi2 İbrahim qızı və X8 adında şəxslər Şamaxı rayonu Göylər kəndi ərazisində heç vaxt yaşamamışdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilər Bəkirova (Rüstəmova) Asiman Səfayəddin qızı və Ərizəçi2 adları dövlət aktında səhvən müvafiq olaraq “X8” və “Ərizəçi2 İbrahim qızı” kimi qeyd olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Sənədi verən orqan - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvin düzəldilməsi qeyrimümkün olmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə əsaslı olduğundan təmin edilməli, JN-816 saylı, 41006018 kodlu Torpağa mülkiyyət hüququna dair dövlət aktının, aktda adı qeyd olunan X5, X6 və X9 ilə birlikdə, ərizəçilər Bəkirova (Rüstəmova) Asiman Səfayəddin qızı və Ərizəçi2 da məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305- 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. JN-816 saylı, 41006018 kodlu Torpağa mülkiyyət hüququna dair dövlət aktının, aktda adı qeyd olunan X5, X6 və X9 ilə birlikdə, ərizəçilər Bəkirova (Rüstəmova) Asiman Səfayəddin qızı və Ərizəçi2 da məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1237/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1237/2023
14.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver