Məhkəmə qərarları › İş №2(074)-156/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-156/2025

23.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-156/2025 23.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borc məbləğinin silinməsinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli akta əsasən, hesablanmış 2073,60 manat borc məbləğinin və artıq ödənilmiş 64 manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 evdə yaşayır, təbii qazdan istifadə edir. Abonent kodu **********00010. Qaz idarəsinin əməkdaşları onun ünavanına gəlib baxış keçirmək istədiklərini demiş, baxış keçirib guya müəyyən etmişlər ki, sayğaca qanunsuz xətt qoşulmuşdur. Bu mümkün deyil, onlar göstərmişlər ki, qeyri-qanuni xətt ləğv olunsun, hansıki, belə xətt olsaydı özləri onu mütləq ləğv edərdilər. Qaz sayğacının nominal saatlıq qaz sərfinin 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə, itirlmiş qazın bərpası üçün 17280 m3 hesablanmaqla, 2073,60 manat cərimə yazılmışdır. Həmin cəriməni əsassız hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh nümayəndəsi X3 iddia tələbinə etiraz edərək göstərmişdir ki, iş üzrə iddiaçı tərəfin ailə üzvü, iddiaçıdan öncəki abonent yaşadığı fərdi yaşayış evinin yaxınlığından keçən küçə qaz xəttinə qanunsuz şəkildə rezin boru vasitəsilə qoşulmaqla, küçə qaz xəttinin altında quraşdırılmış dayaq borunun içindən evə özbaşına qaz xətti çəkmişdir. Faktı təsdiq edən videoçəkiliş görüntüləri Cavabdeh İB-nin X1 Sistemində mövcuddur. Qeyd olunanlar səbəbindən, iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Bununla belə, eyni zamanda iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma faktını təsdiq edən videoçəkiliş görüntülərinin Cavabdeh İB-nin X6 İstismar İdarəsindən də ayrıca olaraq tələb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 1 fərdi yaşayış evinə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, Cavabdeh rəyinə əsasən, abonent təbii qazdan qeyri-qanuni olaraq sayğacdan kənar istifadə etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən 30 dekabr 2023-cü il tarixdə təsdiq edilmiş hesabatdan görünür ki, abonentə məxsus ünvan 1 fərdi yaşayış evinə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin, cəmi 17280 kub metr olmaqla, ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan abonent İddiaçı 2023-cü ilin dekabr ayında 2073,60 manat məbləğində qalıq və aktlar üzrə borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 may 2025-ci il tarixli, 3/327 saylı rəydə göstərilir ki, tədqiqata təqdim edilmiş Şamaxı şəhəri, Ə.Qarayev küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar olunmamışdır. Göründüyü kimi, abonentin qazdan istifadə qaydalarına zidd olaraq, sayğacdan kənar, qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə cavabdehin dəlilləri ekspert rəyi ilə təkzib olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxdıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə, qaz paylayıcısı istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda, qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam ödənilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçının sayğacdan kənar, qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsində təqsiri sübuta yetirilmədiyindən, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən tərtib edilmiş 07 yanvar 2024-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 2073,60 manat borc İddiaçı abonent kodundan silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da, cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatdan yuxarı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 40,74 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 manat pul cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin “artıq ödənilmiş 64 manat pulun geri qaytarılması” hissəsi ilə bağlı hesab edir ki, bununla bağlı iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilmədiyindən, həmin hissədə iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli akta əsasən, hesablanmış 2073,60 manat borc məbləği İddiaçı abunə hesabından silinsin. İddia qalan hissədə təmin olunmasın. Cavabdehndən 40,74 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Cavabdehndən aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 65 manat məbləğində ekspertiza xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar