Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-159/2025 03.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktlar əsasında yazılmış cərimənin silinməsi” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azərqaz" İstelsalat Birliyinin 15 fevral 2019-cu il tarixli akt üzrə 388 manat 80 qəpik, 28 yanvar 2020ci il tarixli akt üzrə isə 432 manat, 02 oktyabr 2023-cü il tarixli akt üzrə isə hesablanmış 2073 manat 60 qəpik borc və köhnə illərdən mənbəyi məlum olmayan 1151 manat 51 qəpik borc məbləğindən 86 manat 40 qəpik saxlanılmaqla qalan borc məbləğinin silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağdam rayonu məcburi köçkünüdür. Ailə üzvləri ilə birlikdə müvəqqəti olaraq Şamaxı rayonunda yaşayır. O, özü 2-ci qrup ankoloji xəstədir. Dövlət özü ona xəstəliyinə görə tibbi yardım göstərir. X1 onunla birlikdə yaşayır. 2-ci qrup əlildir, dizindən bir qarış yuxarı şəkər olduğundan sağ qıçı kəsilib, hazırda yataq xəstəsidir. Himayəsində 10 və 11 yaşlı azyaşlı uşaqları var. 2023-cü ilin sentyabr ayında havalar soyumağa başlayan vaxtı smartkarta pul ödəyərkən pulun yarısından çoxu mənbəyi ona məlum olmayan borca tutulurdu. Görüb ki, qazdan bu qaydada istifadə etməyə maddi imkanı çatmır. Ona görə də sayğacdan kənar xətt qoşub istifadə edib. Heç 15 gün keçməmiş 02 oktyabr 2023-cü il tarixdə qaz işçiləri gəlib kənar xətti görüb ******* saylı təbii qazdan istifadə qaydalarının pozyulması haqqında akt yazmış və həmin xətti də kəsmişlər. Həmin vaxtı o, evdə olmayıb və akta da imza etməmişdir. Həmin vaxtdan indiyə kimi ödədiyi pulların yarıdan çoxu borc əvəzinə tutulurdu. O, bu vəziyyətdən çıxmaq üçün qaz istismar idarəsinə müraciət edib. Ona bldiriblər ki, sonuncu dəfə yazılan akt üzrə 2073 manat 60 qəpik, ondan əvvəlki aktlar üzrə 15 fevral 2019-cu il tarrixli akt üzrə 388 manat 80 qəpik, 28 yanvar 2020-ci il tarixli akt üzrə isə 432 mana borcun var, eləcə də əvvəlki illər üzrə də 1151 manat 51 qəpik borcu var, ümumilikdə isə 3953 manat 90 qəpik borcu var. 1151 manat borc onlara hələ kommunal xərclərdən azad olduğu vaxtlardan hesablanmış qanunsuz borcdur. Digər 2019 və 2020-ci illərdə yazılan aktlardan da heç bir məlumatı yoxdur. Axırıncı dəfə 2023-cü ildə yazılan aktdan məlumatı var. Ancaq buna da borc çox hesablanıb. 15 gün əvəzinə 12 aylıq sərfiyyat hesablanıb. 15 gün qanunsuz istifadə etdiyi qaza görə ondan 86 manat 40 qəpik ziyan tələb olunmalıdır. Digər aktlar barədə isə onların heç bir məlumatı yoxdur, niyə onu atası sağ olan vaxtı ona bildirməyiblər və pulu ondan tələb etməyiblər, bilmir. 1151 manat borc isə tamamilə qanunsuz borcdur. Onlar kommunal xərclərdən azad olunduğu vaxtlarda hesablanmış qanunsuz borcdur. Hesab edir ki, 86 manat 40 qəpik saxlanılmaqla, ona hesablanmış qalan borc məbləği silinməlidir. Cavabdeh nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi 2 saylı İnternat məktəbinin yataxanasında yaşayan İddiaçı "Azərqaz” İstehsalat Birliyinə qarşı Şamaxı Rayon Məhkəməsində iddia qaldıraraq "Azəriqaz” İB-nin xx.xx.2019-cu il tarixdi akt əsasında hesablanmış 388.80 manat, xx.xx.2020-ci il tarixli akt əsasında hesablanmış 432 manat, xx.xx.2023-cü il tarixi akt əsasında hesablanmış 2073.60 manat və köhnə illərdən mənbəyi məlum olunmayan 1151.51 manat məbləğdən 86.40 manat saxlanmaqla qalan borc məbləğinin silinməsini xahiş etmişdir. İddia əsassızdır və təmin edilməməlidir. "Azəriqaz” X3 X7 İdarəsinin Şamaxı XS-də abonent kimi qeydiyyatda olan İddiaçı mənzilinə 2010-cu ilin oktyabr ayında sayğac quraşdırımış, abonentin qaçqın statusu olduğundan abonentə 2016-cı il tarixə kimi qaçqın limiti ayrılmışdır. Lakin cavabdeh 2010-cu ildən 2016-cı ilin oktyabr ayına kimi dövlət tərəfindən nəzərdə tutulmuş limitdən artıq təbii qaz istifadə etmişdir. Belə ki, İddiaçı 2010-cu il üçün 36 manat, 2011-ci il üçün 168 manat, 2012-ci ili üçün 168 manat, 2013-cü il üçün 168 manat, 2014-cü ili üçün 168 manat 2015-ci ili üçün 168 manat və 2016-cı il üçün 187.50 manat ayrılmışdır. Lakin abonent İddiaçı ayrılmış limitdən artıq istifadə edərək 2016-cı ilin oktyabr ayına kimi 1151.51 manat manat borcu yaranmış və yaranmış borc abonent bazasında öz əksini tapır. Ağsu RQİl-nin Şamaxı XS tərəfindən cavabdehə hər ay təbii qazdan istifadə ilə bağlı borcunun olması ilə bağlı bildiriş təqdim edilmişdir. Cavabdehə sayğac quraşdırıldığı tarixdən etibarən istifadə etdiyi təbii qaza görə bir dəfə olsun belə könüllü ödəniş aparmamışdır. İddiaçı mənzilinə 2016-cı ilin noyabr ayında SMART-kart tipli qaz sayğacı quraşdırılmışdır. 2017-cı il tarixdən hazırkı vaxta kimi abonent tərəfindən hər dəfə kartla ödəniş edildiyi zaman həmin məbləğin 30%-i həcmində ümumilkdə 128.61 manat tutularaq abonent bazasında olan borcdan silinmişdir. Cavabdeh 2016-cı il tarixdən aparmış olduğu ödənişlərdən tutulmaların aparılmasından məlumatlı olmuş və borcun həmin formada tutulmasına razı olmuşdur. Belə ki, cavabdehlər tərəfindən 2016-cı ilin sentyabr ayından başlayaraq keçən 8 (səkkiz) il ərzində borcundan aparılan tutulmalarla bağlı hər hansı bir narazılıq olmamışdır. Bundan əlavə Şamaxı XSnin əməkdaşları xx.xx.2019-cu il tarixd, xx.xx.2020-cil tarixdə, və xx.xx.2023-cü il tarixdə "Azəriqaz” İB-nin Ağsu RQİİ-nin Şamaxı XS-nin əməkdaşları tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən "Təbii qazdan istifadə qaydaların pozulması haqqında" aktlar tərtib edilmişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 3888 m3-388.80 manat, 432 m3-432 manat və 17280 m3-2073.60 manat məbləğində dəymiş ziyan hesablanmışdır Eyni zamanda cavabdeh ilə "Azəriqaz” İB arasında qazdan istifadə ilə bağlı 2018-ci il tarixdə müvafiq qaydada müqavilə bağlanmışdır. Cavabdehə Birliyin işçiləri tərəfindən 3939.80 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Əlavə olaraq, İddiaçı iddia ərizəsindən sayğacdan kənar əlavə xətt vasitəsi ilə təbbi qazdan istifadə etdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Prezidentinin "Əhalinin və İqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında "356 saylı 29 iyun 2000-ci il tarixi Fermanında deyilir ki, işlədilən hər kub metr qazın dəyəri ödənməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qazdan istifadə qaydaları haqqında Qərarın 6.5 bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə, qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 216, 217, 218, 220-ci maddələrinə istinad edərək, Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi 2 saylı İnternat məktəbinin yataxanasında yaşayan İddiaçı qarşı "Azəriqaz” İB-nin xx.xx.2019-cu il tarixli ******* saylı, akt esaında hesablanmış 388.80 manat, xx.xx.2020-ci il tarixdi ******* saylı akt əsasında hesablanmış 432 manat və xx.xx.2023-cü il tarixli ******* saylı akt esasında hesablanmış 2073.60 manat və köhnə illərdən mənbəyi məlum olunmayan 1151.51 manat borc məbləğinin silinməsi tələbinə dair İddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, atası ola bilsin ki, sayğacdan kənar xəttdən istifadə edib. Bu barədə onda məlumat yoxdur. Lakin o, sayğacdan kənar xəttdən istifadə edilməsi ilə bağlı ona yazılmış yüksək məbləğdən narazıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 02 oktyabr 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent kodu **********00080 olan İddiaçı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. İş materiallarında olan 02 oktyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal saatlıq qaz sərfinin 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 17280 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 yanvar 2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent kodu **********00080 olan İddiaçı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. İş materiallarında olan 31 yanvar 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərinin PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, 1 ədəd radiator soba maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 4320 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 15 fevral 2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent kodu **********00080 olan İddiaçı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. İş materiallarında olan 27 fevral 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərinin PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, radiator sobası maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 3888 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1,2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «Qazdan istifadə Qaydaları»nın 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 3.1.11-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Qeyd olunan Qaydaların tələblərindən görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməli, həmçinin istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının məhz 90, 180 və 360 gün sayğacdan kənar təbii qazdan istifadə etməsi hallarına dair hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya sayğacdan kənar qaz xətti istifadəsi ilə əlaqədar hesablanmış cərimə məbləğləri 1 (bir) ay müddətinə hesablanmalıdır. Bu isə 02 oktyabr 2023-cü il tarixli, ******* saylı akta əsasən (4x12x30=1440 m3 x 0,12 = 172,8 manat), yəni 172,8 manat, 28 yanvar 2020-ci il tarixli, ******* saylı akta əsasən (1,2x24x30=864 m3 x 0,12 = 103,68 manat və 0,8x24x30=576 m3 x 0,12= 69,12 manat), yəni 103,68 + 69,12 = 172,8 manat, 15 fevral 2019-cu il tarixli, ******* saylı akta əsasən isə (1,2x6x30=216 m3 x 0,12 = 25,92 manat və 0,8x18x30=432 m3 x 0,12= 51,84 manat), yəni 25,92 + 51,84 = 77,76 manat olmaqla ümumilikdə 423,36 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının abunə hesabından aktlar üzrə hesablanmış ümumilikdə 2471,04 (2894,4 manat – 423,36 manat) manat silinməlidir. Məhkəmə iddia tələbinin köhnə illərdən mənbəyi məlum olmayan 1151 manat 51 qəpik borc məbləğinin silinməsinə dair hissədə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli, 356 saylı “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında" fərmanının 9-cu bəndinə əsasən "Azərenerji" və "Azəriqaz" səhmdar cəmiyyətləri elektrik enerjisi və təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alsınlar, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verməsinlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Krea torun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkə və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının yaşadığı ev Cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş, daha sonra iddiaçının yaşadığı evə Smart-kart tipli sayğac quraşdırılımışdır. İddiaçı təbii qazdan istifadə etsə də, təbii qazdan istifadəyə görə ödənişləri yerinə yetirməmişdir. Abonent saldosundan görünür ki, iddiaçı ayrılımış qaçqın limitindən istifadə etmiş və yaranmış borcunu ödəməmişdir. Onun bu əsasla təbii qazdan istifadəyə görə 1151,51 manat məbləğdə ödənilməmiş borcu qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının abunə hesabından aktlar üzrə hesablanmış 2471,04 manat silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 195-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Ağsu X6 İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 02 oktyabr 2023-cü il tarixli, ******* saylı, 28 yanvar 2020-ci il tarixli, ******* saylı və 15 fevral 2019-cu il tarixli, ******* saylı aktlara əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 2471,04 manat İddiaçı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-159/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-159/2025
03.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver