Məhkəmə qərarları › İş №2(074)-14/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-14/2024

13.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-14/2024 13.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı “hasarın qonşunun öz hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.25 ha torpaq sahəsinin bir hissəsinin Cavabdeh1 qanunsuz istifadəsindən geri alınması və onun tərəfindən qanunsuz çəkilmiş hasarın cavabdehin öz hesabına sökülməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci il tarixdə Şamaxı rayonu, Çuxuryurd kəndində 0.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün Azərbaycan Respublikası X4 Xidmətinin yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edib. Lakin Ərazi İdarəsi xx.xx.2020-ci il tarixli, **********1 saylı məktubu ilə çıxarışın verilməsindən imtina etmiş və imtina səbəbi kimi ona məxsus torpaq sahəsinin bir hissəsinin qonşu tərəfindən hasara alınması göstərilmişdir. Bununla bağlı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırıb. Məhkəmə gedişi zamanı sənədlər araşdırılmış, cavabdeh inzibati orqan tərəfindən tələbi təmin olunaraq, ona ********** qeydiyyat nömrəsi olan çıxarış verilmişdir. Məsələ ilə bağlı cavabdehə dəfələrlə müraciət edilsə də, hər hansı bir nəticə əldə edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil daha sonra ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mütəxəssis tərəfindən verilən rəydən sonra onlara məlum olmuşdur ki, mülkiyyətində olan torpaq sahəsinin 0,0175 ha hissəsi Cavabdeh2 Eyyub qızı tərəfindən istifadə olunur. Buna görə də Cavabdeh2 Eyyub qızının mülki iş üzrə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.25 ha torpaq sahəsinin 0,0450 ha hissəsinin Cavabdeh1 qanunsuz istifadəsindən geri alınması və onun tərəfindən qanunsuz çəkilmiş hasarın cavabdehin öz hesabına sökülməsi, 0,0175 ha hissəsinin Cavabdeh2 Eyyub qızının qanunsuz istifadəsindən geri alınması və onun tərəfindən qanunsuz çəkilmiş hasarın cavabdehin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, təyin olunmuş mülki işə onların iştirakı olmadan baxaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərdən isə məhkəmə iclasının onların iştirakları olmadan keçirilibkeçirilməməsi barədə hər hansı bir vəsatət məhkəmənin ünvanına daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Şamaxı rayonu, Çuxuryurd kəndi ərazində yerləşən 0.2482 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********21 saylı Azərbaycan Respublikası X4 Xidmətinin yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin məktubunun surətindən görünür ki, İddiaçı Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən 0.25 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin, araşdırılma zamanı məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin bir hissəsi qonşu tərəfindən hasara alınmışdır. Bu səbəbdən bağışlama yolu ilə İddiaçı mülkiyyətinə keçən 0.25 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin işlənməsi mümkün olmamışdır. İş materiallarında olan İş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********19 saylı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X4 Xidməti DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin məktubunun surətindən görünür ki, İddiaçı mülkiyyətinə keçən Şamaxı rayonu, Çuxuryud kəndində yerləşən 0.25 ha torpaq sahəsi Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən müayinə olunmuşdur. Müayinə zamanı məlum olmuşdur ki, İddiaçı sənəd üzrə mülkiyyətində olan 0.25 ha torpaq sahəsi qonşu Cavabdeh1 tərəfindən hasara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********54 saylı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X4 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, İddiaçı nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə müəyyən edilmiş və 0.2461 ha təşkil edir. İddiaçı verilmiş reyestr nömrəsi **********11 olan çıxarışın plan ölçü sənədi olmadığından hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus 0.2482 ha torpaq sahəsinin naturada ölçülmüş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Buna görə də araşdırma çıxarışın verilməsinə əsas olmuş iddiaçının atası X1 adına olan JN-733 A nömrəli şəhadətnamənin elektron məlumat bazasında coğrafi yerləşmə mövqeyinə əsasən aparılmışdır. JN-733 A nömrəli şəhadətnamənin elektron məlumat bazasında coğrafi yerləşmə mövqeyinə əsasən X1 mülkiyyətinə verilmiş 0.2482 ha torpaq sahəsinin naturada 0.0450 hadək hissəsi Cavabdeh1 tərəfindən istifadə olunur və həmin istifadə olunan hissə İbrahimzadəTəhmin Dilqəm oğluna verilmiş çıxarışın texniki pasportunda sənəd üzrə torpaq sahəsindən artıq istifadə olunan sahə kimi qeyd olunmuşdur. 0.0175 ha-dək hissəsi isə başqa şəxsin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşür. Əlavə olaraq bildirilir ki, Şamaxı rayonu, Çuxuryurd kəndinə aid şəhadətnamələrlə (DWG məlumatlarına əsasən) vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələri ilə faktiki naturada istifadəçilik arasında konfiqurasiya, sahə uyğunsuzluğu və şəhadətnamələrdə koordinatlar olmaması səbəbindən JN-733 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən X2 mülkiyyətinə verilmiş 0.2482 ha torpaq sahəsinin naturada kv.m dəqiqliklə yerini müəyyən etmək mümkün deyildir. Torpaq sahəsinin zəbt edilib-edilməməsinin müəyyənləşdirilməsi mütəxəssisin səlahiyyətləri daxilin deyildir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/74 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, İddiaçı nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə müəyyən edilmiş və 0.2461 ha təşkil edir. İddiaçı verilmiş reyestr nömrəsi **********11 olan çıxarışın plan ölçü sənədi olmadığından hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus 0.2482 ha torpaq sahəsinin naturada ölçülmüş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Buna görə də araşdırma çıxarışın verilməsinə əsas olmuş iddiaçının atası X1 adına olan JN-733 A nömrəli şəhadətnamənin elektron məlumat bazasında coğrafi yerləşmə mövqeyinə əsasən X2 mülkiyyətinə verilmiş 0.2482 ha torpaq sahəsinin naturada 0.0450 ha-dək hissəsi Cavabdeh1 tərəfindən istifadə olunur və həmin istifadə olunan hissə Cavabdeh1 verilmiş çıxarışın texniki pasportunda sənəd üzrə torpaq sahəsindən artıq istifadə olunan sahə kimi qeyd olunmuşdur. 0.0175 ah-dək hissəsi isə başqa şəxsin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, Şamaxı rayonu, Çuxuryurd kəndinə aid şəhadətnamələrlə (DWG məlumatlarına əsasən) vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələri ilə faktiki naturada istifadəçilik arasında konfiqurasiya, sahə uyğunsuzluğu və şəhadətnamələrdə koordinatlar olmaması səbəbindən JN-733 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən X2 mülkiyyətinə verilmiş 0.2482 ha torpaq sahəsinin naturada kv.m dəqiqliklə yerini müəyyən etmək mümkün olmadı. Qərardadın ikinci sualı mütəxəssis tərəfindən cavablandırılmadığı üçün cavablandırılması mümkün olmadı. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.2482 ha torpaq sahəsinin 0,0450 ha hissəsi Cavabdeh1 istifadəsindən geri alınmalı, həmin hissədə inşa edilmiş hasar Cavabdeh1 hesabına sökülməli, iddiaçıya məxsus torpaq sahəsinin 0,0175 ha hissəsi Cavabdeh2 Eyyub qızının qanunsuz istifadəsindən geri alınmalı və həmin hissədə inşa edilmiş hasar Cavabdeh2 Eyyub qızının hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, keçirilmiş ekspertizanın xərci 50 manat cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.2482 ha torpaq sahəsinin 0,0450 ha hissəsi Cavabdeh1 istifadəsindən geri alınsın, həmin hissədə inşa edilmiş hasar Cavabdeh1 hesabına sökülsün. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.2482 ha torpaq sahəsinin 0,0175 ha hissəsi Cavabdeh2 Eyyub qızının qanunsuz istifadəsindən geri alınsın və həmin hissədə inşa edilmiş hasar Cavabdeh2 Eyyub qızının hesabına sökülsün. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Eyyub qızından müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X3 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar