Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1289/2024 19.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs) “sənədin şəxsə məxsus olması faktının müəyyən olunması” tələbi barədə ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası SSR Kommunal Nazirliyi Texniki İnvertarlaşdırma Mərkəzi bürosu tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərində olan tikililərə dair Şəxsi Mülkiyyət Hüququ ilə X6 və Qiymətləndirməsinə dair (13/1234) Pasportun həmin Pasportda qeyd olunmuş şəxslə yanaşı atası X4 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası SSR Kommunal Nazirliyi Texniki İnvertarlaşdırma Mərkəzi bürosu tərəfindən ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və üzərində olan tikililərə dair atası X3 adına “Şəxsi Mülkiyyət Hüququ ilə X6 və Qiymətləndirməsinə dair pasport tərtib edilmişdir. Həmin pasportun onlarda olan nüsxəsi ilə arxivdə saxlanılan nüsxəsi arasında qeyri-dəqiqlik yaranmış, onlarda olan nüsxədə atasının adı və soyadı “Şahvələd Şirulla” yazılsa da, arxivdə saxlanılan nüsxədə “Şahvəlian Şirulla” kimi yazılmışdır. Həmin sənədlərin düzəldilməsi və çıxarışın verilməsi üçün DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət etsə də, ona sənədi verən orqan ləğv olunduğundan adlarda olan səhvin düzəldilməsinin qeyri mümkün olduğu bildirilmiş, məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Atasının adını ölüm haqqında şəhadətnamə ilə, ona və qardaşlarına verilən doğum haqqında şəhadətnamələrlə müəyyən etmək mümkündür. Ölüm haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atasının ad, soyad və ata adı X5 olmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Lakin, ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun iştirak olmadan keçirilərək qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi isə bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə tərəflərin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəxsi Mülkiyyət Hüququ ilə X6 və Qiymətləndirməsinə dair pasportun surətindən görünür ki, Azərbaycan Respublikası SSR Kommunal Nazirliyi Texniki İnvertarlaşdırma Mərkəzi bürosu tərəfindən ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və üzərində olan tikililər X3 adına tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 30 iyul 2024-cü il tarixli məktubundan görünür ki, təqdim edilmiş və arxiv texniki pasportu ilə ölüm haqqında şəhadətnamə və vərəsəlik məktubunda hüquq sahibinin soyadı və adı ilə bağlı uyğunsuzluq mövcuddur. Belə ki, texniki pasportda hüquq sahibi “Şahvelyan Şirulla” kimi. Vərəsəlik məktubu və ölüm haqqında şəhadətnamədə isə X9 (Şahvələd Şirulla oğlu) kimi göstərilmişdir. İş materiallarında olan AZ-T 262314 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1 anası X2r. İş materiallarında olan Bakı şəhəri Yasamal rayonu qeydiyyat şöbəsinin arayışından görünür ki, X5 ilə X8 arasındakı nikah xx.xx.1946-cı il tarixdə Xızı rayonu, Altıağac qəsəbə icra nümayəndəliyi tərəfindən bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 oktyabr 1946-ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Şahvələdov”, arvada “Şahvələdova” soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhdətnamənin surətindən görünür ki, X5 xx.xx.1989-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin atasının adı və soyadı ona məxsus bütün sənədlərdə X9 (Şahvələd Şirulla) kimi göstərilsə də, Şəxsi Mülkiyyət Hüququ ilə X6 və Qiymətləndirməsinə aid pasportda “Şahvelyan Şirulla” kimi yazılmışdır. Şəxsi Mülkiyyət Hüququ ilə X6 və Qiymətləndirməsinə aid pasportda göstərilən “Şahvelyan Şirulla” ilə digər sənədlərdə göstərilən X9 (Şahvələd Şirulla) oğlunun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı ərizəçi tərəfindən, onlara aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Sənədi verən orqan- Azərbaycan Respublikası SSR Kommunal Nazirliyi Texniki İnvertarlaşdırma Mərkəzi bürosu ləğv edildiyinə görə, ad və soyadda olan səhvin düzəldilməsi qeyri-mümkün olmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası SSR Kommunal Nazirliyi Texniki İnvertarlaşdırma Mərkəzi bürosu tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərində olan tikililərə dair Şəxsi Mülkiyyət Hüququ ilə X6 və Qiymətləndirməsinə aid (13/1234) Pasportun həmin Pasportda qeyd olunmuş şəxslə yanaşı Ərizəçi atası X9 (Şahvələd Şirulla) oğluna məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası SSR Kommunal Nazirliyi Texniki İnvertarlaşdırma Mərkəzi bürosu tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərində olan tikililərə dair Şəxsi Mülkiyyət Hüququ ilə X6 və Qiymətləndirməsinə aid (13/1234) Pasportun həmin Pasportda qeyd olunmuş şəxslə yanaşı Ərizəçi atası X9 (Şahvələd Şirulla) oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1289/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1289/2024
19.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver