Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-166/2023 27.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsasız borcun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşlarının 06 sentyabr 2022-ci il tarixli 029821 saylı akta əsasən dəymiş ziyana dair ona yazdıları 824,62 manat cəriməni ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 06 sentyabr 2022-ci il tarixli 029821 saylı aktın ona verilmiş surətindən görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən istifadəsində olan DDS tipli, OC111261523 nömrəli elektrik sayğacının Fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması bəhanəsi ilə ona ümumilikdə 824, 62 manat cərimə yazılmışdır. Həmin vaxt "xxxx" ASC-nin əməkdaşlarının törətdiyi qanunsuz əməllər ondan xəbərsiz edilmişdir. Onlar cərimə yazmaq üçün heç bir bəhanə tapmamış və sonradan isə yazıblar ki, guya o sayğacdan kənar xəttdən istifadə edirmiş. Halbuki o, sayğacdan kənar hər hansı xətti elektrik şəbəkəsinə qoşmamışdır. Daha sonra "xxxx" ASC-nin əməkdaşları bildirdilər ki, elektrik sayğacını bayıra çıxarmaq lazımdır. Etiraz etmədi. Onlar müvafiq ölçmələrə və hesablamalar aparıb özləri də görüblər ki, o heç bir qeyri-qanuni əməllər törətməmişdir. Sonradan xəbər göndəriblər ki, ona yazılmış 824,62 manat cərimə borcunu gecikdirmədən ödəməlidir, istifadə etdiyi elektrik enerjisi xəttini ümumi şəbəkədən ayıra bilərlər. Bununla əlaqədar onlar son günlərdə tez-tez onu narahat edirdilər. Odur ki, sonradan ona verilmiş aktda yazılanlar və ona yazılmış 824,62 manat cərimə tam əsassızdır. Bir daha bildirir ki, aktda və abunə haqda ödəniş cədvəlində yazılanlar həqiqətə uyğun deyildir. Həmin aktın adi surəti və ödəniş cədvəli ona bir neçə gün əvvəl verilmişdir, halbuki həmin sənədlərdə yazılana görə guya ona elə tərtib olunduğu 06 sentyabr 2022-ci il tarixində verilib. Odur ki, "xxxx" ASC-nin əməkdaşları surətini bu şikayət ərizəsinə daxil etdiyi aktı onun yanında yox, kənar yerdə tərtib ediblər. Ödəniş cədvəlini isə 3-4 gün əvvəl çox çətinliklə onlardan ala bilmişdir. Son illərdə Şamaxı rayonunda azərişığın əməkdaşları tərəfindən elektrik enerjisi istifadəçilərinə qarşı belə haqsız əməllər baş alıb getməkdədir. Abonentlərə əsassız cərimələr yazılması göz qabağındadır və bu kimi çoxsaylı qanunsuz əməllər Azərişığın əməkdaşları tərəfindən elektrik enerjisi istifadəçilərinə qarşı belə haqsız əməllər baş alıb getməkdədir və bu kimi çoxsaylı qanunsuz əməllər Azərişığın əməkdaşları tərəfindən qəsdən törədilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. İddiaçının Şamaxı şəhərində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablama sayğacına Elektrik enerjisindən istifadə qaydalarına uyğun baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu və birbaşa sayğacdan kənar qoşulmaqla elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar Elektrik enerjisindən istifadə qaydalarının 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli NDM029821 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədi ilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 180 gün üçün 0,08 manatla 416 kvt.s (dəyəri 33,30 manat), 0,09 manatla 600 kvt.s (dəyəri 54 manat) və 0,13 manatla 5637 kvt.s (dəyəri 732,80 manat) toplamda 820 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfü olmamış, iddiaçını faydalandırmaq niyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçının yaşadığı evə hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. İddiaçı akt tərtib edildikdən sonra hesablanmış məbləğlə razılaşaraq məbləğin 111 manatını ödəmişdir. İddiaçının xx.xx.2023-cü il tarixinə elektrik enerjisindən istifadəyə görə 764,01 manat borcu vardır. Odur ki, İddiaçı "xxxx" ASC-yə qarşı əsassız olaraq hesablanmış 824.62 manat borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Şamaxı şəhərində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğac üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan **********00045 saylı abunə haqqında məlumat sənədindən görünür ki, İddiaçı "xxxx" ASC-yə sayğac oxunması üzrə 1.159,89 manat, aktlar üzrə 836,92 manat borcu vardır. İddiaçı 1.232,80 manat ödəniş etmiş, 764,01 manat borcu mövcuddur. İş materiallarında olan məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında saylı protokoldan görünür ki, sayğac yoxlanılması üçün Qəbələ REİSİ-nin laboratoriyasına göndərilmişdir İş materiallarında olan xx.xx.2022-ci il tarixli NDM 029821 saylı aktın surətindən görünür ki, "xxxx" ASC-nin Şimal-Qərb RETSl-nin Şamaxı EŞ-nin əməkdaşları Ç.Babayev və E.Zeynalov tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış zamanı abonentin fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu aşkar edilmişdir. İş materiallarında olan 13 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğac sxemindən kənar xətt daxil olduğu aşkar edildiyi üçün xx.xx.2022-ci il tarixli NDM 029821 saylı akt əsasında 820 manat cərimə edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin məhkəməyə ünvanlanmış məktubundan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinin elektrik təsərrüfatına tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDM 029821 saylı akt üzrə videoçəkiliş aparılmış, lakin həmin videoçəkiliş əldə edilmədiyindən məhkəməyə təqdim edilməsi hələlik mümkün deyildir. Videoçəkiliş əldə ediləcəyi təqdirdə qısa müddətdə məhkəməyə təqdim ediləcəkdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə istehlakçıya elektrik enerjisinin verilməsi dayandırıla bilər. Göründüyü kimi iddiaçının fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğac sxemindən kənar xətt daxil olduğunu və buna görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq 820 manat məbləğində borc hesablamışdır. Lakin hazırda iddiaçı 824,62 manat məbləğin silinməsini tələb edir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya hesablanmış 820 manat məbləğində borc cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib olunmuş 06 sentyabr 2022-ci il tarixli NDM 029821 saylı Akta əsasən itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 820 manat ziyan məbləği İddiaçı abunə hesabından silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) vaxtdan bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-166/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-166/2023
27.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver