Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-245/2023 03.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Pərvin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1 İstismarı İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş 31 oktyabr 2022-ci il tarixli ******* saylı aktın etibarsız hesab olunması və akt əsasında hesablanmış 1036,80 manat məbləğində cərimənin silinməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonunun Məlikçobanı kəndində yaşayır. Atasını itirmiş, anası ilə birlikdə yaşayır. Abonent kodu **********00183. Maddi vəziyyəti aşağı olduğu üçün istifadə etdiyi qazın dəyərini vaxtında ödəyə bilmir. 29 iyun 2022ci ildə Şamaxı qaz idarəsində işçilər gəlib ki, onların depitor borcu olduğu üçün sayğacı dəyişəcək. Həmin gün sayğacı açdılar və Smart tipli sayğac quraşdırdılar. Heç bir müdaxilə halı aşkarlanmadı. Dedilər ki, sayğacda heç bir problem yoxdur. Sonradan 4 ay sonra ona məktub göndəriblər ki, onların sayğacın hesablama mexanizminin şüşəsi alt hissədən deşildiyi üçün 1036,80 manat cərimə gəlib. O da gəlib Şamaxı qaz idarəsinə Sayğac açılanda yazılan aktı tapdılar orada heç bir müdaxilə halı yazılmayıb və həqiqətən də olmayıb. O da bildirdi ki, o qazdan oğurluq etsəydi niyə borcu olurdu. Ona hər ay sərfiyyat gəlib bildiriş veriblər. Sayğacın şüşəsinə nəsə olsaydı nəzarətçi bilərdi və ya sayğacı açan işçilər onu deyərdilər. Amma Azəriqaz İB təərfindən qanunsuz olaraq Azəriqaz İB-nin təbii X5nın pozulması haqqında 035523 saylı aktında G-4 markalı ********** nömrəli sayğacın hesablama mexanizminin şüşəsi alt hissədən deşildiyi üçün təbii qaz itkisi yaranmış həmin akta əsasən 1036,80 manat məbləğində cərimə edilmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşməsinə dair ərizə verərək bildirdi ki, Cavabdeh X1 İstismarı İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş 28 oktyabr 2022-ci il tarixli ******* saylı aktın etibarsız hesab olunması və akt əsasında hesablanmış 1036,80 manat məbləğində cərimənin silinməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ərizəsi göndərərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixində X2 Ağsu RQİİ-nin Şamaxı XS-nin əməkdaşları Şamaxı rayon Məlikçobanlı kəndində yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı xx.xx.2022-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G4 markalı **********2 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 29/1710-03996-1 saylı xx.xx.2022-ci il tarixli akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi alt hissdən deşilib və təbii qaz itkisi yaranmışdır. Həmin akta əsasən İddiaçı yaşadığı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametlərinə dair xx.xx.2022-ci il tarixli, ******* nömrəli Təbii X5nın pozulması haqqında akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə X2 Ağsu RQİİ-nə göndərilmiş. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçıları satılan qaza nəzarət şöbəsində xx.xx.2022-ci il tarixdə itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı adına olan Şamaxı XS-nin abonent bazasındakı **********00183 nömrəli abonent koduna 8640 m3 – 1036,80 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonenetin özü tərəfindən ödənilməlidir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli AKX-04253xx/xx-2022 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”-nin surətindən görünür ki, Cavabdeh İB-yi İddiaçı məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. İş materiallarında olan təbii X5nın pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Cavabdeh İB-nin Qaz Sayğaclarına nəzarət komissiyasının rəyinə əsasən sayğacın hesablama mexanizminin şüşəsi alt hissədən deşilib. Dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-cı il tarixli Ağsu X6 İdarəsinin qərarından görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən maksimal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddət 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 8640 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi xx.xx.2022-ci il tarixli, ******* saylı akt göstərilmişdir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli № ******* saylı aktın surətindən görünür ki, İddiaçı evində olan Zenner -G4 markalı **********2 nömrəli qaz sayğacı dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli, 29/1710-03996-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmiş sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi alt hissdən deşilib və təbii qaz itkisi yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X5nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən qaz sayğaclarının üzərində xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “X5”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2 və 6.1.7-ci yarımbənləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 1036,80 manat məbləğində borc hesablamışdır. Lakin hazırda iddiaçı 1036,80 manat məbləğin silinməsini tələb edir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya qazdan istifadəyə görə hesablanmış 1036,80 manat məbləğində borc cavabdeh tərəfindən silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 1.000 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30,36 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 195-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 İstismarı İdarəsinin tərtib etdiyi təbii X5nın pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 1036,80 manat İddiaçı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 30,36 (otuz manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-245/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-245/2023
03.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver