Məhkəmə qərarları › İş №2(074)-1246/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1246/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1246/2021 20.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, iddiaçı ABC Telecom MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ABC Telecom MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 sentyabr 2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********984036 Samsung Galaxy A51 markalı telefon üçün 912,6 manat ödənilməmiş hissə, 165,4 manat dəbbə, ümumilikdə 1078 manat borc, 30 manat dövlət rüsumu Cavabdeh2 Vaqif oğlu və Cavabdeh1 müştərək qaydada alınaraq ABC Telecom MMC-yə ödənilməsi barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ABC Telecom MMC ilə 22 sentyabr 2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********84036 Samsung Galaxy A51 markalı telefon almış və nəticədə 1078 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəricədə alqı-satqı qiyməti 992/,6 manat olan İMEİ kodu **********84036 Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə 1078 manat olmaqla indan 912,6 manat ödənilməmiş hissə, 165,4 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 80 manat manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq 22 sentyabr 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh1 ABC Telecom MMC qarşısında alıcı Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və borcludur. X3 ABC Telecom MMC qarşısında alıcı X1 ilə birgə məsuliyyət daşıyır və borcludur. 22 sentyabr 2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********984036 Samsung Galaxy A51 markalı telefon üçün 912,6 manat ödənilməmiş hissə, 165,4 manat dəbbə, ümumilikdə 1078 manat borc, 30 manat dövlət rüsumu Cavabdeh2 Vaqif oğlu və Cavabdeh1 müştərək qaydada alınaraq ABC Telecom MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ABC Telecom MMC məhkəməyə teleqram göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verib bildirdi ki, həqiqətəndə ABC Telecom MMC ilə onun arasında 22 sentyabr 2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********984036 Samsung Galaxy A51 markalı telefonun nisyə alqı-satqı müqaviləsi bağlanmışdı. Lakin həmin telefon Cavabdeh1 verilmiş və o da öz qohumuna vermişdir. Pul da onlar tərəfindən ödənilməli idi. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan 22 sentyabr 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, cavabdeh YCavabdeh2 oğlu Samsung Galaxy markalı telefon almışdır. İş materiallarında olan 22 sentyabr 2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 qızının aldığı Samsung Galaxy markalı telefon üçün borcun təminatı olaraq Cavabdeh1 zamin olmuşdur. İş materiallarında olan 20 sentyabr 2021-ci il tarixli maliyyə ödəniş cədvəlindən görünür ki, 912,6 manat ödənilməmiş hissə, 165,4 manat dəbbə pulunun, cəmi 1078 manat borcu vardır. İş materiallarında olan 14 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə öhdəliyi yerinə yetirməsi, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq penya məbləğini qısa bir zamanda ödəməsi, əks halda MPM-nin 4.1-ci maddəsinə əsasən aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 21 sentyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, ABC Telecom MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, 22 sentaybr 2021-ci il tarixli kredit müqaviləsi ilə cavabdeh Orucov X2 Galaxy A 51 markalı telefon almışdır. Onun aldığı telefon üçün borcun təminatı olaraq Cavabdeh1 Vaqif qızı zamin olmuşdur. 21 sentyabr 2021-ci il tarixə 912,6 manat ödənilməmiş hissə, 165,4 manat dəbbə pulu, cəmi 1078 manat borcu vardır. Cavabdehlərə öhdəliyi yerinə yetirməsi, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq penya məbləğini qısa bir zamanda ödəməsi, əks halda MPM-nin 4.1-ci maddəsinə əsasən aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. ABC Telecom MMC tərəfindən məhkəmədə iddia qaldırmasq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 912,6 manat ödənilməmiş hissə, 165,4 manat dəbbə pulu, cəmi 1078 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalı, iddianın qalan hissəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 912,6 manat ödənilməmiş hissə, 165,4 manat dəbbə pulu, cəmi 1078 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar