Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-133/2021 01.02.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Aqrolizinq ASC-nin Cavabdeh qarşı “pul məbləğinin tələbi barədə” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Aqrolizinq ASC Cavabdeh qarşı “pul məbləğinin tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7068 manat əsas borc, 2304,96 manat cərimə və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq Aqrolizinq ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçınə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması qaydalarına üvafıq olaraq Aqrolizinq ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 1379-L/16 nömrəli, xx.xx.2016-cı il tarixli 1436-L/16 nömrəli və xx.xx.2017-ci il tarixli 157-L/17 nömrəli müqaviləyə əsasən lizinq predmetini lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Müqavilə üzrə 7068 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə üzrə 2304,96 manat borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən borclu lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödənməyi öhdəsinə götürmüşdür. Bununla da borclu Aqrolizinq ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə xırda və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Odur ki, iddiaçı, 7068 manat əsas borc, 2304,96 manat cərimə və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq Aqrolizinq ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahat verib bildirdi ki, həqiqətən də onun iddiaçı Aqrolizinq ASC-yə 7068 manat əsas borcu mövcuddur. Odur ki, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli № 1379-L/16 saylı kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin surətindən görünür ki, Cavabdeh ümumi məbləği 38400 manat olan kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli № 4909/ü saylı əmrin surətindən görünür ki, xx.xx.2016-cı il tarixli № 1379-L/16 saylı lizinq müqaviləsinin predmeti 38400 manat məbləğində, 2016-cı il buraxılışlı, göy rəngli, şassi № 0007035, mühərrik № 951597 olan Belarus-892 traktordur. İş materiallarında olan xx.xx.2016-cı il tarixli № 1436-L/16 saylı kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin surətindən görünür ki, Cavabdeh ümumi məbləği 6100 manat olan kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli № 5087/ü saylı əmrin surətindən görünür ki, xx.xx.2016-cı il tarixli № 1436-L/16 saylı lizinq müqaviləsinin predmeti 6100 manat məbləğində, 2016-cı il buraxılışlı, yaşıl rəngli, şassi № 16442 olan M-N24 taxılsəpən-gübrəsəpən HB-dir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli № 157-L/17 saylı kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin surətindən görünür ki, Cavabdeh ümumi məbləği 2550 manat olan kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli № 841/ü saylı əmrin surətindən görünür ki, xx.xx.2017-ci il tarixli № 157-L/17 saylı lizinq müqaviləsinin predmeti 2550 manat məbləğində, 2016-cı il buraxılışlı, göy rəngli, şassi № 19013 olan 4 gövdəli təkərli P4 kotandır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh Aqrolizinq ASC-yə xx.xx.2016-cı il tarixli № 1379-L/16 saylı, xx.xx.2016-cı il tarixli № 1436-L/16 saylı və xx.xx.2017-ci il tarixli № 157-L/17 saylı lizinq müqavilələri üzrə 7068 manat əsas, 2304,96 manat cərimə olmaqla, cəmi 9372,96 manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № ASCƏP-747 saylı məktubun surətindən görünür ki, Aqrolizinq ASC tərəfindən Cavabdeh 7068 manat borcunun olduğu bildirilmiş, həmin borcu ödəmədiyi təqdirdə bu barədə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, Aqrolizinq ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh iddiaçı Aqrolizinq ASC-dən lizinq müqavilələri bağlayaraq kənd təsərrüfatı texnikaları əldə etmiş, lakin müqavilələr üzrə öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməyərək müqavilələrin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya ümumilikdə 7068 manat əsas, 2304,96 manat cərimə olmaqla, cəmi 9372,96 manat borcu yaranmışdır. İddiaçı tərəfindən mövcud borcun ödənilməsi barədə cavabdehə rəsmi şəkildə xəbərdarlıq edilsə də, cavabdeh borcunu ödəməmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi ərizə və izahatla iddiaçıya olan əsas borcunun 7068 manat olduğunu qeyd etmişdir. İddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-in 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. MM-in 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə, cavabdehə hesablanmış 2304,96 manat cəriməni tənasübsüz surətdə yüksək sayır və onun miqdarının 100 manatadək azaldılmasını iddiaçının bütün mənafelərinə uyğun hesab edir. Belə ki, MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7068 manat borc, 100 manat cərimə olmaqla, cəmi 7168 manat borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Aqrolizinq ASC-yə ödənilməli, iddianın qalan hissəsi rədd edilməldir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-ı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7068 manat əsas borc, 100 manat cərimə olmaqla, cəmi 7168 manat borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Aqrolizinq ASC-yə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-133/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-133/2021
01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver