Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-195/2024 15.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, İsayeva Fidan Adil qızının katibliyi İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cərimənin silinməsi” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 may 2023-cü il tarixli, ******* nömrəli aktına əsasən qanunsuz hesablanmış 5495.40 manatlıq əlavə ziyan 228.96 manat saxlanmaqla qalan məbləğin silinməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun, ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsində qardaşı ev tikib. Həmin evdə velideynləri ilə birlikdə yaşayırlar. Lakin evin hüquqi sənədi yoxdur. Atası ona bildirib ki, qaz xəttinə kənar qoşulmasına görə 45792 kub.m yəni 5495.40 manatlıq əlavə ziyan yazılıb. O, başa düşməyib. Atası bildirib ki, qardaşı onlardan xəbərsiz 10 gün əvvəl kənar xətt qoşub. Buna görə də bu qədər ziyan yazılıb. O, qaz idarəsinə müraciət edib. Nəzarətçi orada olan zaman sayğacın son göstəricisini yazıb. Belə bir məsələ olsa idi o bunu mütləq görərdi. Ona görə də sayğacın son göstəricisinin qeyd olunduğu gündən bu zərər hesablanmalı idi. Amma onlar bir il hesabat dövri götürüblər. Ona bildiriblər ki, artıq onlar heçnə edə bilməzlər. Məhkəməyə müraciət olunmalıdır. Hesab edir ki, Cavabdeh bu aktı əsassızdır. Qanunsuz hesablanmış borc qismən silinməli, zərər 15 günlük hesablanmalıdır. Bu isə 228.96 manat deməkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə izahat verib bildirdi ki, oğlu onlara xəbər vermədən evlərinə sayğacdan kənar xətt çəkmişdir. Buna görə o, oğluna iradını bildirib. Belə ki, o, həmişə qazdan qanuni şəkildə istifadə etmiş və buna müvafiq olaraq da borcunu ödəmişdir. Lakin sayğacdan kənar xəttdən 10-15 gün istifadə edilməsinə baxmayaraq oğlunun adına 5495,40 manat cərimə yazılmışdır. Buna görə də həmin cərimənin müvafiq olaraq 228,96 manat saxlanılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının və Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16 may 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent kodu **********01070 olan İddiaçı təbii qazdan istifadə qaydalarına zidd olaraq sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edir. İş materiallarında olan 31 may 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən 1 ədəd PQ-4 maksimal saatlıq sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddət 360 gün, 2 ədəd iran sobası maksimal saatlıq qaz sərfi 3 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, 1 ədəd axımlı su qızdırıcı maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 45792 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi xx.xx.2023-cü il tarixli, ******* saylı akt göstərilmişdir. İş materiallarında olan İddiaçı adına olan abonent saldosundan (abonent kodu **********01070) görünür ki, cavabdehin hesabına ümumilikdə 5495,04 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 saylı evdə yaşayan (abonent kodu **********01070) İddiaçı məxsus mənzilə xx.xx.2023-cü il tarixdə qaz sayğaclarının işlək vəziyyətdə olmasına nəzarət etmək məqsədi ilə Ağsu RQİİ-nin Şamaxı XS-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı abonent İddiaçıkənar xətt vasitəsilə qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuş və bu barədə xx.xx.2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmişdir. Bundan başqa İddiaçı barəsində digər akt mövcud deyildir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «Qazdan istifadə Qaydaları»nın 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 3.1.11-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Qeyd olunan Qaydaların tələblərindən görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməli, həmçinin istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının məhz 360 gün sayğacdan kənar təbii qazdan istifadə etməsi hallarına dair hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş həmçinin məhkəmə sorğusu əsasında məhkəməyə göndərilmiş məktubdan isə görünür ki, iddiaçının evində olan qaz sayğacına «Qazdan istifadə Qaydaları»na müvafiq olaraq (yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə) baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməli olduğu halda bunları etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya hesablanmış cərimə məbləği 1 (bir) ay müddətinə hesablanmalıdır. Bu isə (1.2x24x30=864 m3 x0,12=103,68 manat, 2.6x24x30=1872 m3 x0,12=224,64 manat, 3x24x30=2160 m3 x0,12=259,20 manat) 103,68 +224,60 + 259,20 = 587,52 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli iddiaçının abunə hesabından 4907,52 manat silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 195-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Ağsu X2 İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16 may 2023-cü il tarixli, ******* saylı aktına əsasən qanunsuz hesablanmış 4907.52 manat İddiaçı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-195/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-195/2024
15.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver