Məhkəmə qərarları › İş №2(074)-278/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-278/2022

12.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-278/2022 12.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, İlkin iddia üzrə İddiaçı iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh İB-nə qarşı “əsassız alınmış cərimə məbləğinin silinməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “debitor borcun və qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz“ İB-nin 27.12.2021-ci il tarixli ******* saylı aktının etibarsız hesab olunması və qanunsuz hesablanmış 648 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin oktyabr ayında cavabdehin işçiləri onların küçədə olan köhnə qaz sayğacını dəyişərək yenisi ilə əvəz etmişlər. Həmin vaxt o, orada olmamışdır. Yoldaşı olmuşdur. Yoldaşına da yeni sayğacın qoyulmasına dair akta imza etdirmişlər. Bir neçə aydan sonra ona bildiriş verəndə işlətdiyi qazdan əlavə 648 manat qalıq borc yazıldığını görmüşdür. O, bunun nə qalıq borcu olduğunu bilməyib. Çünki o, aybaay sayğacın üstündə yazılanların hamısını ödəyir, bu borc haradan ola bilər. Qaz idarəsinə gedib bu borcun haradan yaranması ilə maraqlanmış, ona sayğaca müdaxilə olunduğu, çıxış plasmas borusu deşildiyi bildirilmişdir. O, onların dediyi ilə razılaşmır. Əgər belə bir deşik var idisə yoldaşına göstərməli idilər. Laboratoriyaya göndərirdilərsə yanında bağlamaya qoyub ağzını bağlayıb möhürləməli idilər. Bu olunmayıb. Buna kim zəmanət verir ki, sayğac açılıb aparılandan sonra özləri ona nə isə etməyiblər. O, küçədə qoyulmuş sayğacın bütövlüyünə sazlığına cavabdeh olan şəxs deyil. Küçədə olan sayğacın sazlığına cavabdeh istehsalçı Cavabdehdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı şəhəri, İ.Qayıbov küçəsi ev 2 saylı ünvanda yaşayan İddiaçı qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanaraq abonent koduna vurulmuş 648 manat borc məbləğinin, mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 99,26 manat və iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə isə 777,66 manat tutularaq Cavabdeh hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şamaxı şəhəri, İ.Qayıbov küçəsi ev 2 saylı ünvanda yaşayan İddiaçı iddia ərizəsi rədd edilməli və Cavabdeh İB-nin qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. Belə ki, 07.09.2021-cı il tarixində "Azəriqaz” X1 RQİİ-nin ünvan 1 ünvanda yaşayan İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək üçün açaraq götürmüşlər. Bununla bağlı 07.09.2021-cı il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G6 markalı, ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 24.12.2021-ci il tarixli, MSK-29/1710-05406-1 nömrəli akta əsasən sayğacın çıxış plastmas borusu deşilmiş və təbii qaz itkisi yaranmışdır. Həmin Akta əsasən İddiaçının mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 27.12.2021-ci il tarixli, ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİnin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 30 dekabr 2021-ci il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Şamaxı XS-nin abonent bazasındakı **********00100 nömrəli abonent koduna 6480 m3 – 648 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçının abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bundan başqa cavabdeh İddiaçı Cavabdeh Ağsu X4 İdarəsinin Şamaxı Xidmət Sahəsinə ona hesablanmış itirilmiş təbii qazın dəyəri olan 648 manat məbləğdən başqa, mənzilində faktiki olaraq istifadə etdiyi, lakin dəyərini ödəmədiyi 99,26 manat ümumilikdə isə 747,26 manat qaz pulu borcu vardır. Cavabdehə hər ay mütamadi olaraq Şamaxı XS-nin əməkdaşları tərəfindən mənzilində istifadə etdiyi təbii qazın dəyəri barədə bildiriş təqdim edilməsinə baxmayaraq, cavabdeh borclu olduğu məbləği tam ödəməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbin uyğun izahat verərək bildirdi ki, sayğac küçədə yerləşir və sayğaca heç bir müdaxilə olunmayıb. Buna görə də ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı evində olan “Elster” tipli, G-6 markalı ******* nömrəli qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan Cavabdeh 08.10.2021-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”-nin surətindən görünür ki, Cavabdeh İB-yi İddiaçı məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. İş materiallarında olan 30.11.2021-ci il tarixli Ağsu X3 İdarəsinin qərarından görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən maksimal saatlıq qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddət 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 6480 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 27.12.2021-ci il tarixli, 014580 saylı akt göstərilmişdir. İş materiallarında olan Cavabdeh 24.12.2021-ci il tarixli№ MSK-29/1602-05460-1 saylı qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, “Elster” tipli, G-6 markalı ******* nömrəli qaz sayğacının yoxlanılması zamanı sayğacın plastmas borusunun deşildiyi aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin təbii X2nın pozulması haqqında 27.12.2021ci il tarixli, ******* saylı aktdan görünür ki Şamaxı şəhəri, İ.Qayıbov küçəsi ev 2-də yerləşən fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış Elestr G6 nömrəsi ******* saylı qaz sayğacına baxış keçirilmişdir. Bu zaman həmin mənzildə qaz piltəsi PQ-4 və RP aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı abonent olduğu Şamaxı şəhəri Gülüstan küçəsi ev 1, mənzil 10-da yerləşən fərdi yaşayış evində quraşdırılmış Zenner G-4T nömrəsi **********5 saylı, sayğac üzrə 99,26 manat debitor borcu yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “X2”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2 və 6.1.7-ci yarımbənləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli, 356 saylı “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında" fərmanının 9-cu bəndinə əsasən "Azəriqaz" Səhmdar Cəmiyyəti (bundan sonra Cavabdeh) təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirməli, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə almalı, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verilməməlidir Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Krea torun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkə və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş üzrə ilkin iddia üzrə iddiaçının yaşadığı evin qaz ilə təchizatın hesablaşmasını təmin edən sayğacın evdən kənarda quraşdırılması cavabdeh təşkilat tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Belə ki, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İB iddiaçının ünvanında quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddia üzrə iddiaçının yaşadığı fərdi yaşayış evi Cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş, ilkin iddia üzrə iddiaçı təbii qazdan istifadə etsə də, təbii qazdan istifadəyə görə ödənişləri yerinə yetirməmişdir. Abonent saldosundan görünür ki, ilkin iddia üzrə iddiaçı təbii qazdan istifadə etmiş və yaranmış borcunu ödəməmişdir. Odur ki, qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddia qismən təmin edilməli, 27.12.2021-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 648 manat İddiaçı abunə hesabından silinməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 99,26 manat borc məbləği tutularaq ’’Azəriqaz” İstehsalat Birliyinə ödənilməli, ilkin və qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdehnə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh Ağsu X3 İdarəsinin tərtib etdiyi təbii X2nın pozulması haqqında 27.12.2021-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 648 manat borc məbləği İddiaçının abunə hesabından silinsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Şamaxı şəhəri, İ.Qayıbov küçəsi ev 2 ünvanda yaşayan İddiaçı mənzilində istifadə edilmiş təbii qazdan istifadəyə görə yaranmış 99,26 manat borc məbləği və dövlət rüsumu kimi ödənilmiş 30,4 manat pul, ümumilikdə isə 129,66 manat pul tutularaq Cavabdeh hesabına ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar