Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-159/2023 20.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi və eyni zamanda digər ərizəçilərin nümayəndəsi Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 (maraqlı şəxs DƏDRX-nin 14 saylı Ərazi İdarəsi) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 ərizə ilə məhkəməyə müraciət edərək, torpaq üzərində mülkiyyət hüququna dair JN-164 saylı 41002016 kodlu Dövlət aktının X4, Mursalova Maryama, X7, Ərizəçi4, Ərizəçi5, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, torpaq üzərində mülkiyyət hüququna dair JN-164 saylı 41002016 kodlu Dövlət Aktına əsasən onlara məxsus olan torpaq sahəsini yenidən dövlət qeydiyyatına aldırmaq istəyirlər. Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak məsələləri Xidməti DƏDKR publik hüquqi şəxsi 14 saylı Şamaxı ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında mülkiyyətçinin və ailə üzvlərinin adları düzgün qeyd olunmamışdır. Belə ki, Dövlət X1 adı “X28” kimi, Mursalova Maryam “Mürsəlova Məryəm” kimi, X12 “X17” kimi, Ərizəçi4 “X24” kimi, Şamilova (Mürsəlova) Nilufər İsamətdin qızı “X8” kimi, Ərizəçi2 “X9” kimi və Vezirova (Mürsalova) Nəzakət İsəmitdin qızı “X10” kimi qeyd olunmuşdur. Hazırda həmin sənədi verən orqan ləğv olunduğundan bu səhvin düzəldilməsi də mümkün deyil. Torpaq islahatı keçirilərkən ailələrinə də Şamaxı rayonu Mədrəsə qəsəbəsi ərazisindən 6.50 ha torpaq sahəsi verilmiş, qanuna müvafiq olaraq həmin torpaq sahəsi Torpaq üzərində mülkiyyət hüququna dair JN-164 saylı 41002016 kodlu Dövlət Aktı ilə adlarına qeydyyata alınmışdır. Hazırda da həmin torpaq sahəsi faktiki istifadələrindir. Mülkiyyətçilərdən X29 və Mürsalova Maryam vəfat etmişlər. Dövlət aktında adlarında müəyyən səhvlər var lakin belə hesab edirlər ki, bunlar hamısı texniki səhvlərdir. Bu səhvlərin olmasına baxmayaraq həmin Dövlət Aktı onlara, X4, Mürsalova Maryama, X7, Ərizəçi4, Ərizəçi5, Ərizəçi2 və Ərizəçi1 məxsusdur. Buna təsdiq edəcək sənədlər və şahidləri var. Daha sonra ərizəçi və eyni zamanda digər ərizəçilərin nümayəndəsi Ərizəçi1 ərizəyə dəqiqləşmə verərək, iddia ərizəsində adlarda səhvə yolverdiyini buna görə də torpaq üzərində mülkiyyət hüququna dair JN-164 saylı 41002016 kodlu Dövlət aktının X4, Mursalova Maryama, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi eyni zamanda digər ərizəçilərin nümayəndəsi Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş maraqlı şəxs DƏDRX-nin 14 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi və eyni zamanda digər ərizəçilərin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-164 KOD 41002016 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X30, Mursəlova Məryəm, X18, X25, X8, X9, X3 Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarı ilə 6,50 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 27 oktyabr 2022-ci il **********78 saylı X7 ünvanlanmış məktubundan görünür ki, ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş JN-164 KOD 41002016 nömrəli dövlət aktında onun və ailə üzvlərinin soyadları, adları, ata adları düzgün göstərilməmişdir. Sənədi verən orqan-X27 Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvlərin düzəldilməsi qeyri mümkündür. İş materiallarında olan XİV-ЖГ saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1989-cu il tarixdə Şamaxı rayon, Mədrəsə qəsəbəsində doğulmuşdur. X2, anası Ərizəçi4dır. İş materiallında olan AZ-İ № 284162 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 16 may 2008-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ № 292979 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki Mursalova Maryama xx.xx.2017-ci ildə ölmüşdür. İş materiallarında olan ЧA № 426120 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X12 ilə Ərizəçi4 qız qızı arasındakı nikah xx.xx.1983-cü il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1983-cü il tarixdə 620 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Mursalov”, arvada “Mavludova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ№ 480806 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X26 ilə X5 arasındakı nikah xx.xx.1988-ci il tarixdə Şamaxı rayon İHB-nin Mədrəsə qəsəbəsi üzrə İcra Nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1988-ci il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Vezirov”, arvada “Vezirova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ № 083015 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X31 ilə Mürsəlova Nilufər samətdin qızı arasındakı nikah xx.xx.2004-cü il tarixdə Sabirabad rayon Axısta kənd İcra Nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 06 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Şamilov”, arvada “Şamilova” soyadı verilmişdir. İş materiallarında olan 384547 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 30 fevral 1987-ci il tarixində doğulmuşdur. X2, anası Ərizəçi4dır. İş materiallarında olan 468501 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1984-cü il tarixdədoğulmuşdur. X2, anası Ərizəçi4dır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin və onların ailə üzvlərinin adıları, onlara məxsus bütün sənədlərdə X29, Mursalova Maryam, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi2 və Ərizəçi1 kimi göstərilsə də, JN-164 saylı 41002016 kodlu Dövlət Aktında adlarında və soyadlarında səhvlər vardır. Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən “X28, Mürsəlova Məryəm, X17, X24, X8, X9 və X10” ilə digər sənədlərdə göstərilən “X29, Mursalova Maryam, Ərizəçi3, Ərizəçi4, Şamilova (Mürsəlova) Nilufər İsamətdin qızı, Ərizəçi2 və Vezirova (Mürsalova) Nəzakət İsəmitdin qızı”nın eyni şəxslər olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı ərizəçilər tərəfindən, onlara aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər. Sənədi verən orqan-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvin düzəldilməsi qeyri-mümkün olmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə əsaslı olduğundan təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair, JN-164 saylı 41002016 kodlu Dövlət aktının X29, Mursalova Maryam, Ərizəçi3, Ərizəçi4, Şamilova (Mürsəlova) Nilufər İsamətdin qızı, Ərizəçi2 və Vezirova (Mürsəlova) Nəzakət İsəmitdin qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305- 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair, JN-164 saylı 41002016 kodlu Dövlət aktının X29, Mursalova Maryam, Ərizəçi3, Ərizəçi4, Şamilova (Mürsəlova) Nilufər İsamətdin qızı, Ərizəçi2 və Vezirova (Mürsəlova) Nəzakət İsəmitdin qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov AZƏRBAYCAN RESPUBLİKASİ ŞAMAXİ RAYON MƏHKƏMƏSİ ________________________________________________________________________ AZ 5600 Şamaxı şəhəri, Gənclər 22 Tel:(02026) 5-27-74, Faks:(02026) 5-00-05 www.shamakhycourt.gov.az Elektron ünvan .az İş № 2(074)-159/2023 20 fevral 2023-cü il Ərizəçilər: Ərizəçi1 Ərizəçi2 Ərizəçi3 X19 Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, S.Vurğun küçəsi ev 7 Ərizəçi5 Sabirabad rayon, Axısxa kəndi Maraqlı şəxs: DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə Şamaxı şəhəri, Gənclər küçəsi 22 A Şamaxı rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(074)-159/2023 saylı qətnaməsinin surəti Sizə göndərilir. Qoşma: qətnamənin surəti. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-159/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-159/2023
20.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver