Məhkəmə qərarları › İş №2(074)-138/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-138/2022

08.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-138/2022 08.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1 Ağsu X4 İdarəsi və Cavabdeh1 Şamaxı rayon Qaz Xidmət Sahəsinə qarşı “aktın etibarsız hesab olunması və hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1, Cavabdeh1 Ağsu X4 İdarəsi və Cavabdeh1 Şamaxı rayon Qaz Xidmət Sahəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii X3n pozulması haqqında 31 avqust 2018-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış 1900 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı şəhərində ona məxsus evdə yaşayır və qaz xidməti sahəsində abonent kimi qeydiyyatdadır. Əvvəllər şəxsi işləri ilə bağlı Rusiya Federasiyasında ailə üzvləri ilə yaşadığından, Şamaxı şəhərinə daimi yaşamamışdır. Ona görə də təbii qazdan həmişə istifadə etməmiş, cavabdehin nümayəndələri yaşadığı ünvana gəlmiş və köhnə qaz sayğacının istismar müddəti bitdiyindən, yeni qaz sayğacı ilə dəyişdirəcəklərini bildirmişlər .Onlar, yəni mütəxəssislər tərəfindən qaz sayğacı yenisi ilə əvəz olunmuş və köhnə sayğacda heç bir nasazlığın olmadığı bildirmişlər. Cavabdehlər tərəfindən 2018-ci ilin avqust ayının 31-də akt tərtib edilərək, müvafiq yoxlama aparılmadan sayğacın hesablama mexanizminin qapağının sındırıldığı müəyyən edilmiş, üzərinə qaz itkisinə görə faktiki olaraq dəymiş ziyanın ödənilməsi vəzifəsi qoymuşlar. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Əgər həqiqətən də sayğacda nasazlıq varsa, həmin nasazlığın eləcə də, müdaxilənin kim tərəfindən törədilməsi aşkar edilmədən, bu barədə hər hansı bir inzibati araşdırma aparılmadan eləcədə onun qanunsuz əməli sübuta yetirilmədən, abonenet kimi ona qaz itkisinə görə əsassız olaraq borc yazılmışdır. Cavabdehin hərəkətləri qanunsuz və tamamilə əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdehlərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 12.06.2018-ci il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, İddiaçı evində olan “Elster” tipli, G-6 markalı ******* nömrəli qaz sayğacı dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan Cavabdeh1 30.01.2018-ci il tarixli № MSK-29/1710-00790-2 saylı qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, “Elster” tipli, G-6 markalı ******* nömrəli qaz sayğacının yoxlanılması zamanı sayğacın hesablama mexanizminin qapağı kənar təsir nəticəsində sındığı aşkar olunmuşdur. İş materiallarında olan 31.08.2018-ci il tarixli № ******* saylı təbii X3nın pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh1 30.01.2018-ci il tarixli № MSK-29/1710-00790-2 saylı aktına əsasən aşkarlanmış qüsur zamanı dəymiş ziyanın hesablanması qərara alınmışdır. Bu zaman həmin mənzildə qaz piltəsi PQ-4, radiator peçi və suqızdırıcı aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarında olan 31.08.2018-ci il tarixli Ağsu X4 İdarəsinin qərarından görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə 1 ədəd PQ-4 tipli qaz plitəsi maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat, 2 ədəd radiator sobası maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat, 1 ədəd tutumlu suqızdırıcı maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 10 saat olmaqla hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 9180 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “X3”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2 və 6.1.7-ci yarımbənləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İş üzrə iddiaçının yaşadığı evin qaz ilə təchizatın hesablaşmasını təmin edən sayğacın evdən kənarda quraşdırılması cavabdeh təşkilat tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Belə ki, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 İB iddiaçının ünvanında quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliliklə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına hər hansı müdaxilə olunması halı təsdiq edilmədiyindən, eləcə də 31.08.2018-ci il tarixli ******* nömrəli akt X3nın tələblərinin kobud surətdə pozulması ilə tərtib edildiyindən həmin akt üzrə hesablanmış 1836 manat iddiaçının abunə hesabından silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh1 Ağsu X4 İdarəsinin tərtib etdiyi təbii X3nın pozulması haqqında 31.08.2018-ci il tarixli ******* nömrəli akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 1836 manat borc məbləği İddiaçı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar