Məhkəmə qərarları › İş №2(074)-1270/2021

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1270/2021

20.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1270/2021 20.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Mən, Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlu, Ərizəçi maraqlı tərəf Şamaxı rayon Qeydiyyat Şöbəsinə və X1 filialına qarşı hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı tərəf Şamaxı rayon Qeydiyyat Şöbəsinə və X1 filialına qarşı hüquqi əhəmiyyətli faktlarn müəyyən edilməsinə dair ərizə ilə müraciət edərək ərizəsinə xüsusi icraat qaydasında baxımasını, Maraqlı şəxs2ndən ona verilmiş 88 saylı 04 iyun 2020-ci il tarixli arxiv arayışında onun nənəsinin adı Cəmilə və nənə atasının adı Qara, onun şəxsiyyətini təsdiq edən sənəddə adı Xədicə və onun atasının adı Qafar adları ilə düz gəlmədiyinə görə hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda hesab edirəm ki, iddiaçı tərəfindən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddia ərizəsinin geri qaytarılması barədə ərizə daxil olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 152.1.9, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı tərəf Şamaxı rayon Qeydiyyat Şöbəsinə və X1 filialına qarşı hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardan 10 gün müddətində Şamaxı rayon məhkəməsinə şikayət verilə bilər. HAKİM ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar