Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-151/2024 27.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, İsayeva Fidan Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qanunsuz hesablanmış borc məbləğinin silinməsi” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 mart 2023-cü il tarixli, ******* saylı aktına əsasən qanunsuz hesablanmış 5045.76 manat borc məbləğinin silinməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Şamaxı rayonu, Göylər kəndində evi var. Lakin o 1994-cü il tarixdən faktiki olaraq Xırdalan şəhərində Quçşuluq massivi S.Bəhlulzadə küçəsi, ev 14 ünvanında yaşayır. Yay aylarında əkin-biçin vaxtı kənddə olur. Kənddə 77 yaşlı xəstə atası olur. Atası ruhi cəhətdən elə də sağlam deyil. Nə etdiyini tam dərk etmir. Bu il qış ayında o, Xırdalan şəhərində olan zaman Qaz idarəsinin əməkdaşları evə gələn zaman qaz xəttində kənar qoşulma aşkarlayıblar. Qaz xəttinə kənat xətt qoşulmasına görə onun adına 5045.76 manat əlavə borc hesablamışlar. Həqiqətən də onun bundan xəbəri olmayıb. Bunu atası edib. O, atasına etiraz edərək bildirib ki, bunu niyə edib. Onlar onsuz da çox vaxtı Xırdalanda olurlar. Yay aylarında gəlirlər, onda da ay ərzində 5-6 manatlıq qaz işlənir. Buna heç bir ehtiyac yoxdur. Atası isə niyə etdiyini izah edə bilmir. O, Qaz idarəsinə müraciət edib ki, bu qədər məbləğdə ziyan olmaz. Nəzarətçilər hər 10-15 gündən bir sayğac xəttinə baxıb yoxlayırlar. Bu hal çoxdan olsa idi bilərdilər. Ona görə də sayğacın son göstəricisinin qeyd olunduğu gündən bu zərər hesablanmalı idi. Amma Qaz idarəsinin əməkdaşları bir il hesabat dövri götürüblər. Ona bildiriblər ki, artıq onlar heçnə edə bilməzlər. Məhkəməyə müraciət olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, bildirdi ki, ilin daha çox hissəsini Xırdalan şəhərində yaşayır. Yalnız işləri ilə əlaqədar Şamaxı rayonuna gəlir. İstifadə etdiyi qaza görə borcunu həmişə vaxtında ödəmişdir. Anasının yası zamanı qaz iyi gəldiyindən Cavabdeh İB-yə müraciət etmiş və onlar gəlib kənar xətt olduğunu aşkar etmişlər. Əgər onun kənar xəttə qoşulmaqdan xəbəri olsaydı bu barədə heç Cavabdeh İB-yə məlumat verməzdi. Eyni zamanda cavabdeh isə borc məbləğini həddindən artıq hesablanmışdır. Buna görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 15 mart 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent kodu **********00158 olan İddiaçı təbii qazdan istifadə qaydalarına zidd olaraq sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edir. İş materiallarında olan 31 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən 1 ədəd PQ-3 maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün, 1 ədəd axımlı su qızdırıcısı maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün, 1 ədəd dəmir sobası maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 42048 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi xx.xx.2023-cü il tarixli, ******* saylı akt göstərilmişdir. İş materiallarında olan İddiaçı adına olan abonent saldosundan (abonent kodu **********00158) görünür ki, iddiaçının hesabına ümumilikdə 5045.76 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şamaxı rayonu, Göylər kəndində yaşayan (abonent kodu **********00158) İddiaçı Məhəmmədli oğluna məxsus mənzilinə xx.xx.2023-cü il tarixdə qaz sayğaclarının və qaz sayğacının işlək vəziyyətdə olmasına nəzarət etmək məqsədi ilə Ağsu RQİİ-nin Şamaxı XSnin əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı abonent İddiaçı Məhəmmədli oğlunun kənar xətt vasitəsi ilə qazdan qeyri qanuni istifadə etməsi aşkar olunmuş və bu barədə xx.xx.2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmişdir. Bundan başqa İddiaçı Məhəmmədli oğlu barəsində digər akt mövcud deyildir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «Qazdan istifadə Qaydaları»nın 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 3.1.11-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Qeyd olunan Qaydaların tələblərindən görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməli, həmçinin istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının məhz 360 gün sayğacdan kənar təbii qazdan istifadə etməsi hallarına dair hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş həmçinin məhkəmə sorğusu əsasında məhkəməyə göndərilmiş məktubdan isə görünür ki, iddiaçının evində olan qaz sayğacına «Qazdan istifadə Qaydaları»na müvafiq olaraq (yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə) baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməli olduğu halda bunları etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya hesablanmış cərimə məbləği 1 (bir) ay müddətinə hesablanmalıdır. Bu isə (0.8x24x30=576 m3 x0,12=69.12 manat, 2.6x24x30=1872 m3 x0,12=224,64 manat, 1.4x24x30=1008 m3 x0,12=120.96 manat) 69.12 +224.60 + 120.96 = 414.72 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli iddiaçının abunə hesabından 4631.04 manat silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 195-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Ağsu X2 İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 15 mart 2023-cü il tarixli, ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 4631.04 manat İddiaçı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-151/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-151/2024
27.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver