Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1797/2025 02.03.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 12 oktyabr 1996-cı ildə anadan olmuş qızı - X1 öz sağlamlıq vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilmədiyindən və hərəkətini idarə etmək iqtidarına malik olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 12 oktyabr 1996-cı ildə anadan olmuş qızı X4 (Ş/V:AA5782084, FİN:6L3R5W7) ünvan 1ində qeydiyyatda olmaqla hazırda onun və ailə üzvlərinin himayəsində yaşayır. Qızı ümumi xəstəliklər səbəbindən qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik davranış pozuntuları diaqnozu ilə dispanser qeydiyyatındadır. Müddətsiz ikinci dərəcəli əlildir. Əmək qabiliyyətsizdir, hazırda iyirmi doqquz yaşındadır. Ümumi xəstəliklər səbəbindən sağlamlığında problemləri olduğu üçün daima kənar şəxsin qulluq və nəzarətinə ehtiyacı olur. Sərbəst olaraq öz hüquqlarını həyata keçirə bilmədiyi üçün başqa şəxslərin köməyinə ehtiyacı olduğundan bütün fiziki işlərində o və ailə üzvləri kömək göstərir. Ambulator müalicəsilə bağlı dövlət tibb müəssisələrindən dərmanları verilərkən və digər məsələlərinin həlli ilə bağlı qəyyumluqda olması barədə müvafiq sənəd istəyirlər. Buna görə də o, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və bundan sonra da ona qəyyum təyin olunmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Şamaxı rayon İHB-nin Qəyyumluq və Himayəçilik üzrə komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” barədə çıxarışın surətindən görünür ki, 12 oktyabr 1996-cı il təvəllüdlü X3 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik diaqnozu qoyulmuş və ona ikinci dərəcəli müddətsiz əlillik verilmişdir. İş materiallarında olan AZ-İİİ № 053138 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 12 oktyabr 1996-cı ildə ünvan 1ində anadan olub. Atası Ərizəçi, anası X5r. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 hüquqi şəxsin 24 dekabr 2025-ci il tarixli, 4418 nömrəli rəyindən görünür ki, X2 ağır dərəcəli əqli gerilik aşkar olunur. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Beləliklə, ünvan 1i ünvanında yaşayan 12 oktyabr 1996-cı il təvəllüdlü X1 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, X4 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, onun qızı - ünvan 1i ünvanında yaşayan 12 oktyabr 1996-cı il təvəllüdlü X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. ünvan 1i ünvanında yaşayan 12 oktyabr 1996-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №2(074)-1797/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1797/2025
02.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver