Məhkəmə qərarları › İş №2(074)-1247/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1247/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1247/2021 20.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, iddiaçı ABC Telecom MMC-nin cavabdehlər X1, Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ABC Telecom MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 iyun 2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********01084 olan X3 9S markalı telefon üçün 651,6 manat ödənilməmiş hissə, 194,7 manat dəbbə pulunun, cəmi 846,3 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq ABC Telecom MMC-yə ödənilməsi barədə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ABC Telecom MMC ilə 05 iyun 2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********01084 olan X4 9S markalı telefon almış və nəticədə 846,3 manat borc yaranmışdır. Cavabdeh 05 iyun 2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəricədə alqı-satqı qiyməti 711,6 manat İMEİ kodu **********01084 olan X4 9S markalı telefon üçün ümumlikdə 846,3 manat olmaqla ondan 651,6 manat ödənilməmiş hissə, 194,7 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 60 manat manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq 05 iyun 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh2 ABC Telecom MMC qarşısında alıcı Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və borcludur. 05 iyun 2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********01084 olan X3 9S markalı telefon üçün 651,6 manat ödənilməmiş hissə, 194,7 manat dəbbə pulunun, cəmi 846,3 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq ABC Telecom MMC-yə ödənilməsi barədə çıxarılmasını xahiş etmişdir. İddiaçı ABC Telecom MMC məhkəməyə teleqram göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan 05 iyun 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İMEİ kodu **********01084 olan X3 9S markalı telefon almışdır. İş materiallarında olan 05 iyun 2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 aldığı İMEİ kodu **********01084 olan X3 9S markalı telefon üçün borcun təminatı olaraq Cavabdeh2 zamin olmuşdur. İş materiallarında olan 21 sentyabr 2021-ci il tarixli maliyyə ödəniş cədvəlindən görünür ki, 651,6 manat ödənilməmiş hissə, 194,7 manat dəbbə pulunun, cəmi 846,3 manat borcu vardır. İş materiallarında olan 14 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 öhdəliyi yerinə yetirməsi, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq penya məbləğini qısa bir zamanda ödəməsi, əks halda MPM-nin 4.1-ci maddəsinə əsasən aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 22 sentyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, ABC Telecom MMC tərəfindən məhkəmədə iddia qaldırmasq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, 05 iyun 2020-ci il tarixli kredit müqaviləsi ilə Cavabdeh1 İMEİ kodu **********01084 olan X3 9S markalı telefon almışdır. Cavabdeh1 aldığı İMEİ kodu **********01084 olan X3 9S markalı telefon üçün borcun təminatı olaraq Cavabdeh2 zamin olmuşdur. 21 sentyabr 2021-ci il tarixə 651,6 manat ödənilməmiş hissə, 194,7 manat dəbbə pulu, cəmi 846,3 manat borcu vardır. Cavabdehlərə öhdəliyi yerinə yetirməsi, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq penya məbləğini qısa bir zamanda ödəməsi, əks halda MPM-nin 4.1-ci maddəsinə əsasən aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. ABC Telecom MMC tərəfindən məhkəmədə iddia qaldırmasq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iddianın 194,7 manat cərimə borcu tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliyinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən 194,7 manat məbləğində cərimə pulu deyil, 30 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 651,6 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, ümumilikdə 681,6 manat borc və 30 manat dövlət rüsumu alınıb iddiaçı ABC Telecom MMC-yə ödənilməli, iddianın qalan hissəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 651,6 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, ümumilikdə 681,6 manat borc və 30 manat dövlət rüsumu alınıb iddiaçı ABC Telecom MMC-yə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar