Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-152/2022 15.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İlkin iddia üzrə İddiaçı iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh “Azəriqaz” İB-nə qarşı “əsassız alınmış cərimə məbləğinin silinməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı “Azəriqaz” İB-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “debitor borcun və qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh “Azəriqaz” İB-nə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” X1 X4 İdarəsinin tərtib etdiyi təbii X2nın pozulması haqqında 16 fevral 2017-ci il tarixli ********* saylı akta görə yazılmış 1692 manat cərimə pulunun abunə hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 saylı evdə yaşayır. Həmin mənzildə müqavilə bağlanmaqla onunla abunə kodu **********10000 olmaqla qaz sayğacı quraşdırılmışdır. Qaz idarəsinin əməkdaşları onun evinə gedən qaz sayğacını söküb aparmış, guya laboratoriyada yoxlayıb, müəyyən ediblər ki, yarasızdır və ona görə də sayğacın yarasız olaraq dəyişdirilməsi qərarına gəlmişlər. Guya qaz sayğacının yarasız olması onun günahından baş verib. Hansı ki, o 2019-cu il də baş verən zəlzələdən sonra həmin evdə yaşamamışdır. Onu qaz sayğacı almağa məcbur etmişlər. Sayğac alınıb quraşdırılmış, bundan sonra ona 1692 m3 qaz dəyərinin ödənilməsinin təmin olunması tapşırılmışdır. 2019-cu ilin fevral ayının 5-də rayonda baş verən zələzələ zamanı yaşadığı evi qəzalı olmasını bildirdilər və onları həmin mənzildən çıxarmışlar. Evlərini tamam söküb yenidən tikmişlər. 2021-ci ilin əvvələrində evə yığışıb və hər dəfə sayğaca pul köçürəndə ondan çox pul çıxarıldığını görüb, qaz idarəsinə gedib səbəbini soruşmuş, ona qaz sayğacında nöqsan olduğu, həmin vaxt cərimə yazıldığı bildirilib. Qaz sayğacındakı bu nasazlığın hansı səbəbdən əmələ gəlməsi ona məlum deyil. Küçədə quraşdırılan qaz sayğacı üçün o cavabdehlik daşımır. Ona bu cərimə qanunsuz yazılmışdır. Məsələnin ədalətli həll edilməsinə inanaraq məhkəməyə müraciət etmişdir. Hesab edir ki, X2nın tələblərinin kobud surətdə pozulması ilə tərtib edildiyindən, akt etibarsız sayılmalı, sərfiyyat üzrə hesablanmış 1692 manat ziyan məbləği onun abunə hesabından silinməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı “Azəriqaz” İB qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı şəhəri Gənclər küçəsi ev 7 saylı ünvanda yaşayan İddiaçı Hüseybaba qızı qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanaraq abonent koduna vurulmuş 338,40 manat borc məbləğinin, mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 272,06 manat və iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə isə 640,86 manat tutularaq “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şamaxı şəhəri Gənclər küçəsi ev 7 saylı ünvanda yaşayan İddiaçı Hüseybaba qızının iddia ərizəsi rədd edilməli və “Azəriqaz” İB-nin qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. Belə ki, 21.11.2016-cı il tarixində "Azəriqaz” X1 RQİİ-nin ünvan 1 ünvanda yaşayan İddiaçı Hüseybaba qızının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək üçün açaraq götürmüşlər. Bununla bağlı 21.11.2016-cı il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G6 markalı, ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 08.02.2017-ci il tarixli, MSK- 29/1602-03460-3 nömrəli akta əsasən sayğacın plastmas qapağının üzərində olan zavod qurğuşun plomb kəsici alətlə kəsilmiş və sayğac istismara yararsız hesab edilmişdir. Həmin Akta əsasən İddiaçı Hüseybala qızının mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 16.02.2017-ci il tarixli, ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİnin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 20 fevral 2017-ci il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Hüseybaba qızının Şamaxı XS-nin abonent bazasındakı **********10000 nömrəli abonent koduna 1692 m3 – 338,40 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçı Hüseybala qızının abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bundan başqa cavabdeh İddiaçı Hüseybala qızının “Azəriqaz” X1 X4 İdarəsinin Şamaxı Xidmət Sahəsinə ona hesablanmış itirilmiş təbii qazın dəyəri olan 338,40 manat məbləğdən başqa, mənzilində faktiki olaraq istifadə etdiyi, lakin dəyərini ödəmədiyi 272,06 manat ümumilikdə isə 610,46 manat qaz pulu borcu vardır. Cavabdehə hər ay mütamadi olaraq Şamaxı XS-nin əməkdaşları tərəfindən mənzilində istifadə etdiyi təbii qazın dəyəri barədə bildiriş təqdim edilməsinə baxmayaraq, cavabdeh borclu olduğu məbləği tam ödəməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı Hüseybala qızı ilkin iddia tələbin uyğun izahat verərək bildirdi ki, sayğac küçədə yerləşir və sayğaca heç bir müdaxilə olunmayıb. Buna görə də ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə “Azəriqaz” İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 21.11.2016-cı il tarixli № ******* saylı aktın surətindən görünür ki, İddiaçı Hüseybala qızının evində olan “Elster” tipli, G-6 markalı ******* nömrəli qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan “Azəriqaz” İB-nin təbii X2nın pozulması haqqında 16 fevral 2017-ci il tarixli ******* saylı aktdan görünür ki, ünvan 2-də yerləşən fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış Elestr G6 nömrəsi ******* saylı qaz sayğacına baxış keçirilmişdir. Bu zaman həmin mənzildə qaz piltəsi PQ-4 və RP aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarında olan 20 fevral 2017-ci il tarixli Ağsu X3 İdarəsinin qərarından görünür ki, Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində yerləşən fərdi yaşayış evində itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən 1 ədəd PQ-4 tipli qaz pilətəsi maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 15 gün, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 75 gün, 1 ədəd radiator tipli qaz sobası maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 75 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış 1692 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 16 fevral 2017-ci il tarixli ******* saylı akt göstərilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçınun abonent olduğu ünvan 2 A-da yerləşən fərdi yaşayış evində quraşdırılmış Zenner G-4T nömrəsi **********6 saylı, sayğac üzrə qalıq və aktlar qrafası üzrə 2016-cı ilin fevral ayı üçün 338,40 manat debitor borcu yaranmışdır. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin № MSK-29/1602-03460-3 saylı qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, “Elster” tipli, G-6 markalı ******* nömrəli qaz sayğacının yoxlanılması zamanı sayğacın plastmas qapağının üzərində olan zavod qurğuşun plomb kəsici alətlə kəsildiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “X2”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2 və 6.1.7-ci yarımbənləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli, 356 saylı “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında" fərmanının 9-cu bəndinə əsasən "Azəriqaz" Səhmdar Cəmiyyəti (bundan sonra “Azəriqaz” İstehsalat Birliyi) təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirməli, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə almalı, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verilməməlidir Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Krea torun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkə və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş üzrə ilkin iddia üzrə iddiaçının yaşadığı evin qaz ilə təchizatın hesablaşmasını təmin edən sayğacın evdən kənarda quraşdırılması cavabdeh təşkilat tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Belə ki, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh “Azəriqaz” İB iddiaçının ünvanında quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddia üzrə iddiaçının yaşadığı fərdi yaşayış evi “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazla təchiz edilmiş, ilkin iddia üzrə iddiaçı təbii qazdan istifadə etsə də, təbii qazdan istifadəyə görə ödənişləri yerinə yetirməmişdir. Abonent saldosundan görünür ki, ilkin iddia üzrə iddiaçı təbii qazdan istifadə etmiş və yaranmış borcunu ödəməmişdir. Odur ki, qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddia qismən təmin edilməli, 16 fevral 2017-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 338,4 manat İddiaçı abunə hesabından silinməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 272,06 manat borc məbləği tutularaq ’’Azəriqaz” İstehsalat Birliyinə ödənilməli, ilkin və qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun 20 manatı tutularaq “Azəriqaz” İstehsalat Birliyinə ödənilməli, dövlət rüsumunun 10,40 manat hissəsi isə “Azəriqaz” İstehsalat Birliyinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. “Azəriqaz” X1 X3 İdarəsinin tərtib etdiyi təbii X2nın pozulması haqqında 16 fevral 2017-ci il tarixli ******* saylı akta əsasən hesablanmış borcun 338,4 manat borc məbləği İddiaçı abunə hesabından silinsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. ünvan 2 ünvanda yaşayan İddiaçı mənzilində istifadə edilmiş təbii qazdan istifadəyə görə yaranmış 272,06 manat borc məbləği və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul, ümumilikdə isə 292,06 manat pul tutularaq ’’Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumunun 10.40 manat hissəsi “Azəriqaz” İstehsalat Birliyinin özünə aid edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-152/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-152/2022
15.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver