Məhkəmə qərarları › İş №2(074)-22/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-22/2022

17.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-22/2022 17.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova ZüleyxaKamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması və üzərinə qəyyum təyin olunması” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi (maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Mirikənd Kəndində qeydiyyatda olan 20.01.1958-ci il təvəllüdlü həyat yoldaşı X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab hesab edilməsi və üzərinə qəyyum təyin olunmağı barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahat verib bildirdi ki, o Şamaxı rayonu Mirikənd kəndində yaşayır. Kənddə olan pay torpağlarını satmaq istəyirlər. Lalkin həyat yoldaşı X10 ruhi xəstə olduğundan notarius da alqı satqı müqaviləsi bağlanması mümkün deyil. Mayıla qəyyum təyin olunmalıdır. Şamaxı rayon İHB-nın Qəyyumluq və himayə orqanına müraciət etmiş. Orada ona bildirildi ki, məhkəməyə müraciət olunmalı məhkəmə Mayılın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması və üzərinə qəyyum təyin olunması barədə qərar qəbul etməlidir. Bundan sonra ona qəyyum təyin oluna bilər. Həyat yoldaşı Mayıl həqiqətən də xəstədir. Oliqefreniya, kəskin ifadəli debillik dərəcəsində İİ qrup ömürlük əlildir. Ehtiyac olarsa məhkəmə tərəfindən ekspertiza da təyin oluna bilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Şamaxı rayon İHB-nin Qəyyumluq və Himayəçilik üzrə komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İİ-ЖГ 419837 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 və X7 arasında nikah 16.06.1981-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16.06.1981-ci il tarixdə 09 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Qəhrəmanov”, arvada “Qəhrəmanova” soyadı verilmişdir. İş materiallarında olan Şamaxı rayon Mərkəzi Xəstəxanasının arayışından görünür ki, X11 2007-ci ildən Şamaxı rayon X9 əsəb kabinetində oliqefreniya, kəskin ifadəli debillik dərəcəsində İİ qrup ömürlük əlildir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Şamaxı rayonu Mirikənd kəndində yerləşən 1.2393 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi, X3, X4, X6, X5 və X2 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 17.02.2022-ci il tarixli 404 saylı rəyindən görünür ki, X1 debillik dərəcəsində oliqofreniya xəstəliyi qeyd olunur. X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X8 müəyyən edilən kəskin debillik dərəcəsində oliqofreniya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə, Şamaxı rayonu Mirikənd kəndində yaşayan 20 yanvar 1958-ci il təvəllüdlü X6 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X11 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair hissədə ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin Respublikasının MPM-nin 321.2 maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi qismən təmin edilməli, əri Şamaxı rayonu Mirikənd kəndində yaşayan 20 yanvar 1958-ci il təvəllüdlü X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Şamaxı rayonu Mirikənd kəndində yaşayan 20 yanvar 1958-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar