Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1500/2024 26.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi barədə iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 039116 saylı aktına əsasən, ona hesablanmış 1595,01 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, 26 fevral 2024-ci il tarixli 039116 saylı aktın surətindən görünür ki, Azərişıq ASC-nin əməkdaşları tərəfindən istifadəsində olan PAUD-MP 106 tipli, **********6M1943119 nömrəli elektrik sayğacının (abunə kodu **********07291) “Sayğaca qoşulma ardıcıllığı pozularaq kənar xəttin dövrədən kənarlaşdırılması” səbəbi ilə ona ümumilikdə 1595,01 manat cərimə yazılmışdır. 2024-cü ilin fevral ayında istifadəsində olan elektrik sayğacının sıradan çıxması (xarab olması) səbəbindən işləməmişdir. Qaranlıqda qalmamaq üçün, dərhal "xxxx" ASC-nin Şamaxıda yerləşən Şimal-Qərb RETSİ-nin X2 müraciət etmiş, lakin onlar sayğacı düzəltməyə gəlməmişlər. Həmin gün və sabahısı yenidən dəfələrlə müraciətlər etsə də, elektrik montyorlarnın heç biri çağırışa gəlmədilər. Qış vaxtı qaranlıqda qalmamaq üçün və həm də havalar çox soyuq olduğundan, "xxxx" ASC-nin Şamaxıda yerləşən əməkdaşlarına qabaqcadan məlumat verməklə, onlara gələn elektrik xəttini sayğacdan açıb birbaşa qoşmuşdur. Təxminən 1 həftədən sonra Azərişıq ASC-nin Şamaxıda yerləşən Şimal-Qərb RETSİ-nin X1 işçiləri gəlib çəkiliş aparmaqla, birbaşa çəkdikləri elektrik xəttini dövrədən açıb sayğacı təmir edib getmişlər. Lakin elektrik xəttini dövrəyə qoşmamışlar. "xxxx" ASCnin əməkdaşlarının özlərinin səhlənkarlığı səbəbindən vaxtında çağırışa gəlməməsi səbəbindən, bu hal baş vermişdir. İstifadəsində olan elektrik sayğacı xarab olduğuna görə, müraciəti əsasında Azərişıq ASC-nin Şamaxıda yerləşən əməkdaşları çağırışa vaxtında gəlsəydilər, dövrəyə əlavə xətt qoşdurmazdı. Soyuqdan donmamaq və qaranlıqda qalmamaq üçün, buna məcbur olmuşdur. Bundan sonra da, Azərişıq ASC-nin Şamaxıda yerləşən Şimal-Qərb RETSİ-nin X1 əməkdaşları onlara təzyiq göstərdilər ki, 500 manat məbləğində ilkin ödəniş etməsələr, onları qaranlıqda qoymaqda davam edəcəklər. Qış vaxtı olduğundan, məcburiyyət qarşısında qalıb elektrik enerjisi cəriməsinə 08 mart 2024cü il tarixdə 500 manat ödəniş etmişdir, hansıki, onlar bunu ona qeyri-qanuni olaraq ödətdirmişlər. Cavabdehin əməkdaşları özləri vaxtında çağırışa gəlməyib, sonradan da, belə təzyiq göstərib çirkin əməllərlə məşğul oldular. Bir daha bildirir ki, aktda və abunə haqda ödəniş cədvəlində yazılanlar həqiqətə uyğun deyildir. Bu aktın adi surəti və ödəniş cədvəli onlara 04 iyul 2024-cü il tarixdə verilmişdir. Halbuki, həmin sənədlərdə yazılana görə guya o elə tərtib olunduğu 26 fevral 2024-cü il tarixində verilibdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Eyni zamanda, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəməyə ünvanladığı etiraz ərizəsində göstərmişdir ki, iddiaçının Şamaxı şəhərində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nın enerji satış bazasında İddiaçı adına olmaqla, **********07291 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2024-cü il tarixində "Azərişıq” ASC-nin əməkdaşları E.Ələkbərov, R.Qasımov. S.Nəsirov və E.Binnətli tərəfindən Şamaxı şəhərində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydalarına uyğun baxış keçirilmişdir. Baxış zamanı sayğacın qoşulma ardıcıllığının pozularaq kənar mənbədən “0” xətti götürülməklə, dövrədən kənaşdırıldığı aşkar edilmişdir. Kənar mənbədən götürülən “0” xətti sayğaca gələn xətdən götürülmüşdür. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17.1 bəndinin tələbinə uyğün olaraq, yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2024-cü il tarixli, NDM039116 saylı akt tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli. NDM039116 saylı akta əsasən "xxxx" ASC-nın Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 139 gün üçün 0.08 manatla 804 kvt.s (dəyəri 64.32 manat), 0.09 manatla 463 kvt.s (dəyəri 41.67 manat) və 0.13 manatla 11454 kvt.s (dəyəri 1489.02 manat), toplamda 1595.01 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçının faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən videoçəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan videoçəkilişdə açıq aşkar öz əksini tapır. İddiaçının xx.xx.2024-cü il tarixinə elektrik enerjisindən istifadəyə görə 986.00 manat borcu vardır. “EElQ”-nın 8.17-1-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-cı yarımbəndinə uyğun olaraq, elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdankənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işlək saatı nəzərə alınmaqla yenidən hesablanır. ”EEİQ”-nın 8.17- 2-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17.1 və 8 17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizat müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bır nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 7.11-ci bəndinin tələbinə görə, Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır”. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı yaşadığı fərdi evdə NDM039116 saylı akta əsasən, "xxxx" ASC-nın Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 139 gün üçün 0.08 manatla 804 kvt.s (dəyəri 64.32 manat), 0.09 manatla 463 kvt.s (dəyəri 41.67 manat) və 0.13 manatla 11454 kvt.s (dəyəri 1489.02 manat) toplamda 1595.01 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edilmişdir, iddiaçının akt əsasında silinməsini tələb etdiyi borcun yaranması səbəbi aşkar olunmuş qüsurdur, həmin qüsurun xarakteri təsadüfi olmamış, yəni iddiaçının niyyəti faydalanmaq olmuşdur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-cı yarımbəndinə uyğun olaraq, elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdankənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işlək saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17.1 və 8 17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizat müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bır nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış borcun silinməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən, iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı NDM039116 saylı, xx.xx.2024-cü il tarixli akta əsasən, hesablanmış 1595,01 manat məbləğində borcun silinməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən təqdim olunan (alınan) vaxtdan bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1500/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1500/2024
26.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver