Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-174/2021 01.02.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, iddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı “borcun tutulmasına dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı “borcun tutulmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Hoffmann markalı televizor, Hoffmann markalı səsucaldıcı və Sonorous Surefix markalı asqı üçün 1722 manat ödənilməmiş hissə, 295 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Alyans- Paris çarpayı, Alyans-Paris dolab, Alyans-Paris termo, Alyans-Paris tumba, uretan döşək, marvin gənc çarpayı, marvin gənc tumba və uretan döşək üçün 3540 manat ödənilməmiş hissə, 531 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə yumşaq pufik üçün 59 manat ödənilməmiş hissə, 9 manat cərimə olmaqla, cəmi 6156 manat borc və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 6186 manat borcun Cavabdeh alınaraq ABC Telecom MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ABC Telecom MMC-dən xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli müqavilə üzrə Hoffmann markalı televizor, Hoffmann markalı səsucaldıcı, Sonorous Surefix markalı asqı, Alyans-Paris çarpayı, Alyans-Paris dolab, Alyans-Paris termo, Alyans-Paris tumba, uretan döşək, marvin gənc çarpayı, marvin gənc tumba, uretan döşək və yumşaq pufik almış və nəticədə 6156 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş, nəticədə iddiaçıya 1722 manat əsas, 295 manat cərimə olmaqla, cəmi 1968 manat, xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş, nəticədə iddiaçıya 3540 manat əsas, 531 manat cərimə olmaqla, cəmi 4071 manat, xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş, nəticədə iddiaçıya 59 manat əsas, 9 manat cərimə olmaqla, cəmi 68 manat borcu qalmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 253 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddiaçı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Hoffmann markalı televizor, Hoffmann markalı səsucaldıcı və Sonorous Surefix markalı asqı üçün 1722 manat ödənilməmiş hissə, 295 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Alyans-Paris çarpayı, Alyans-Paris dolab, Alyans-Paris termo, Alyans-Paris tumba, uretan döşək, marvin gənc çarpayı, marvin gənc tumba və uretan döşək üçün 3540 manat ödənilməmiş hissə, 531 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə yumşaq pufik üçün 59 manat ödənilməmiş hissə, 9 manat cərimə olmaqla, cəmi 6156 manat borc və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 6186 manat borcun Cavabdeh alınaraq ABC Telecom MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddianı müdafiə etdiklərini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № 00818252 saylı müqavilədən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən Hoffmann markalı televizor, Hoffmann markalı səsucaldıcı və Sonorous Surefix markalı asqı almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № 01010008 saylı müqavilədən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən Alyans-Paris çarpayı, Alyans-Paris dolab, Alyans- Paris termo, Alyans-Paris tumba, uretan döşək, marvin gənc çarpayı, marvin gənc tumba və uretan döşək almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № 01011912 saylı müqavilədən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən yumşaq pufik almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ABC Telecom MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1722 manat əsas, 295 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 3540 manat əsas, 531 manat cərimə və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 59 manat əsas, 9 manat cərimə olmaqla, ümumilikdə 6156 manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, ABC Telecom MMC tərəfindən Cavabdeh xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh iddiaçı ABC Telecom MMC-dən kredit müqavilələri bağlayaraq məişət əşyaları almış, lakin müqavilələrin şərtlərini pozaraq xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Nəticədə iddiaçı ABC Telecom MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1722 manat əsas, 295 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 3540 manat əsas, 531 manat cərimə və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 59 manat əsas, 9 manat cərimə olmaqla, ümumilikdə 6156 manat yaranmışdır. İddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə iddianın xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 295 manat, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 531 manat cərimə borcu tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğlər kredit öhdəliyinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 20 manat, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 50 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh iddiaçı ABC X1 Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1722 manat əsas, 20 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 3540 manat əsas, 50 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 59 manat əsas, 9 manat cərimə olmaqla, ümumilikdə cəmi 5400 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalı, iddianın qalan hissəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh iddiaçı ABC X1 Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1722 manat əsas, 20 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 3540 manat əsas, 50 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 59 manat əsas, 9 manat cərimə olmaqla, ümumilikdə cəmi 5400 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-174/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-174/2021
01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver