Məhkəmə qərarları › İş №2(074)-1652/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1652/2025

08.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1652/2025 08.12.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Natiq İsmayılov Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qanunsuz yazılmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X6 X10 İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən əsassız yazılmış 1069.13 manat məbləğində debitor borcun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşının anası X1 rayonundan olub. Şamaxı rayonunda məskunlaşan məcburi köçkün ailəsi olub. Şamaxı rayonu, Meysəri kəndində məskunlaşıb. Yaşadığı mənzilin abonent kodu **********00820-dir. Mənzillərində 2010-cu ildən təbii qazdan istifadə olunur. Dövlətin verdiyi imtiyazlardan yararlanaraq istilik kim təbii qazdan istifadə edirlər. İstifadə olunan təbii qazın dəyəri vaxtlı vaxtında Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən ödənilib. 2013-cü ildə həyat yoldaşının anası X8 vəfat edib. xx.xx.2016-cı ildə köhnə ******* nömrəli sayğaclarını açıblar, yenisi ilə əvəz edərək 1602AZ**********12 nömrəli smart sayğac quraşdırıblar. Smart sayğacın kartını verməyiblər ki, qaz sayğacı ölü adınadır. Qaz idarəsi də ölü adama təbii qaz satmaq mümkün olmadığını deyiblər, ad dəyişmə olunmalıdır. O vaxt onun sənədlərini aldılar özləri qaz sayğacını və abonent kodun onun adına dəyişdilər və smart sayğacın kartın verdilər. Bu vaxtacan heç vaxt onlara nə borc haqqında nə də aylıq sərfıyyat haqda bildiriş təqdim olunmayıb. Smart sayğac quraşdırılan zaman yüklədiyi pul qədər kub sayğacın balansında görünüb. 2016-cı ilin dekabr ayında yüklədiyi puldan borca çıxılıb. Həmin gün qaz idarəsinə gəlib, məsələni aydınlaşdırmaq üçün deyiblər ki 1069.13 manat debitor borcu var. Həmin gündən bu günə kimi smart karta yüklədiyi puldan debitor borca çıxılır. O heç vaxt sayğacdan kənar qaz işlətməyib, kənar (levi) xətti olmayıb. O, məcburi köçkün ailəsi olaraq dövlətinin verdiyi pulla ailəni dolandırb. Özü şəhid ailəsidir. Niyə hansı idarənin səhlənkarlığı üzündən nahaq yerə 1069.13 manat borcu ödəməlidir. Mövcud qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə görə həmin sayğacda olan hər hansı qüsura görə o, abunəçi olaraq məsuliyyət daşımır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh tərəfindən ona hesablanmış borc əsassızdır. Ona görə də iddia təmin edilməli, qanunsuz hesablanmış borc silinməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Şamaxı rayonu Meysəri kəndində yaşayan İddiaçı Cavabdehnə qarşı Şamaxı Rayon Məhkəməsində iddia qaldıraraq əsassız hesablanmış 1069.13 manat borc məbləğinin, silinməsini xahiş etmişdir. İddia əsassızdır və təmin edilməməlidir. Cavabdeh Ağsu X10 İdarəsinin Şamaxı XS-də abonent kimi qeydiyyatda olan İddiaçı mənzilinə 2010-cu ilin oktyabr ayında sayğac quraşdırımış, abonentin qaçqın statusu olduğundan abonentə 2016-cı il tarixə kimi qaçqın limiti ayrılmışdır. Lakin cavabdeh 2010-cu ildən 2016-cı ilin oktyabr ayına kimi dövlət tərəfindən nəzərdə tutulmuş limitdən artıq təbii qaz istifadə etmişdir. Belə ki, İddiaçı 2010-cu il tarixdə 9 manat, 2011-ci il üçün 42 manat, 2012-ci ili üçün 42 manat, 2013-cü il üçün 42 manat, 2014-cü ili üçün 42 manat 2015-ci ili üçün 42 manat və 2016-cı il üçün 27 manat. ayrılmışdır. Lakin abonent X2 ayrılmış limitdən artıq istifadə edərək 2016-cı ilin noyabr ayına kimi 1069.13 manat manat borcu yaranmış və yaranmış borc abonent bazasında öz əksini tapır. Ağsu RQİİ-nin Şamaxı XS tərəfindən cavabdehə hər ay təbii qazdan istifadə ilə bağlı borcunun olması ilə bağlı bildiriş təqdim edilmişdir. Cavabdehə sayğac quraşdırıldığı tarixdən etibarən istifadə etdiyi təbii qaza görə bir dəfə olsun belə könüllü ödəniş aparmamışdır. İddiaçı mənzilinə 2016-cı iin noyabr ayında SMART-kart tipli qaz sayğacı quraşdırılmışdır. 2016-cı il noyabr ayından hazırkı vaxta kimi abonent tərəfindən hər dəfə kartla ödəniş edildiyi zaman həmin məbləğin 20%-i həcmində ümumilkdə 155 manat tutularaq abonent bazasında olan borcdan silinmiş, hal-hazırda 914.13 manat borcu qalmışdır. Cavabdeh 2016-cı il tarixdən aparmış olduğu ödənişlərdən tutulmaların aparılmasınından məlumatlı olmuş və borcun həmin formada tutulmasına razı olmuşdur. Belə ki, cavabdehlər tərəfindən 2016-cı ilin mart ayından başlayaraq keçən 8 (səkkiz) il ərzində borcundan aparılan tutulmalarla bağlı hər hansı bir narazılıq olmamışdır. Eyni zamanda cavabdeh X3 ilə Cavabdeh İB arasında qazdan istifadə ilə bağlı 2025-ci il tarixdə müvafiq qaydada müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında “356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanında deyilir ki, işlədilən hər kub metr qazın dəyəri ödənməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qazdan istifadə qaydaları haqqında Qərarın 6.5 bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə,qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Odur ki, Şamaxı rayonu, Meysəri kəndində yaşayan İddiaçı qarşı əsssız hesablanmış 1069.13 manat borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, **********00820 nömrəli sayğac üzrə İddiaçı təbii qazın istifadə limiti 2010-cu ilin oktyabr, noyabr və dekabr ayları üçün 9 manat, 2011-ci il üçün 42 manat, 2012-ci il üçün 42 manat, 2013-cü il üçün 42 manat, 2014-cü ili üçün 42 manat, 2015-ci ili üçün 42 manat və 2016-cı il üçün 27 manat ayrılmışdır. İş materiallarında olan **********00820 nömrəli sayğac üzrə abonentin saldosundan görünür ki, abonent hesabına ümumilikdə 1069,13 manat manat borc hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli, 356 saylı “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında" fərmanının 9cu bəndinə əsasən "Azərenerji" və "Azəriqaz" səhmdar cəmiyyətləri elektrik enerjisi və təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alsınlar, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verməsinlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Krea torun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkə və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının yaşadığı ev Cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş, daha sonra iddiaçının yaşadığı evə Smart-kart tipli sayğac quraşdırılımışdır. İddiaçı təbii qazdan istifadə etsə də, təbii qazdan istifadəyə görə ödənişləri yerinə yetirməmişdir. Abonent saldosundan görünür ki, iddiaçı ayrılımış qaçqın limitindən artıq istifadə etmiş və yaranmış borcunu ödəməmişdir. Onun bu əsasla təbii qazdan istifadəyə görə 1069,13 manat manat məbləğdə ödənilməmiş borcu qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının istifadə etdiyi təbii qaza görə yaranmış borc məbləğinin silinməsi ilə bağlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdehnə qarşı “qanunsuz yazılmış borcun silinməsi” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar