Məhkəmə qərarları › İş №2(074)-173/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-173/2025

03.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-173/2025 03.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında yazılan cərimələrin silinməsi” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azəriqaz” X2 X4 İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* aktlar əsasında hesablanmış 1269 manat məbləğində cərimənin silinməsinə və sayğac dəyəri kimi Azərbaycan Beynəlxalq Bankının Şamaxı filialında Azəriqaz İB-nin hesabına ödədiyi 160.96 manat pulun özünə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayonu, Günəşli kəndi, ev 58-də yaşayır. Abonent kodu **********00158-dir. Qaz idarəsində ünvan Saqiyan kəndi kimi qeyd olunub. Şamaxı rayonu Qaz idarəsinin işçiləri 2022-ci ilin dekabr ayında qaza borcu olduğu üçün sayğaclarını dəyişiblər və əvvəlcədən ödənişli smart sayğac qoyublar. 2023-ci ilin iyul ayında sayğacı dəyişiblər ki, sayğac xarabdır, işləmir. Sonradan 2023-cü ilin sentyabr ayında 2 aydan sonra həmin sayğacı açıblar ki, sınıqdır və daha mənzilinə sayğac quraşdırmadılar. O da 1 il qazsız qalıb. Yalnız 2024-ci ilin noyabr ayında sınan sayğacların dəyərini ödəyəndən sonra Azərbaycan Beynəlxalq Bankının Şamaxı filialında Azəriqaz İB-nin hesabına 160.96 manat (qəbz var) yeni sayğac quraşdırdılar. 10 gün sonra mənzilinin qaz təminatını dayandırdılar ki qaza borcu var. O da əvvəlki illərdən ödəmədiyi qaz pulunun olduğunu bilirdi. Şamaxı qaz idarəsinə yaxınlaşandan sonra məlum olub ki, Cavabdeh İB-nin təbii X3nın pozulması haqqında xx.xx.2023cü il tarixli, ******* saylı aktında G-4 markalı **********551 nömrəli sayğacın qoruyucu örtüyü kənar təsir nəticəsində sındığına görə təbii qaz itgisi yaranmış və həmin akta əsasən 518,40 manat məbləğində, və xx.xx.2023-cü il tarixli ******* saylı aktında G-4 markalı 1502AZ**********40 nömrəli sayğacın impuls örtüyü üzərində aşkar olunmadığına görə təbii qaz itgisi yaranmış və həmin akta əsasən 777,60 manat məbləğində ümumilikdə 1296 manat cərimə edilmişdir. Qeyd edir ki, evi kəndin qırağındadır. Heyvanların örüş yerinə yaxındır. Sayğac həyətində deyil, qutuya qoyulmayıb, o ona nəzarət edə bilmir. Hal-hazırda quraşdırılan sayğac da evdən uzaqda qutusuz halda quraşdırılıb. Mövcud qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə görə həmin sayğacda olan hər hası qüsura görə mən abunəçi olaraq məsuliyyət daşımır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan təbii X3nın pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi qaz sayğacının maksimal saatlıq qaz keçirmə sərfinə uyğun deyil. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamadən görünür ki, İddiaçı qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 m³/saat və orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 4320 m³ məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı evində olan G-4 markalı, **********551 nömrəli qaz sayğacı dövlət yoxlanılmasına göndərilmişdir. İş materiallarında olan Cavabdeh 14-2-2/3-5-7821/Q002 saylı, xx.xx.2023-cü il tarixli qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, G-4 markalı, **********551 nömrəli qaz sayğacına baxış keçirilmiş və baxış zamanı sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün kənar təsir nəticəsində sınması və təbii qaz itkisinin yaranması müəyyən edilmişdir. İş materiallarında olan təbii X3nın pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi qaz sayğacının maksimal saatlıq qaz keçirmə sərfinə uyğun deyil. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamadən görünür ki, İddiaçı qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 6 m³/saat və orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 6480 m³ məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı evində olan G-4 markalı, 1502AZ**********40 nömrəli qaz sayğacı dövlət yoxlanılmasına göndərilmişdir. İş materiallarında olan Cavabdeh 14-2-2/3-5-9078/Q001 saylı, xx.xx.2023-cü il tarixli qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki-4 markalı, 1502AZ**********40 nömrəli qaz sayğacına baxış keçirilmiş və baxış zamanı sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün kənar təsir nəticəsində sınması və hesablama mexanizmi rəqəmli dişli çarxlar implus ötürücü və LCD ekran aşkar olunmaması və təbii qaz itkisinin yaranması müəyyən edilmişdir. İş materiallarında olan mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı sayğaca dəymiş ziyan üçün Cavabdeh hesabına 160,96 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 iyul 2023-cü il tarixli qərardan görünür ki, İddiaçı ona məxsus bir ədəd qaz sayğacının sındırılmasına dair müraciəti əsasında toplanan material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X3nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən qaz sayğaclarının üzərində xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “X3”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2 və 6.1.7-ci yarımbənləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 1296 manat məbləğində borc hesablamışdır. Lakin hazırda iddiaçı 1269 manat məbləğin silinməsini tələb edir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçıya qazdan istifadəyə görə hesablanmış 1269 manat məbləğində borc cavabdeh tərəfindən silinməlidir. Eyni zamanda sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirilmədiyindən “X3”nın 4.9-cu bəndinə əsasən sayğacın dəyşdirilməsi qaz paylayıcısı tərəfindən həyata keçirilməli olduğundan, iddia qaz sayğacı üçün ödənilmiş 160,96 manat pulun cavabdehdən tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 34,29 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 195-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Ağsu X4 İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş təbii X3nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* aktlar əsasən qanunsuz hesablanmış 1269 manat İddiaçı abunə hesabından silinsin. İddiaçı qaz sayğacı üçün ödədiyi 160,96 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Cavabdehndən 34,29 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar