Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1706/2025 06.02.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh2 Ağsu X9 İdarəsinin X1rşı “qanunsuz yazılmış borc məbləğinin silinməsi və qaz verilməsinin bərpası” tələbi barədə iddiasına dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh2 Ağsu X9 İdarəsinin X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərqaz” X2 X8 İdarəsinin Şamaxı Xidmət Sahəsinin 17 aprel 2025-ci il tarixli, ******* saylı akt üzrə 1338 manat 40 qəpik əsassız hesablanmış borcun və sayğacın düzgün işləməməsi nəticəsində yaranmış 596 manat 60 qəpik sayğac borcunun silinməsi və həmin ünvana qaz verilməsinin bərpa olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1ində öz adına 5 otaqlı ev alıb. 2024-cü ilə kimi bəzi vaxtlarda gəlib gedib. 2024-cü ilin iyul ayından hal hazıra kimi həmin kənddə tək yaşayır. Hamı kimi qaz xidmətlərindən istifadə edir. Evində kombi qızdırıcı və qaz plitəsindən istifadə edir. 2024-cü ilin iyul ayında kənddə olan zaman X11 Sahəsinin işçiləri gəlib qaz sayğacının yanında durdular, sonra açıq qapıdan həyətə gəldilər, onu çağırdılar, ona bildiriblər ki, qaz sayğacı niyə az yazır. Bildirib ki, həm yay ayıdır, həm də o, çox vaxt burada olmur, qazdan istifadə etmir, ona görə də qaz sayğacı az yazıb. Onun danışığı onlara xoş gəlməyib, narazı halda çıxıb gediblər. Bir neçə gün sonra o, Şamaxı şəhərində olan zaman ona mesaj atıblar ki, qazın pulunu ödəmək lazımdır, qəbzi qapının arasına keçiriblər. O, evə gəlib, qəbzi götürəndə görüb ki, darvazanı cızıblar, ona görə şübhələnib ki, o, evdə olmayanda nəsə iş görüblər. Nə baş verməsini öyrənmək üçün evə keçib videokameraya baxıb. Sayğacın görünüşünün qabağında maşın saxladıqlarından sayğac görünməyib, amma qaz işçiləri görünüb ki, sayğacın yanında nəsə iş görürlər. Həmin vaxtdan başlayaraq, növbəti aylarda qaz sayğacında böyük qaz sərfiyyatı əmələ gəlməyə başlayıb. 50 manat bir ödəyib, sonra görüb ki, qazdan çox istifadə etmədiyi halda sayğac sərfiyyatı çox yazır. O, Qaz İstismar İdarəsinə ərizə yazıb ki, sayğacı düz işləmir, istifadə etmədiyi halda artıq sərfiyyat yazır. 2025-ci ilin yanvar ayında Qaz İstismar sahəsinin işçiləri gəlib onun qaz sayğacını müraciəti əsasında dəyişiblər. Köhnə sayğacı isə deyiblər ki, müayinə olunması üçün labaratoriyaya göndərəcəklər və onun öz iştirakı ilə yoxlanılacaq. Uzun müddət onu heç kim çağırmayıb. Bu yaxınlarda isə ona bildirilib ki, qaza 1935 manat borcu var. Guya həmin məbləğin 1338 manat 40 qəpiyi itirilmiş sərfiyyata görə hesablanmış borcdur, qalanı da sayğacın yazdığı göstəricinin puludur. O, bildirib ki, onların dəyişdiyi sayğac da, düz işləmir. Aprel, may, iyun, iyul ayları üçün bu qədər qaz işlənməsi mümkün deyil. Aprel ayında ödədiyi 1025 manat da, həddən artıq ödənilmiş məbləğdir. Hesab edir ki, 1338 manat 40 qəpik əsassız hesablanmış puldur. Ondan qalan hissə də, sayğacın düzgün işləməməsi nəticəsində yaranmış əsasız borcdur. 11 avqust 2025-ci il tarixdə X11 Sahəsinin işçiləri onun evinə qaz verilməsini tamamilə dayandıraraq, sayğacı plomblamışlar. Hal-hazıra kimi də, onun evinə qaz verilmir. Qarşıda qış ayları gəlir. İndidən soyuqlar başlayıb. İstiliksiz qazsız yaşamaq mümkün deyil. Qeyd etmək istəyir ki, AR Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X4”-nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. O, Cavabdeh2 barələrində yazdıqları ziyan aktını əsassız hesab edir. Belə hesab edir ki, əsassız yaranmış 1935 manat məbləğində borc silinməli və qaz verilişi bərpa olunmalıdır. Cavabdeh2 nümayəndəsi X5 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ünvan 1ində yaşayan İddiaçı Cavabdeh2nə qarşı Şamaxı Rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh2 İB-nin Ağsu RQİİ-nin Şamaxı XS-nin xx.xx.2025-ci il tarixli, ******* saylı akt üzrə əsassız hesablanmış 1338.40 manat borc məbləğinin və sayğacın düzgün işləməməsi nəticəsində yaranmış 596.40 manat borcun silinməsini xahiş etmişdir. Hesab edilir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.2025-ci il tarixində ”Azəriqaz” X3 RQİİ-nin Şamaxı XS-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı xx.xx.2025-ci il tarixdə akt tərtib edilmişdir. Mənzildən açılmış Smart-G-4 markalı **********6 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissədə fiziki təsir nəticəsində əzik-cızıq işləri aşkar olunmuş və təbii qaz itkisi yaranmışdır. Həmin akta əsasən, Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində xx.xx.02025-ci il tarixdə itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək, İddiaçı adına olan Şamaxı XS-nin abonent bazasındakı **********00285 nömrəli abonent koduna 5508 m3 – 1624.40 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçı abonent koduna hesablanaraq vurulmuş 1652.40 manat məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və 285.90 manat isə mənzildə istifadə edilmiş təbii qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli X4 haqqında Qərarın 6.5-ci bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə, qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 216, 217, 218, 220-ci maddələrinə istinad edərək, İddiaçı Cavabdeh2nə qarşı barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli ******* saylı akt üzrə əsassız hesablanmış 1338.40 manat borc məbləğinin və sayğacın düzgün işləməməsi nəticəsində yaranmış 596.40 manat borcun silinməsi tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək, iddianın təmin edilməməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, sayğac evin arxasındadır. Cavabdeh2 işçiləri müdaxilə etdikləri üçün qaz itkisi yaranmağa başlanılıb. Cavabdehlər Cavabdeh2 və Cavabdeh2 Ağsu X9 İdarəsinin X11 Sahəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan təbii X4nın pozulması haqqında 17 aprel 2025-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent kodu **********00285 olan abonent İddiaçı məxsus sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissədə fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunub və qaz itkisi yaranıb. İş materiallarında olan 30 aprel 2025-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən 1 ədəd PQ-3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, 1 ədəd kombi 40kw maksimal saatlıq qaz sərfi 4.3 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 5508 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı abonent olduğu ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğaca dair qalıq və aktlar üzrə 1652 manat 40 qəpik borcu yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X4nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən qaz sayğaclarının üzərində xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “X4”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2 və 6.1.7-ci yarımbənləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 1652 manat 40 qəpik məbləğində borc hesablamışdır. Lakin, hazırda iddiaçı 17 aprel 2025-ci il tarixli, ******* saylı akt üzrə 1338 manat 40 qəpik əsassız hesablanmış borcun və sayğacın düzgün işləməməsi nəticəsində yaranmış 596 manat 60 qəpik sayğac borcunun silinməsini tələb edir. Abonent saldosuna əsasən iddiaçının qalıq və aktlar üzrə 1652 manat 40 qəpik borcu vardır. Qalan (1938,30 manat - 1652,40 manat = 285,90 manat ) 285,90 manat borc məbləği qazdan istifadəyə görə sərfiyyat üzrə yaranmış borcdur. Ona görə də məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya qazdan istifadəyə görə hesablanmış 1652 manat 40 qəpik məbləğində borc iddiaçının abunə hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 1652 manat 40 qəpik olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 32 manat 52 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 195-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 Ağsu X8 İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş təbii X4nın pozulması haqqında 17 aprel 2025-ci il tarixli, ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 1652 manat 40 qəpik İddiaçı abunə hesabından silinsin və həmin ünvana qazın verilməsi bərpa edilsin. Cavabdeh2ndən 32 manat 52 qəpik məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №2(074)-1706/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1706/2025
06.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver