Məhkəmə qərarları › İş №2(074)-172/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-172/2024

09.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-172/2024 09.04.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan xx.xx.2005-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Məhəmməd adlı xəstə oğlu vardır, xx.xx.2005-ci il təvəllüdlüdür. Anadangəlmə xəstədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi sənədinə əsasən oğlu Məhəmməd orqanizminin 85% pozulması faizi ilə müddətsiz birinci dərəcəli əlildir. Diaqnozu Q02 Mikrosefaliya, mikrosefaliya ağırlaşma, R47.8 nitqin digər dəqiqləşdirilməmiş pozğunluğu, F02.8 başqa rubrikalarda təsnif edilən üzvü mənşəli ağır dərəcəli ağıl zəifliyi diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər X4 psixiatr komissiyasının rəyinə əsasən üzvü epilepsiya mənşəli ağıl zəifliyi rəyi verilmişdir. Oğlu özünü idarə edə bilmir. Yaza bilmir, danışa bilmir, lazım olanda sənədlərə imza edə bilmir. Onunla bağlı hər hansı bir iş olarkən onlar heç nə edə bilmirlər. Ondan qəyyumluq sənədi tələb olunur. Bu səbəbdən hazırda ona qəyyum təyin olunmalıdır. İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik orqanından bildirilmişdir ki, məhkəməyə müraciət edilməlidir, məhkəmə tərəfindən oğlunun fəaliyyət qabiliyyətli şəxs olub-olmaması müəyyən edilməlidir. Oğlu həqiqətən də uşaqlıqdan müddətsiz birinci dərəcəli əlildir. Əqli gerilik var. Qulaqları eşidir, ancaq heç nə anlamır və danışmır. Özünü idarə etmək iqtidarında deyil. Ərizəçi və maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının nümayəndəsi bu barədə məhkəməyə məlumat verməsə də, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Sumqayıt şəhər Psixiatriya Xəstəxanası” həkim-psixiatr komissiyasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X3 üzvi epilepsiya mənşəli ağıl zəifliyi İQ31 MMSE 8601. Qıcolma, tutmalı davranış pozuntuları, nitq qüsuru diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 178 saylı rəyindən görünür ki, X2 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. X5 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X2 müəyyən edilən ağır dərəcəli kəmağıllılıq, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə, ünvan 1 ünvanında yaşayan xx.xx.2005-ci il təvəllüdlü X1 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X5 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin Respublikasının MPM-nin 321.2 maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, onun oğlu ünvan 1 ünvanında yaşayan xx.xx.2005-ci il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. ünvan 1 ünvanında yaşayan 03 iyun 2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar