Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-219/2024 12.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun ləğv edilməsi” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşlarının istifadəsində olan sayğacı yenisi ilə əvəz edərkən ona yazdığı 1440 kub metr qaz sərfiyyatı üçün olan 172,80 manat cərimənin ləğv edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 31 oktyabr 2022-ci il tarixli, ******* saylı təsdiq edilmiş aktda yazılanlardan görünür ki, istifadəsində olan G-4 markalı, ******* nömrəli sayğacda (abonent kodu: **********01439) problem yaranmasına dair ona 1440 kub metr qaz itkisinin cəriməsi yazılmışdır. Bu səbəbdən ona 172,80 manat cərimə hesablanmışdır. 31 oktyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh tərəfindən istifadəsində olan G-4 markalı, ******* nömrəli sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi qərara alınmışdır. Dəymiş ziyan isə belə əlaqələndirilmişdir ki, istifadəsində olan sözügedən sayğacın hesablama mexanizmi keçən qaz sərfini qeydə almır və bu səbəbdən təbii qaz itkisi yarandığı bildirilmişdir. Cavabdeh tərəfindən verilmiş digər aktın təsdiq edilmiş surətində də yuxarıda qeyd olunanlar yazılmışdır. Cavabdeh tərəfindən 21 noyabr 2023-cü il tarixdə çap edilib ona verilmiş “Abonentin saldosu”nda yazılanlardan görünür ki, 2022-2023-cü illərdə həmin evdə yaşadıqları müddətdə onun istifadəsində qaz sərfiyyatının bütün qeydləri elektron qaydada aparılmış və hər ay üçün istehlakçının qaz sərfiyyatına uyğun ödənişlər yerinə yetirilmişdir. “Abonentin Saldosu”ndan aşkar görünür ki, Cavabdeh tərəfindən dəymiş ziyanın bərpasına dair tələbnamədə yazılanlar yalandır. Həmin tələbnamədə yazılmışdır ki, guya “istifadəsində olan sözügedən sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qaz sərfiyyatını qeyd etmir” – lakin abonentin saldosundan aşkar görünür ki, o istifadə etdiyi müddətlərdə (hətta cərimə yazıldığı tarixdən əvvəlki 2022-ci ilin may-sentyabr aylarında) sayğacın hesablama mexanizmi sərf olunan qazın həcmini qeyd etmişdir. Beləliklə, tələbnamədə qərara alındığı kimi onun üçün yeni qaz sayğacı quraşdırıldı və əvvəlki sayğacı isə istismar müddəti bitmiş sayğac kimi söküb apardılar. Sənədlərdə aşkar surətdə yazılmışdır ki, əvvəlki sayğacın istismar müddətinin başa çatması və düzgün işləməyərək istifadəyə yararsız olması səbəbindən sökülüb aparılsın. Deməli bu zaman abonentin günahı yoxdur. Əgər sayğac düzgün işləmirsə, bu zaman günahkar istehlakçı (abonent) deyildir. Odur ki, 31 oktyabr 2022-ci il tarixli, ******* saylı təsdiq edilmiş aktda və eyni tarixli dəymiş ziyanın bərpasına dair tələbnəmədə iddiaçının borcunun olmasına dair yazılanlar şər-böhtandır. Bir qayda olaraq istismar müddəti bitmiş və bəzən də səhv işləyən köhnə sayğacı yenisi ilə əvəz edərkən Cavabdeh əməkdaşları tərəfindən abonentlərə əsassız borclar hesablanır ki, bu da qanunsuz əməllərdir. Məhkəməyə bildirir ki, istifadəsində olan əvvəlki qaz sayğacında hansısa naməlum çatışmazlıqların olması iddiaçının təqsirli hərəkəti anlamına gəlmir. Məhkəməyə onu da bildirir ki, son vaxtlar Şamaxı rayonunda Cavabdeh əməkdaşları tərəfindən qaz istifadəçilərinə qarşı belə xoşagəlməz əməllər baş alıb gedir. Abonentlərə əsassız cərimələr yazılması və artıq pullar ödətdirilməsi cəhdləri göz qabağındadır və bu kimi çoxsaylı qanunsuz əməllər kimlərsə tərəfindən qəsdən törədilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, X1 evində olan ******* nömrəli qaz sayğacı dövlət yoxlanılmasına gönədirilmişdir. İş materiallarında olan Cavabdeh 29/1710-03602-1 saylı, xx.xx.2022-ci il tarixli qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, G4 markalı ******* nömrəli qaz sayğacına baxış keçirilmiş və baxış zamanı sayğacın hesablama mexanizminin keçən qazın sərfini qeydə almaması, sayğacın hesablayıcı mexanizmini hərəkətə gətirən dişli çarxın oxunun yuvasından çıxdığı, sayğacın zavod seriya nömrəsi yazılmış lövhənin yararsız vəziyyətdə olması və sayğacın istifadəyə yararsız olması müəyyən edilmişdir. İş materiallarında olan təbii X3nın pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Cavabdeh 29/1710-03602-1 saylı, xx.xx.2022-ci il tarixli aktına əsasən aşkarlanmış qüsur zamanı dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarında olan 31 oktyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 1440 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi xx.xx.2022-ci il tarixli, ******* saylı akt göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X3nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən qaz sayğaclarının üzərində xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “X3”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2 və 6.1.7-ci yarımbənləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 172,80 manat məbləğində borc hesablamışdır. Lakin hazırda iddiaçı 172,80 manat məbləğin silinməsini tələb edir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçıya qazdan istifadəyə görə hesablanmış 172,80 manat məbləğində borc cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 195-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Ağsu X5 İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş təbii X3nın pozulması haqqında 31 oktyabr 2022-ci il tarixli, ******* saylı akta əsasən qanunsuz hesablanmış 172,80 manat İddiaçı abunə hesabından silinsin. Cavabdehndən 30 (otuz manat) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-219/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-219/2024
12.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver