Məhkəmə qərarları › İş №2(074)-1258/2023

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1258/2023

20.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1258/2023 20.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, Fətaliyeva Fidan Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı əsassız borcun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşlarının heç bir akt və dəymiş ziyanın ödənilməsi barədə tələbnamə olmadan və sayğacı yenisi ilə əvəz edərkən ona yazılan 1587,78 manat əsassız borcun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatın dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Belə ki, iş materiallarında olan 2(074)-1187/2023 saylı 20 noyabr 2023-cü il tarixli məhkəmə bildirişinin surətindən görünür ki, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun ləğv edilməsi” tələbinə dair mülki iş Şamaxı rayon Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası MPM-nin 169.3-cu maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun ləğv edilməsi” tələbinə dair 2(074)-1258/2023 saylı iş, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun ləğv edilməsi” tələbinə dair 2(074)-1187/2023 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263-ci maddələrini rəhbər tutub qəraraaldı: İddiaçı Cavabdehnə qarşı “əsassız borcun ləğv edilməsi” tələbinə dair 2(074)- 1258/2023 saylı iş, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun ləğv edilməsi” tələbinə dair 2(074)-1187/2023 saylı mülki işlə bir icraatda birləşdirilsin. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar